Arxiv
26 Avqust 2019, 10:19 | AKTUAL
Prezidentdən Allahşükür Paşazadədoğum günü TƏBRİKİ

Prezident İlham Əliyev Şeyxülislam Allahşükür Paşazadəyə doğum günü münasibətilə təbrik ünvanlayıb.

Modern.az-ın məlumatına görə, təbrikdə deyilir:

- Hörmətli Şeyx həzrətləri,

Sizi anadan olmağınızın 70, şeyxülislamlıq fəaliyyətinizin 40 illiyi münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Xalqımızın yaşamış olduğu taleyüklü hadisələr zamanı Siz həm dini rəhbər, həm də ictimai xadim kimi həmişə yüksək vətənpərvərlik və əsl vətəndaş mövqeyi nümayiş etdirmisiniz. Azərbaycan həqiqətlərinin, xüsusilə Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqeyimizin dünya ictimaiyyətinə çatdırılması sahəsində səmərəli xidmətlər göstərmisiniz.

Siz bütün həyatınız boyu cəmiyyətdə yüksək əxlaqi dəyərlərin və milli həmrəyliyin bərqərar olması yolunda əzmlə çalışmış, xalqımızın mənəvi sərvətlərinin qorunub saxlanması istiqamətində uğurlu fəaliyyət göstərmisiniz. Şeyxülislamlıq fəaliyyətiniz dövründə bir sıra ilklərə imza atmısınız. Xüsusilə müqəddəs kitabımız Qurani-Kərimin tərcüməsinin təşkil olunması və nəşr edilməsi, Aşura mərasimləri zamanı qanvermə aksiyalarının keçirilməsi, ölkəmizdə vəhdət namazı ənənəsinin dirçəldilməsi məhz Sizin adınızla bağlıdır. Azərbaycanda nümunəvi dövlət-din münasibətlərinin formalaşmasına verdiyiniz töhfələr də danılmazdır.

Sizin fəaliyyətinizdə təkcə Azərbaycanın deyil, həm də dini lideri olduğunuz bütün Qafqaz müsəlmanlarının problem və qayğılarının beynəlxalq ictimaiyyətə çatdırılması mühüm yer tutur. Siz daim müsəlman həmrəyliyi prinsiplərindən çıxış edərək İslam dünyasında törədilən qanlı hadisələrə öz etirazınızı bildirmiş, müqəddəs ziyarətgahların, qədim tarixi abidələrin mühafizə olunması üçün beynəlxalq təşkilatlar və böyük dövlətlər qarşısında məsələ qaldırmış, dünyada sülhə və əmin-amanlığa nail olunması istiqamətində ardıcıl fəaliyyət göstərmisiniz.

Müxtəlif konfessiyaların liderləri arasında böyük nüfuza malik şəxs kimi Siz bir çox beynəlxalq dini qurum və mərkəzlərin rəhbərliyində təmsil olunur, sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun dərinləşməsinə sanballı töhfələr verirsiniz.

Hörmətli Şeyx həzrətləri,

Bu əlamətdar gündə Sizə uzun ömür, möhkəm cansağlığı, nəcib və şərəfli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Dünya Bankının Azərbaycanda məhkəmə islahatlarına dəstək verəcək 18 Fevral 2020, 21:23 “Həmsədrlərin Qarabağ münaqişəsinin həllinə dair səylərini dəstəkləyirik” - Aİ rəsmisi 18 Fevral 2020, 21:06 Prezidentin köməkçisi vəzifəsindən azad edildi 18 Fevral 2020, 20:49 Türkiyədə yenidən güclü zəlzələ oldu 18 Fevral 2020, 20:35 Türkiyə-Azərbaycan matçının yeri və vaxtı açıqlandı 18 Fevral 2020, 20:18 Turizm bələdçiləri üçün müxtəlif dil kursları açılacaq 18 Fevral 2020, 20:03 Baldızını öldürüb, arvadını bıçaqlayan şəxsə hökm oxunub 18 Fevral 2020, 19:56 Gürcüstandan Rusiyaya gedən yeganə yol yenidən bağlandı 18 Fevral 2020, 19:51 Ombudsman Xocalı soyqırımı ilə bağlı beynəlxalq təşkilatlara bəyanat göndərib 18 Fevral 2020, 19:37 Bəxtiyar Hacıyevdən “Pirr qələbəsi” – 6 məntəqədə nəticələr ləğv edildi 18 Fevral 2020, 19:30 Azərbaycan neftinin qiyməti dəyişdi 18 Fevral 2020, 19:17 MSK: “Videogörüntülərdən görünür ki, orada ən sakit davranan polisdir” 18 Fevral 2020, 19:00 Naxçıvan Qarnizonu Qoşunlarında taktiki-xüsusi təlim keçirilib 18 Fevral 2020, 18:53 9 saylı Binəqədi seçki dairəsində 2 məntəqədə seçki nəticələri ləğv olundu 18 Fevral 2020, 18:40 Şamaxıda zəlzələ olub 18 Fevral 2020, 18:27 MSK 3 dairədən daxil olan şikayətləri geri qaytarıb 18 Fevral 2020, 18:23 Ukrayna parlamentində Xocalı soyqırımı müzakirə olunacaq 18 Fevral 2020, 18:17 Goranboyda icra başçısı yanında Şuranın iclası keçirilib - FOTO 18 Fevral 2020, 18:00 Meşədə əl qumbaraları və partladıcılar tapılıb 18 Fevral 2020, 17:53 32 saylı seçki dairəsində bir sıra məntəqələrdə nəticələr ləğv olundu 18 Fevral 2020, 17:47 MSK katibi əsəbləşdi: “Bu Xalq Cəbhəsinin iclası deyil” 18 Fevral 2020, 17:40 Prezident Gədəbəylə bağlı sərəncam imzaladı 18 Fevral 2020, 17:33 İbrahim Tatlısəs məhkəməyə verdiyi rəqqasədən təzminat alacaq 18 Fevral 2020, 17:28 Məzahir Pənahov: “Müşahidəçilər və KİV nümayəndələri komissiyanın fəaliyyətinə mane olublar” 18 Fevral 2020, 17:22 “Qaçqınkom” Buzovnadakı yanğınla bağlı məlumat yaydı 18 Fevral 2020, 17:16 Bu dairənin nəticələri ləğv oluna bilər - Məzahir Pənahovdan EYHAM 18 Fevral 2020, 17:11 Baş Prokuror Kamran Əliyevə yeni müavin təyin etdi 18 Fevral 2020, 17:04 Razi Nurullayevin qalib olduğu dairədə seçkilər yenidən keçiriləcək? 18 Fevral 2020, 17:00 Zakir Qaralov idarə rəisi təyin etdi 18 Fevral 2020, 16:58 Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib 18 Fevral 2020, 16:52 Məzahir Pənahov şikayətçilərə müraciət etdi: “Bizim hələ vaxtımız var” 18 Fevral 2020, 16:47 Azercell-dən Azərbaycan kinoindustriyasının inkişafına dəstək 18 Fevral 2020, 16:42 Bakıda tez-tez yanan ticarət mərkəzləri və bazarları -VİDEOXRONİKA 18 Fevral 2020, 16:37 İcra başçısının lider olduğu seçki dairəsi barədə QƏRAR 18 Fevral 2020, 16:34 MSK-da seçki dairəsi ilə bağlı qərar verildi 18 Fevral 2020, 16:31