Arxiv
26 Avqust 2019, 14:16 | ANALİTİKA
Müşavirləri Trampı G7 sammitində iştiraka güclə məcbur ediblər - ŞƏRH

““Böyük yeddilərin” toplantıları fikir mübadiləsi üçün müstəvidir. Bu toplantılarda yekdil qərarlar qəbul olunmur, sənədlər imzalanmır. Bəlkə də, elə bu səbəbə görə, ABŞ prezidenti Donald Tramp “böyük yeddilərin” toplantılarına maraq göstərmir. Tramp ikitərəfli görüşlərə və anlaşmalara üstünlük verir”.

 

Modern.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib. O qeyd edib ki, müşavirləri Trampı Fransadakı toplantıya qatılmağa güclə məcbur ediblər:

““Böyük yeddilərin” liderləri Fransada bir çox mövzuda fikir mübadiləsi aparıblar. Ancaq ən çox danışılan mövzu Rusiyanın “böyük yeddilərə” qatılıb-qatılmaması məsələsidir. Daha əvvəl Rusiya prezidenti Vladimir Putinlə görüşən Fransa dövlət başçısı Emmanuel Makron Rusiyanın “böyük yeddilərə” qayıtması gərəkliyini dilə gətirmişdi. Tramp da bunu istəyir, o birillərin bir qismi isə ya buna etiraz, ya da tərəddüd edirlər. Etirazlara baxmayaraq, Donald Tramp gələn il Putini Amerikada keçiriləcək “böyük yeddilərin” toplantısına dəvət etməkdə israrlıdır.

Liberal dəyərləri bölüşməyən Rusiyanın “böyük yeddilərə” qayıtması necə mümkündür? Axı belə olsaydı onda görək iqtisadiyyatı “böyük yeddilərin” iqtisadiyyatının bir çoxundan böyük olan Çin də “böyük yeddilər” də olardı. Elə məsələ də Çinlə bağlıdır. Rusiyanı Çindən uzaqlaşdırmağa çalışırlar. Qərbdə Rusiyaya qarşı sərt sanksiyalar tətbiq olunsa da, Çindən daha çox ehtiyat edirlər”.

E.Şahinoğlu xatırladıb ki, Vladimir Putin İngiltərə qəzetinə son müsahibəsində liberal dəyərlərin məhv olduğunu, bu dəyərlərin onun üçün maraqlı olmadığını deyib:

“Tramp üçün liberal dəyərlər əsas deyil, əsas olan Putinlə təmas imkanlarını itirməməkdir. Tramp üçün Rusiyaya gedib Putinlə görüşmək və ya rusiyalı həmkarını Vaşinqtona rəsmi səfərə dəvət etmək problematikdir. Bu halda Trampın ölkədaxili rəqibləri fəallaşacaqlar. Ancaq “böyük yeddilərin” 2020-ci il toplantısı çərçivəsində Putinlə görüş və fikir mübadiləsi Trampa böyük problem yaratmaz. Ona görə də Tramp Rusiyanı “böyük yeddilərə” qaytarmaq istəyir.

Bu gün Qərb dövlətləri arasında söz sahibi Amerikadır. Ona görə də Avropa dövlətlərinin Vaşinqtona Rusiya mövzusunda hər dəfə “yox” deməsi çətindir. Əslində İtaliyanın, Fransanın, Almaniyanın timsalında Avropa dövlətlərinin özləri də Rusiyanın yenidən sivil dünyaya qaytarılmasının yollarını arayırlar. Bir gün gələcək Rusiya yenidən “böyük yeddilərə” qatılacaq. Moskva da bunu istəyir. Çünki, bu yolla Kreml Qərbə Krımın Rusiyaya aidliyini qəbul etdirəcəyini düşünür”.


Politoloq onu da əlavə edib ki, Qərb Rusiya ilə dialoq imkanlarını da açıq saxlamaq istəyir:

“Çünki düşünürlər ki, Rusiyanı çözlərindən daha uzaqda tutsalar bu Moskvanın daha sərt siyasət yürütməsinə və Çinlə daha sıx tərəfdaşlığa sövq edir. Bu isə Qərbin maraqlarına ziddir. Ona görə də zaman keçdikcə Qərb Rusiyanı yenidən özünə tərəf çəkməyə başlayacaq. Həm də Qərbdə anlayırlar ki, Rusiyada Putinin mövqeləri getdikcə zəifləyəcək və Rusiyada növbəti liderlər normal münasibətlər qurmaq üçün indidən prosesə başlamaq lazımdır”.

Qeyd edək ki, Fransanın Biarrits şəhərində keçirilən G7 sammiti rəsmi Bəyannamə olmadan başa çatıb. Fransa, Almaniya, ABŞ, Yaponiya, İtaliya, Kanada və Böyük Britaniyanın liderlərinin yekun tədbirində - işgüzar şam yeməyində ABŞ Prezidenti Donald Tramp Rusiyanın iştirakı ilə G8 formatına qayıtmağı tələb edib. D.Tramp onu əsas gətirib ki, İran, Suriya və Şimali Koreya ilə bağlı problemlərin həllində Moskva mütləq iştirak etməlidir.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Gömrük Akademiyasının ilk magistr tələbələri məzun oldu 24 İyun 2021, 15:38 Niyazi Bayramov sakinlərin müraciətlərini qeydiyyata götürdü 24 İyun 2021, 15:32 İnsanları işə düzlətmək adı ilə aldanan şirkət direktoru SAXLANILDI 24 İyun 2021, 15:27 Ermənistan PUA istehsal edəcək 24 İyun 2021, 15:23 Yeni dalğanın qarşısını almaq üçün peyvənd olunmalıyıq - Deputat 24 İyun 2021, 15:17 Qırğızıstan Azərbaycana yeni səfir təyin etdi 24 İyun 2021, 15:12 Yas mərasimlərinin təşkilinə də icazə verilsin - TƏKLİF 24 İyun 2021, 15:06 Suqovuşanı azad edən 10 min 647 hərbçiyə medal verildi - SƏRƏNCAM 24 İyun 2021, 15:00 Deputat 3 kənddə seçicilərini qəbul edib - FOTOLAR 24 İyun 2021, 14:54 Çalışdığı şirkətin 15 mindən çox pulunu mənimsədi 24 İyun 2021, 14:48 Serbiya NATO-ya üzv olmayacaq 24 İyun 2021, 14:42 “Daşkəsən Dəmir Filiz” MMC bu universitetlə əməkdaşlıq edəcək 24 İyun 2021, 14:36 Bir qrup hərbçi “Laçının azad olunmasına görə” medalı ilə təltif edildi 24 İyun 2021, 14:30 Bugünədək 578250 hektar sahədə biçin aparılıb - FOTOLAR 24 İyun 2021, 14:25 Kəlbəcərin azadlığına görə təltif edilənlər - SİYAHI 24 İyun 2021, 14:20 Bakıda daha bir marşrut xətti karta keçdi 24 İyun 2021, 14:14 Prezident və xanımı “Gülüstan” SARAYINDA 24 İyun 2021, 14:08 Bir qrup hərbçi “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edildi - SİYAHI 24 İyun 2021, 14:02 “BakuBus”un avtobusu qəzaya düşdü - FOTOYENİLƏNİR 24 İyun 2021, 13:56 Lavrov Azərbaycanla Ermənistan arasında etimaddan DANIŞDI 24 İyun 2021, 13:50 Ermənistanda seçkilər, Bakı ilə Moskvanın məsləhətləşmələri - ŞƏRH                     24 İyun 2021, 13:45 Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi Qrupun iclası keçirilib 24 İyun 2021, 13:40 Azad olunan yerlərə ilk növbədə bu məcburi köçkünlər QAYTARILACAQ 24 İyun 2021, 13:34 Təhsil Nazirliyindən məzun günü ilə bağlı QƏRAR 24 İyun 2021, 13:28 Maliyyə Nazirliyində yeni təyinatlar 24 İyun 2021, 13:22 Şuşa fatehləri TƏLTİF OLUNDU 24 İyun 2021, 13:16 SOCAR 25 milyon dollarlıq müqavilə imzaladı 24 İyun 2021, 13:10 Ukraynada yaşayan azərbaycanlı gənclərlə görüş keçirilib 24 İyun 2021, 13:04 “Bu qərarlarla istənilən toy sahibini cərimələmək mümkündür” - Deputatdan ETİRAZ               24 İyun 2021, 12:58 Sabahkı hava əksər insanlar üçün əlverişsiz olacaq - 43 dərəcə isti 24 İyun 2021, 12:52 Koronavirusa yoluxanlara da vaksin vurula bilər 24 İyun 2021, 12:46 COVİD-19 vaksini sonsuzluğa səbəb olur? - Rəsmi cavab 24 İyun 2021, 12:40 “Vaksin olunmuş insanlarda ağrı bütün peyvəndlər üçün keçərlidir” - Ekspert 24 İyun 2021, 12:34 Ermənilər nəyə əsasən “Virk-Vrastan” anlayışının mənasını Gürcüstan kimi qələmə verir?  24 İyun 2021, 12:28 Ölümündən sönra təltif olunan Şəhid polkovnik-leytenantlar - SİYAHI 24 İyun 2021, 12:22
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?