Arxiv
6 Sentyabr 2019, 09:33 | İQTİSADİYYAT
Süni qiymət artımı  - Deputat narazıdır, Dövlət Xidməti araşdırır

Ölkədə əməkhaqlarının artırılması ilə bağlı son sərəncamlardan sonra istehlak mallarının da qiymətində artım müşahidə edilir. İstehlakçılar bahalaşmanı bir çox çeşiddə məhsullar alarkən daha “yaxşı” hiss edirlər. Təkcə iyul-avqust aylarının müqayisəsində iri mağazalarda, supermarketlərdə ərzaq və qeyri-ərzaq məhsullarının 10-15 qəpik bahalaşdığı aydın görünür. İlk baxışda cüzi görünən rəqəmlər son nəticədə vətəndaşın cibidən gedir...

 

“Süni qiymət artımı gözlənilən idi”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a bildirib ki, bahalaşma gözlənilən idi:


“Hələ əməkhaqlarının artırılması ilə bağlı Prezident sərəncamlarından sonra süni bahalaşma olacağını bildirmişdik. Sentyabrın 1-dən etibarən maliyyə bazarlarına təxminən 2,5 milyard manata yaxın vəsait buraxılıb. Bildiyiniz kimi, maaşı artımı olmamışdan sahibkarlar qiymətləri bahalaşdırmağa başlayırlar. Bunların da hamısı obyektiv deyil, subyektiv qiymət artımıdır. Bu gün də elə bir vəziyət yaranıb. Biz də, ailə üzvlərimiz də, vətəndaşlar da bu bahalaşmanı hiss edir. Ona görə də süni qiymət artımına qarşı ciddi nəzarət mexanizmləri tətbiq edilməlidir”.

 

“Bahalaşma olacaqdısa, maaşlar niyə artırılırdı?!”

 

V.Əhmədov vətəndaşın maaşının artan hissəsinin süni şəkildə ondan alındığını vurğulayıb:

“Qiymətlər şişirdiləcəkdisə, əməkhaqları niyə artırılırdı?! Vətəndaş artımı hiss etməyəndən sonra bunun əhəmiyyəti olmaz axı! Ona görə də İqtisadiyyat Nazirliyi, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti monitorinqlər aparmalıdır. Mən həmişə demişəm bahalaşma obyektiv və subyektiv ola bilər. Əgər mal-məhsul xaricdən dollarla alınıb gətirilirsə, milli valyutada dəyişiklik olursa, bu, obyektiv bahalaşmaya səbəb olur. Biri də var, subyektiv səbəbdən vətəndaşın cibinə girmək. Yerli məhsulun qiyməti niyə tez-tez dəyişməlidir?.. Mən sərəncamlardan sonra inflyasiyadan yox, qiymət artımından narahat idim. Təəssüf ki, bu da baş verməkdədir. Ona görə də müvafiq qurumlar ciddi addımlar atmalıdır”.

 

Dövlət Xidməti araşdırır...

 

Məsələ ilə bağlı Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, istehlak bazarında baş verə biləcək süni qiymət artımının vaxtında müəyyən edilməsi və qarşısının alınması məqsədi ilə Dövlət Xidməti tərəfindən qabaqlayıcı tədbirlər həyata keçirilir:

“Belə ki, daha çox istifadə olunan istehlak malları üzrə ölkənin bütün regionlarını əhatə edən gündəlik qiymət monitorinqi aparılır, nəticələri təhlil edilir. Baş vermiş qiymət dəyişikliklərin səbəbləri araşdırılır və nəticələrinə uyğun olaraq tədbirlər görülür.

Bununla yanaşı, ayrı-ayrı əmtəə bazarlarında hökmran mövqeyə malik təsərrüfat subyektlərinin fəaliyyətinə antiinhisar qanunvericiliyinə uyğun nəzarət həyata keçirilir”.


“Süni qiymət artımı qeydə alınmayıb”

Rəsmi məlumatda bildirilib ki, aparılmış monitorinq və nəzarət tədbirləri zamanı süni qiymət artımı halları qeydə alınmayıb:

“İstehlak bazarına nəzarət tədbirləri davam etdirilir. Süni qiymət artımı müəyyən edildiyi təqdirdə bu cür hallara yol vermiş təsərrüfat subyektləri barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcək”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Yük qatarı relsdən çıxdı 17 Sentyabr 2019, 00:48 Neft zavodları İran istehsalı silahlarla vurulub - İDDİA 17 Sentyabr 2019, 00:33 Elmar Məmmədyarov Müqəddəs Taxt-Tacın Dövlət Katibi ilə görüşdü 17 Sentyabr 2019, 00:15 Qaxda ağır qəza: yaralılar var 16 Sentyabr 2019, 23:57 İlham Əliyev Mehriban Əliyeva ilə birgə dünya çempionatının açılışına qatıldı - FOTOLAR, YENİLƏNİB   16 Sentyabr 2019, 23:44 Xələf Xələfov İsveçrə ilə əməkdaşlıq imkanlarını müzakirə etdi 16 Sentyabr 2019, 23:31 Neftin qiyməti kəskin bahalaşdı 16 Sentyabr 2019, 23:14 UEFA "Qarabağ"a 4 milyon avroya yaxın pul köçürdü 16 Sentyabr 2019, 23:01 Rusiya, İran və Türkiyə liderləri Tehranda görüşəcək 16 Sentyabr 2019, 22:46 Bakıda 36 yaşlı kişi ürəyindən bıçaqlandı 16 Sentyabr 2019, 22:33 Tramp yenidən İranı hədəf aldı 16 Sentyabr 2019, 22:16 Qobuda daş karxanasında fəhlə öldü 16 Sentyabr 2019, 21:54 Türkiyə vitse-prezidentinin Bakı səfəri başa çatdı 16 Sentyabr 2019, 21:42 Paşinyan Sərkisyanın kürəkənini geri qayıtmağa çağırdı 16 Sentyabr 2019, 21:28 Bakıda xəstə kişi binadan yıxılıb öldü 16 Sentyabr 2019, 21:13 Qəzaya uğrayan təyyarə evin üstünə düşdü: 7 ölü 16 Sentyabr 2019, 20:42 Xəzərdə zəlzələ oldu 16 Sentyabr 2019, 20:29 Ərdoğan, Ruhani, Putin bir arada 16 Sentyabr 2019, 20:16 Tofiq Yaqublu Müsavat başqanı ola bilər 16 Sentyabr 2019, 20:01 Mingəçevirdə uşaq evindən oğurluq edildi   16 Sentyabr 2019, 19:57 Türkiyə və Azərbaycan ortaq vaqon istehsal edəcək 16 Sentyabr 2019, 19:50 Əflatun Amaşov Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının sədrinin birinci müavini seçildi - FOTOLAR 16 Sentyabr 2019, 19:42 Elmar Məmmədyarov Romada FAO-nun baş direktoru ilə görüşüb   16 Sentyabr 2019, 19:34 Bu il bir tona yaxın narkotik vasitə dövriyyədən çıxarılıb - Nazir 16 Sentyabr 2019, 19:22 Yol hərəkəti qaydalarını pozan avtobus sürücüsu işdən ÇIXARILDI 16 Sentyabr 2019, 19:13 Gömrük Akademiyasında Bilik Günü qeyd olunub - FOTO 16 Sentyabr 2019, 19:03 Eldar Quliyev universitetə yeni qəbul olmuş tələbələrlə görüşdü - FOTOLAR 16 Sentyabr 2019, 18:54 Tofiq Yaqublu Müsavat başqanlığına namizədliyini irəli sürdü   16 Sentyabr 2019, 18:45 Vilayət Eyvazov polisdəki nöqsanlarla bağlı tapşırıq verdi 16 Sentyabr 2019, 18:36 DİN-də geniş kollegiya iclası keçirilib 16 Sentyabr 2019, 18:27 4 şəhər və rayonda lisey sinifləri açıldı 16 Sentyabr 2019, 18:18 UEFA “Qarabağ”ın hesabına bu qədər pul köçürdü 16 Sentyabr 2019, 18:09 Məktəblini maşın vurub öldürdü 16 Sentyabr 2019, 18:00 Yol polisi Bakı məktəblərində maraqlı aksiyalar keçirdi 16 Sentyabr 2019, 17:51 Lənkəranda qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü açılıb 16 Sentyabr 2019, 17:48