Arxiv
1 Sentyabr 2019, 12:58 | HADİSƏ
Andropova məktub yazan Samanta Smit - Məşhur uşağın 34 il öncəki FACİƏSİ

Samanta Smit – məşhur amerikalı məktəbli qız...  Yola saldığımız bu günlərdə - 25 avqustda onun faciəli surətdə həlak olmasının 34 ili tamamlandı.

Samanta Smit, 29 iyun 1972-ci ildə Amerikada doğulmuşdu. 1982-ci ildə 10 yaşlı amerikalı şagirdin SSRİ-nin rəhbəri Yuri Andropova yazdığı məktub onu bütün dünyada məşhurlaşdırdı...

Bu ad yəqin ki, Sovet İttifaqı dönəmini görmüş yaşlı və orta nəsil azərbaycanlıların yadındadır.

Modern.az-ın məlumatına görə, 1982-ci ilin payızında Amerika məktəblisi Samanta Smit nüvə müharibəsi perspektivləri barədə öz narahatlığını məktub şəklində Sovet İttifaqının o vaxtkı rəhbəri Yuri Andropova yazmışdı.  

Bir neçə aydan sonra Yuri Andropov Samantanı Sovet İttifaqına dəvət etdi.  

Və amerikalı qız 1983-cü ildə SSRİ-yə gəldi. O, patyaxt Moskvada, eyni zamanda Leninqradda və Krımda oldu, “Artek” pioner düşərgəsinə baş çəkdi. Bu səfər o zaman SSRİ və Amerika Birləşmiş Ştatlarının  mətbuatında geniş işıqlandırıldı.

SSRİ-yə səfərindən az sonra, 25 avqust 1985-ci il tarixində Samanta Smit atası ilə birgə müəmmalı təyyarə qəzası nəticəsində həlak oldu. O zaman 13 yaşlı amerikalı qızcığazın faciəsi bütün sovet məktəblilərini sarsıtmışdı.

Həmin vaxtlar SSRİ və ABŞ arasında “soyuq müharibə” yelləri əsirdi. Və “soyuq müharibə”nin qızğın çağında SSRİ-də hakimiyyət başına yeni rəhbər gəldi – Yuri Andropov.

1982-ci ilin noyabrında Sovet İttifaqı Kommunist Partiyasının baş katibi vəzifəsində Leonid Brejnevi əvəz edən Yuri Andropovun hakimiyyətə gəlməsi Qərbdə bərk narahatlıqla qarşılandı. Qərb mətbuatı Andropovdan bəhs edən məqalələr nəşr etməyə başladılar. Və bu yazılar əsasən mənfi təqdimat idi, məqalələrdə Andropov nəzərdə tutularaq Qərb dünyasına qarşı yeni təhlükənin meydana çıxmasından bəhs edilirdi. Qərbin apardığı təbliğatda Andropov dünyaya yeni və dəhşətli müharibə təhlükəsi gətirən sovet lideri kimi təqdirm olunurdu.

Belə bir zamanda Samanta Smit televizordan nüvə müharibəsinin baş verəcəyi, Yer kürəsinin məhv olacağı xəbərini eşidir. Və dərhal da anasından “nüvə müharibəsini kim başlayacaq?”, - deyə soruşur.  
Samantanın anası ona ABŞ-ın "Time" jurnalının 22 noyabr 1982-ci il tarixli sayında Andropov haqqında dərc olunmuş məqaləni göstərir.
Məqalədə yazılırdı ki, bu adam (Yuri Andropov) ABŞ üçün çox təhlükəlidir və onun hakimiyyəti dövründə yeni müharibənin olması mümkündür.


Məqaləni oxuyub bərk həyəcanlanan balaca Samanta anasından Andropova məktub yazmasını xahiş edir: "Niyə hamı cənab Andropovdan qorxur? Axı niyə ondan heç kim soruşmur ki, müharibəyə hazırlaşır ya yox?”.

Onda anası Samantaya belə cavab vermişdi: "Əgər istəyirsənsə, o məktubu özün yaz".

Və 10 yaşlı Samanta Smit SSRİ rəhbərinə belə bir məktub yazmışdı:

“Hörmətli cənab Andropov,

Mənim adım Samanta Smitdir. Mənim 10 yaşım var. Sizi yeni işiniz münasibətilə təbrik edirəm. Mən Rusiya və Amerika Birləşmiş Ştatları arasında nüvə müharibəsinin başlamasından çox narahatam. Siz müharibənin başlamasına səs vermək istəyirsiniz, ya yox? Əgər istəmirsinizsə, onda xahiş edirəm deyəsiniz ki, müharibənin qarşısını almağa necə yardım etməyi düşünürsünüz? Siz bu sualıma cavab vermək məcburiyyətində deyilsiniz, amma mən bilmək istərdim ki, nə üçün siz dünyanı və ya ən azından bizim ölkəmizi fəth etmək istəyirsiniz? Tanrı dünyanı yaradıb ki, biz hamımız sülh şəraitində yaşayaq və müharibə etməyək.

Hörmətlə,

Samanta Smit”.

Bir müddət sonra Samantanın gözləmədiyi halda məktub SSRİ-də çıxan "Pravda" qəzetində dərc olundu.


Samanta bu xəbəri dərsdə olanda eşidir və çox sevinir. Məktəbdən evə qayıdanda yaşadığı binanın qarşısının jurnalistlərlə dolu olduğunu görür. Onların hamısı Samantanın gözləyirdilər.

Samanta isə nigaran idi, çünki o, hələ məktubuna cavab almamışdı.

Və 26 aprel 1983-cü il tarixində Amerika məktəblidi Yuri Andropovun cavab məktubunu aldı.

Andropov yazırdı:

“Əziz Samanta!

Bu günlərdə sənin ölkəndən və digər ölkələrdən mənə daxil olan başqa məktublar kimi, sənin məktubunu da aldım.

Mən məktuba əsasən mülahizə yürüdürəm və mənə elə gəlir ki, sən də həmyerlin Mark Tvenin məşhur əsərindəki Tom Soyerin rəfiqəsi Bekki kimi cəsarətli və dürüst qızsan. Bizim ölkədə bütün oğlan və qızlar bu kitabı tanıyırlar və çox sevirlər.

Sən yazırsan ki, bizim ölkələrimiz arasında nüvə müharibəsinin baş verəcəyindən çox narahatsan. Və soruşursan ki, biz müharibənin başlamaması üçün nəsə edirikmi.

Sənin sualın — düşünən hər bir insanın verə biləcəyi ən vacib sualdır. Sənin bu sualına ciddi və dürüst cavab verəcəyəm.

Bəli, Samanta, biz Sovet İttifaqında çalışırıq hər şeyi edək ki, bizim ölkələrimiz arasında müharibə olmasın və ümumiyyətlə dünyada müharibə olmasın. Bunu hər bir sovet insanı istəyir. Bunu bizə ölkəmizin böyük qurucusu Vladimir Lenin öyrədib.

Sovet insanları müharibənin necə dəhşətli və dağıdıcı bir şey olduğunu yaxşı bilirlər. 42 il əvvəl dünya üzərində hökmranlığa can atan nasist Almaniyası ölkəmizə hücum etdi, bizim minlərlə şəhər və kəndimizi yandırıb viran qoydu, milyonlarla sovet kişi, qadın və uşaqlarını öldürdü.

Bizim qələbəmizlə başa çatan o müharibədə biz Birləşmiş Ştatlarla müttəfiq idik, bir çox xalqların nasist istilaçılarından azad edilməsi üçün birlikdə mübarizə aparırdıq. Mən ümid edirəm ki, sən bunları məktəbdəki tarix dərslərindən bilirsən. Bu gün də biz sülh şəraitində yaşamağı, Yer kürəsindəki yaxın-uzaq bütün qonşularımızla ticarət aparmağı və əməkdaşlıq etməyi çox istəyirik. Və əlbəttə ki, Amerika Birləşmiş Ştatları kimi böyük dövlətlə də.

Həm Amerikanın, həm də bizim atom silahımız var – bir anda milyonlarla insanı öldürə bilən qorxunc silah. Ancaq biz istəmirik ki, o nə vaxtsa istifadə olunsun. Məhz buna görə Sovet İttifaqı təntənəli şəkildə bütün dünyaya bəyan edib ki, atom silahını heç vaxt – heç bir zaman ilk olaraq heç kimə qarşı tətbiq etməyəcək. Ümumiyyətlə, biz onun istehsalını dayandırmağı və dünyadakı bütün ehtiyatlarını məhv etməyi təklif edirik.

Mənə elə gəlir ki, bu sənin ikinci: "Siz nə üçün dünyanı və ya ən azından bizim ölkəmizi fəth etmək istəyirsiniz?" – sualına layiqli cavabdır. Biz belə bir şey istəmirik. Bizim ölkəmizdəki heç kim – nə fəhlə və kəndlilər, nə yazıçılar və həkimlər, nə böyüklər və uşaqlar, nə də hökumət üzvləri, nə böyük, nə də "kiçik" müharibə istəyirlər.

Biz sülh istəyirik – bizim görüləsi işlərimiz çoxdur: taxıl yetişdirmək, tikmək və ixtira etmək, kitab yazmaq və kosmosa uçmaq. Biz özümüz və planetin bütün xalqları üçün sülh istəyirik. Öz uşaqlarımız və sənin üçün, Samanta.

Əgər valideynlərin icazə versələr, səni bizə gəlməyə dəvət edirəm, yaxşı olar ki, yayda. Ölkəmizi tanıyarsan, həmyaşıdlarınla görüşərsən, uşaqların beynəlmiləl düşərgəsi – Artekdə olarsan. Və özün əmin olarsan ki, Sovet İttifaqında hamı – xalqlar arasında sülh və dostluq tərəfdarıdır.

Təbrikinə görə çox sağ ol. Sənə yenicə başlayan həyatında hər şeyin ən yaxşısını arzu edirəm

Y.Andropov”.


Yuri Andropov Samanta Smiti SSRİ-yə dəvət etməsi ABŞ-da müzakirə olunduqdan sonra müsbət cavab verildi.

1983-cü ilin7 iyulunda Samanta valideynləri ilə SSRİ-yə uçdu. Hava limanında onu siyasət və hadisələrə biganə olmayan çoxlu adam qarşıladı. Smit ailəsinin Sovet İttifaqında keçirdiyi iki həftə ərzində balaca xoşməramlı səfir Samanta Moskvada, eyni zamanda Leninqradda və Krımda oldu, “Artek” pioner düşərgəsinə baş çəkdi. “Artek”də ona pioner forması bağışladılar. Forma onun çox xoşuna gəldi və özü ilə vətəninə apardı.

Təəsüf ki, o zaman ağır xəstə olan Yuri Andropov Samanta ilə görüşə bilmədi. Ancaq onlar telefon vasitəsilə danışdılar.

SSRİ, ABŞ və digər ölkələrin KİV-ləri Samantanın hər bir addımını izləyir, hər sözünə diqqət edirdilər. 22 iyulda evə yola düşərkən, Samanta telekameralara gülümsəyərək rusca: "Budem jit!" ("Yaşayacağıq!"‎),-  deyə qışqırdı.

Və sonra özünün "Sovet İttifaqına səyahət" kitabında Samanta "onlar da bizim kimidirlər" sözlərini yazdı.

Cavab görüşü olaraq 1986-cı ildə sovet məktəblisi Katya Lıçova ABŞ-ı ziyarət etdi.


SSRi-yə səfərdən sonra bütün dünyada məşhurlaşan Samanta Smiti tez-tez müxtəlif ölkələrə teleşoulara dəvət edirdilər.

25 avqust 1985-ci il... Dəhşətli qəza Samanta Smitin həyatına son qoydu...


Qızcığaz atası ilə birlikdə İngiltərədən, məşhur Robert Vaqnerin teleşousundan qayıdırdı. Təyyarə Oqast şəhərinin aeroportuna enməli olduğu halda, buradan cənub-qərbdə yerləşən Obern-Lüiston bələdiyyə aeroportuna yönləndirildi. Görmə məsafəsinin az olması səbəbindən iki mühərrikli kiçik "Beechcraft 99" təyyarəsi uçuş-enmə zolağına çatmadan, onun kənarına 200 metr qalmış yerə çırpılddı.
Təyyarədəki 6 sərnişin və 2 heyət üzvü hadisə yerində həlak oldular. 13 yaşlı qız və atası Samantanın doğulduğu Men ştatının Houlton şəhəri yaxınlığında dəfn olundular.

ABŞ-da bu qəzada DTK-nın, SSRİ-də isə əksinə MKİ-nin əli olduğuna dair söz-söhbətlər gəzsə də, qəzanın araşdırılması göstərdi ki, qəzaya pilotun yol verdiyi səhvlər səbəb olub. Amma hələ də Samanta Smitin xüsusi xidmət orqanlarının qurduğu hadisə nəticəsində pldüyünü söyləyənlər var.

O hadisədən sonra Samantanın anası onun adına xeyriyyə fondu yaratdı. Fond bir müddət sovet məktəblilərinin ABŞA səfərini maliyyələşdirdi. Məqsəd iki ölkə arasında sülhün təbliğatı idi. Lakin fond 1995-ci ildə bağlandı.

1985-ci ildə Samantanın xatirəsinə Sovet İttifaqında poçt markaları buraxıldı. 1986-cı ildə 3147 nömrəli asteroid Samantanın şərəfinə adlandırıldı. 1985-ci ildə Danimarka bəstəkarı Per Nörgard Samantanın xatirəsinə "Uşağı xatırlayaraq" adlı skripka üçün konsert bəstələdi. Samantanın adı ilə zanbaq və georgina növü, Sibirdə tapılmış almaz, okean gəmisi adlandırıldı.

ABŞ-ın Men ştatında Samanta Smitin əlindəki göyərçini havaya buraxan və yanında balaca ayı balası oturmuş heykəli qoyuldu.



A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Putin Braziliyaya yollandı 13 Noyabr 2019, 23:08 Ukrayna  Ermənistana qarşı... 13 Noyabr 2019, 22:47 Türkiyədə terror planlaşdıranlar ələ keçdi 13 Noyabr 2019, 22:30 Məcburi köçkün Gəncədə iş yerindən itkin düşdü 13 Noyabr 2019, 22:16 Şəmkirdə 2 avtomobil toqquşdu: xəsarət alan var 13 Noyabr 2019, 21:57 Ərdoğanla Tramp bir araya gəldi - VİDEO 13 Noyabr 2019, 21:43 Leyla Əliyeva Beynəlxalq Paralimpiya Komitəsinin 30 illiyinə qatıldı - FOTO 13 Noyabr 2019, 21:25 Azərbaycanlılar ABŞ-da qəzaya düşdülər: ölən var, VİDEO 13 Noyabr 2019, 21:08 Bulvarda dənizə düşən şəxs xilas edildi 13 Noyabr 2019, 20:52 "El-Klasiko"nun vaxtı açıqlandı 13 Noyabr 2019, 20:38 Quba sakini dəm qazından boğuldu 13 Noyabr 2019, 20:27 BMT Baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəldi 13 Noyabr 2019, 20:15 Sosial şəbəkədə narkotik vasitə satan şəxs yaxalandı 13 Noyabr 2019, 20:02 Gəncədə mikroavtobus piyadanı vurub 13 Noyabr 2019, 19:47 Ermənistan ali məktəblərində etiraz aksiyaları 13 Noyabr 2019, 19:36 Bakıda sürücülər arasında dava düşüb, xəsarət alan var 13 Noyabr 2019, 19:27 Gürcüstandan Azərbaycana qanunsuz yolla gətirilən siqaretlər aşkarlanıb 13 Noyabr 2019, 19:19 Ermənistanın Rusiyadakı səfirliyi ermənilərlə ruslar arasında gərginlik haqda 13 Noyabr 2019, 19:07 İŞİD-in hbərlərindən biri rkiyəsaxlanıldı 13 Noyabr 2019, 19:01 İran uranı 20%-ə qədər zənginləşdirəcək 13 Noyabr 2019, 18:48 İlham Əliyev Amerika Yəhudi Təşkilatlarının sədr müavinini qəbul edib - YENİLƏNİB 13 Noyabr 2019, 18:33 “Primakova dedim ki,… Mənim hakimiyyətim Allahla tək qalanda başlayır” - Şeyxulislamdan maraqlı AÇIQLAMALAR 13 Noyabr 2019, 18:20 Rüşvətdə təqsirləndirilən polkovnik-leytenant azadlığa buraxıldı 13 Noyabr 2019, 18:15 Oqtay Əsədov nazirə belə DEDİ: “Yerlibazlıq edib, sənə imkan yaratdıq ki...” 13 Noyabr 2019, 18:01 Erməni əsir üzr istədi: “Azərbaycanda cənnətdəyəm” - VİDEO 13 Noyabr 2019, 17:50 “Yollardakı polis postlarında sürücülər üçün istirahət otaqları var” - DYP 13 Noyabr 2019, 17:42 İşsizlikdən Sığorta Fondunun 2020-ci ildəki gəlir və xərcləri qəbul edildi 13 Noyabr 2019, 17:33 Bu müəllimlərin maaşları artırıldı - RƏSMİ 13 Noyabr 2019, 17:31 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat olacaq 13 Noyabr 2019, 17:29 Bəxtiyar Hacıyev Paşinyana sualından DANIŞDI: “Özüm aqressiv davranmadım” 13 Noyabr 2019, 17:29 Sabiq kəşfiyyat rəisi yoxa çıxdı 13 Noyabr 2019, 17:29 Azərbaycanda yaşayış minimumunun gələnilki məbləği bu qədər olacaq 13 Noyabr 2019, 17:28 Nazir bütün uşaqlara “uşaqpulu” verməyi mümkün SAYMADI 13 Noyabr 2019, 17:17 “Azəriqaz”ın yeni rəhbəri idarə rəislərinə tapşırıq verdi 13 Noyabr 2019, 17:11 Bu il 934 şəhid ailəsinə və əlilə mənzil veriləcək 13 Noyabr 2019, 17:06