Modern.az

Fuad Muradov  CEO Lunch Baku-nun fəxri qonağı olacaq

Fuad Muradov  CEO Lunch Baku-nun fəxri qonağı olacaq

Diaspor

27 Avqust 2019, 13:13

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov CEO Lunch Baku platformasının fəxri qonağı olacaq.

 

Qısa fasilədən sonra  Caspian European Club bu təşkilata daxil olan şirkətlərin biznes imkanlarını genişləndirən B2B və B2G formatlı tədbirlərin keçirilməsini bərpa edir. Son illər əksər Azərbaycan şirkətləri ölkə xaricində nümayəndəliklər, filiallar və ortaq müəssisələr yaradır. Beləliklə, həmin ölkələrdə Azərbaycasn diasporunun yeni nəsli formalaşır. Məhz bu səbəbdən dolayı, biz CEO Lunch Baku-nun fəxri qonağı olaraq Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovu dəvət etməyi qərara aldıq. CEO Luncj Baku 2019-cu il sentyabrın 4-də Hyatt Regency otelində keçiriləcək”.

Modern.az xəbər verir ki, bu barədə “Caspian European Club” sədrinin birinci müavini və baş icraçı direktoru Telam Əliyev açıqlama verib.

 

CEO Lunch – netvorkinq üçün unikal platformadır. Platforma çərçivəsində yaradıcı ziyalılar, dövlət məmutları, beynəlxalq təşkilat və diplomatik missiya rəhbərləri, yüksək və orta menecerlər zümrəsinin nümayəndələri və s. ünsiyyət və fikir mübadiləri apara bilir.

Hər ay keçirilən CEO Lunch dövlət  və özəl sektor arasında əlaqə yaratmaq, Xəzər-Qara dəniz ölkələri və Baltikyanı regionunu təmsil edən şirkət nümayəndələri arasında qeyri-rəsmi mühitdə işgüzar münasibətlərin qurulmasına şərait yaradır.  

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü