Arxiv
25 Avqust 2019, 10:47 | AKTUAL
“Hər şeydən bezib yorulmuşdum” - Atasını bıçaqlayan 19 yaşlı Günelin dramı

Bakı Ağır Cinayətlər Məhkəməsində atasını bıçaqlamaqda ittiham olunan 19 yaşlı Günel Hüseynovanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Modern.az Virtualaz.org-a istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Günel Hüseynova barəsində 3 il həbs cəzası təyin edilib. Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin olunmuş cəza 1 il sınaq müddəti olmaqla şərti hesab edilib.

 

Xatırladaq ki, hadisə bu il fevralın 20-də Sabunçu rayonu, Ramana qəsəbəsində baş verib. Gecə saat 1 radələrində içkili vəziyyətdə evdə dava salan, ailə üzvlərini söyüb təhqir edən 49 yaşlı İlham Hüseynov qızı tərəfindən susdurulub. Belə ki, sərxoş atanın hərəkətlərindən bezən gənc qız ona üç bıçaq zərbəsi endirib.

 

Məhkəmə yolu ilə müəyyən edilib ki, ailə başçısı İlham Hüseynov heç yerdə işləməyib, spirtli içki aludəçisi olub, səbəbsiz yerə ailədə dava-dalaş salıb. Ailə ağır maddi vəziyyətdə olduğundan Günel orta məktəbi bitirdikdən sonra işləmək məcburiyyətində qalıb. Evə qazanc gətirən yeganə şəxs Günel olub. İmkansızlıq ucbatından hətta qaz pulunu ödəyə bilməyiblər və evə gələn qaz xətti kəsilib. Uzun müddət yeməyi, çayı həyətdə odun sobasında hazırlayıblar.

Ailə başçısı isə hər gün hansısa yolla əldə etdiyi içkiləri qəbul edib, evdə dava-dalaş yaradıb, həyat yoldaşını, qızını aşağılayıb, döyüb. Güneli dəfələrlə evdən qovub. Atasi tərəfindən qovulan Günel ya məscidə, ya da xalasıgilə sığınıb. Buna baxmayaraq heç vaxt ailə üzvləri onun barəsində polisə şikayət etməyiblər. Növbəti dəfə sərxoş atanın evdəkiləri təhqir etməsi, həyat yoldaşını döyməsi, evi yandıracağı ilə hədələməsi sonda Güneliin bıçağa əl atmasına səbəb olub.

 

“Hər şeydən bezib yorulmuşdum. Qeyri-ixtiyari anamla əlbəyaxa olan atama bıçaqla zərbə endirdim. Hadisə ani baş verdi. Atamın kürəyində qan görən kimi bıçağı yerə atıb ağladım. Hadisədən sonra atamla barışmışam. Törətdiyim əmələ görə çox peşmanam. Atamı öldürmək niyyətim olmayıb. Hal-hazırda atamla yenə də bir evdə yaşayırıq. Atam daha içki içmir, dava salmır, mehriban dolanırıq”- G.Hüseynova məhkəməyə verdiyi ifadəsində belə deyib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
PA-nın şöbə müdiri parlament seçkilərindən yazdı: “Geriyə dönmək artıq mümkün deyil” 19 Fevral 2020, 12:17 Gəncədə müzakirələr: Regionlarda gənclərin vətənpərvərlik tərbiyəsi - FOTOLAR         19 Fevral 2020, 12:08 Prezident Administrasiyasına bu məhkəmələrdən şikayətlər artıb - SİYAHI 19 Fevral 2020, 11:56 Məktəblilərə siqaret satanlar cərimələndi 19 Fevral 2020, 11:50 Təhsil Nazirliyinin “Azəriqaz”a 28 min borcu var 19 Fevral 2020, 11:44 Xəstəxanalarda ödənişlər kart vasitəsilə aparılacaq - YENİLİKLƏR 19 Fevral 2020, 11:38 Çempionlar Liqasında növbəti oyunlar keçiriləcək 19 Fevral 2020, 11:32 “Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması çətin məsələ deyil” - MÖVQE 19 Fevral 2020, 11:31 Həcc ziyarətinə getmək istəyənlərin sayında azalma var 19 Fevral 2020, 11:28 Polis 25 cinayətin üstünü açdı 19 Fevral 2020, 11:22 Azərbaycanda ən çox vətəndaş qəbul edən nazirliklər - TAM SİYAHI 19 Fevral 2020, 11:15 Almaniya səfiri: “Azərbaycanla ortaq mədəniyyət mərkəzləri yaradılacaq” - VİDEOMÜSAHİBƏ 19 Fevral 2020, 11:08 “BakuBus”ın sürücüsü  noutbuku sahibinə qaytardı 19 Fevral 2020, 11:02 Şagirdlər arasında V İngilis dili olimpiadası keçiriləcək 19 Fevral 2020, 10:56 Koreyada oxumaq istəyənlərin nəzərinə 19 Fevral 2020, 10:50 BTA-nın Azərbaycan Nümayəndəliyinin rəhbəri Goranboyda olub 19 Fevral 2020, 10:45 Prezidentə daha çox müraciət edən “MİRZƏLƏR”  19 Fevral 2020, 10:40 Sahibkarlar mallarını icbari sığorta etdirsinlər - TƏKLİF 19 Fevral 2020, 10:34 BANM-nin tələbələri Malayziyada qalib oldular - FOTO 19 Fevral 2020, 10:29 Prezidentə ən çox bu rayonlardan şikayət gəlir - SİYAHI 19 Fevral 2020, 10:23 “Qadınlara səsvermə hüququ verən ilk müsəlman ölkəsiyik” - Baş konsul 19 Fevral 2020, 10:16 Lənkəranda ötən ilin yekunları müzakirə edilib - FOTO 19 Fevral 2020, 10:10 Binəqədidə qanvermə aksiyası keçirilib - FOTO 19 Fevral 2020, 10:05 Türkiyənin tikinti şirkəti “MİDA”nı məhkəməyə verib 19 Fevral 2020, 09:59 Daxili orqanında narkotik və psixotrop maddələr keçirmək istədi 19 Fevral 2020, 09:53 Bakıda itkin düşən 2 nəfər tapıldı 19 Fevral 2020, 09:47 Prezidentə ən çox bu rayonların polisindən şikayət edilib - SİYAHI 19 Fevral 2020, 09:41 Daha 2 tələbə koronavirus şübhəsilə xəstəxanaya yerləşdirildi 19 Fevral 2020, 09:36 Ən çox şikayət edilən tikinti şirkətləri - Siyahı 19 Fevral 2020, 09:29 Cəbhədə iriçaplı pulemyotlar və snayper tüfəngləri işə düşdü 19 Fevral 2020, 09:22 Ermənilər Qarabağdan Rusiyaya alkoqollu içkilər satır, qazanc götürür - FOTOFAKT 19 Fevral 2020, 09:15 "Brent" markalı neftin qiyməti 58 dolları ötüb 19 Fevral 2020, 08:56 Çində koronavirusdan ölənlərin sayı 2004-ə çatıb 19 Fevral 2020, 08:12 Vəzifəsini düzgün yerinə yetirməyən 64 şəxs işdən çıxarılıb 19 Fevral 2020, 08:00 Bakıda 41 yaşlı kişi intihara cəhd etdi 19 Fevral 2020, 00:48