Modern.az

Bakıda 8 yaşlı uşaq faciəvi şəkildə ölüb

Bakıda 8 yaşlı uşaq faciəvi şəkildə ölüb

23 Avqust 2019, 21:44

Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində 8 yaşlı uşaq faciəvi şəkildə ölüb.

Modern.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, 2011-ci il təvəllüdlü Ələkbər Yusif oğlu Ələkbərovu elektrik cərəyanı vurub.

Belə ki, azyaşlı pişiklə oynayan zaman heyvan qaçaraq transformatorun arxasına girib. Pişiyi götürmək üçün transformatora tərəf gedən Ələkbəri elektrik cərəyanı vurub.

Hadisə nəticəsində yanan uşağın həyatını xilas etmək mümkün olmayıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?