Modern.az

Şamaxıda avtomobilin vurduğu yeniyetmə komadadır

Şamaxıda avtomobilin vurduğu yeniyetmə komadadır

Aktual

23 Avqust 2019, 13:10

Şamaxıda yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alan 15 yaşlı yeniyetmənin adı məlum olub.

 

APA-nın yerli bürosunun xəbərinə görə, bir saat öncə Şamaxının Mirikənd kəndi ərazisində "Toyota" markalı minik avtomobili yolu keçən piyada, Qaravəlli kənd sakini, 2004-cü il təvəllüdlü İsmayılov Rahib Rahim oğlunu vurub. Yeniyetmə ağır kəllə-beyn travması aldığı üçün komaya düşüb və Şamaxı rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin R.İsmayılov idmana gedərkən baş verdiyi bildirilir.

Faktla bağlı araşdrıma aparılır.

 

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI