Modern.az

Azərbaycanlı hakim Çempionlar Liqasının oyunlarını idarə edəcək

Azərbaycanlı hakim Çempionlar Liqasının oyunlarını idarə edəcək

23 Avqust 2019, 15:27

Futzal üzrə FIFA referisi Hikmət Qafarlı yeni təyinat alıb.

Modern.az AFFA-ya istinadla xəbər verir ki, H.Qafarlı avqustun 28-dən 31-dək UEFA Çempionlar Liqasının C qrupunun oyunlarını idarə edəcək.

Yunanıstanda təşkil olunacaq qrup oyunlarında “Minerva” (İsveçrə), “Blue Magic” (İrlandiya), “Miercurea Ciuc” (Rumıniya) və AEK (Yunanıstan) klubları iştirak edəcəklər.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır