Modern.az

Bu yay 29 nəfəri gün vurub

Bu yay 29 nəfəri gün vurub

Aktual

21 Avqust 2019, 13:32

“Bu mövsüm günvurmalarla bağlı Təcili Tibbi Yardıma 29 müraciət daxil olub”.

Bu barədə Modern.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda qeyd edilir ki, müraciətlərdən 18-i hospitalizasiya edilib.

Qalan 11 nəfərə isə yerində ilkin tibbi yardım göstərilib. Hazırda bütün xəstələrin səhhəti qaydasındadır.

Ümumi müraciət edənlərin 12-si qadın, 14-ü kişi, 3-ü isə uşaqlar olub.

Nazirliyin məlumatında o da vurğulanıb ki, temperaturun yüksək olmasına baxmayaraq, son günlərdə günvurma ilə bağlı cəmi 1 müraciət qeydə alınıb.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu