Modern.az

Şəkidə yanğın 70 hektar ərazini kül etdi

Şəkidə yanğın 70 hektar ərazini kül etdi

24 Avqust 2019, 22:46

Şəkidə günorta saatlarından başlayan yanğın davam edir.

Modern.az "Report"a istinadən xəbər verir ki, Şin çayının sol sahilində, rayonun Cunud və Baş Layısqı kəndlərinin yaxınlığında güclü yanğınlar baş verib.

Əraziyə Şəki, Qax və Zaqatala rayon Dövlət Yanğindan Mühafizə Hissələrinin texnikaları və canlı qüvvələri cəlb olunub.

Hazırda ərazidə yanğının söndürülməsi və Cunud kəndinə kecməməsi üçün mühafizə tədbirləri görülür.

Günorta saatlarımdan başlayan yanğın təqribən 70 hektar ərazini əhatə edir. Yanğın nəticəsində quru ot, kol-kos və ərazidə olan xırda ağaclar yanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu