Arxiv
6 Sentyabr 2019, 14:26 | ÖLKƏ
Müxalifətdən Siyavuş Novruzovun qanvermə çağırışına REAKSİYA

Sentyabrın 6-da hakim Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə növbəti qanvermə aksiyası keçirilib.


Partiyanın İcra Katibliyində təşkil olunan aksiyada Baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov, YAP icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, partiyanın İdarə Heyətinin və Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları, YAP-ın Bakı şəhəri və Abşeron rayon təşkilatlarının üzvləri iştirak ediblər.


Qanvermə aksiyasının humanist xarakterli tədbir olduğunu deyən YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov partiya üzvlərinin bu təşəbbüslə nümunə göstərdiklərini qeyd edib. S.Novruzov müxalifət nümayəndələrini də bu aksiyaya dəvət edib:


“Onlar indiyə qədər nə qanvermə, nə ağacəkmə, nə də digər xeyirxah tədbirlər keçirib. Əksinə,  görülən müsbət işlərə kölgə salmağa çalışıblar, öz fəaliyyətlərini, söyüş, təhqir, böhtan  üzərində qurublar. Mən həmin siyasi təşkilatları da qanvermə aksiyasında iştirak etməyə dəvət edirəm. Gəlsinlər qan versinlər".


Bəs müxalif siyasi partiyaların YAP-çı deputatın dediklərinə münasibəti necədir?

Modern.az saytı bu sualla YAP-ın rəqiblərinə müraciət edib.

Müsavat Partiyası başqanının müavini Səxavət Soltanlı deyib ki, müsavatçılar yalnız məhərrəmlikdə deyil, zaman-zaman qanvermə aksiyalarına qoşulurlar:

“Bəzi hallarda köməyə ehtiyacı olan şəxslər üçün aksiyalar da təşkil edirik. Sadəcə bu kimi işlərdən siyasi məqsədlər üçün istifadə etmirik. Siyasi partiyalar belə məsələləri şouya çevirməməlidir”.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Siyavuş Novruzovun çağırışını qeyri-səmimilik adlandırıb. 

Bununla yanaşı, F.Qəhrəmanlı deyib ki, bu tip aksiyalarda iştirak etmək AXCP üzvlərinin fərdi qaydada istəyinə əsaslanır:

"Biz milli mənəvi məsələlərdən sui-istifadə edib, bunu siyasi kampaniyaya çevirmək niyyətində deyilik. YAP-dan fərqimiz odur ki, bu kimi məsələlərə hər hansı siyasi, ictimai təmənna güdmədən yanaşırıq”.

ReAl Partiyası İdarə Heyətinin üzvü Natiq Cəfərli:


“Aprel döyüşlərindən sonra ReAl Partiyası çağırış etdi və öz üzvlərimizlə birlikdə səhv etmirəmsə, gün ərzində 243 nəfər müxtəlif qanvermə məntəqələrində Azərbaycan ordusunun yaralanan əsgərləri üçün qan verdilər.  

Əslində YAP və deputatların bu aksiyası təqdirəlayiq addımdır. Amma səhiyyə sistemi elə qurulmalıdır ki, belə aksiyalara ehtiyac qalmasın. Çünki səhiyyə sisteminin fəaliyyəti düzgün olsa, belə problemlər baş qaldırmaz. Baxın, sosial şəbəkələrdə tez-tez elan verirlər ki, hansısa vətəndaşa təcili qan lazımdır.  Biz belə çağırışlara da qoşuluruq, sadəcə reklam etmədən, vətəndaş mövqeyimizi ortaya qoyuruq”.


Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə dinin dövlətdən ayrı olduğunu xatırladıb:

“Məntiqlə götürdükdə, məhərrəmlik şiə təriqətinə aid edilən matəm ayıdır. Bir sözlə, bu ayda həyata keçirilən qanvermə aksiyası dini mahiyyət daşıyır. Azərbaycanda isə din dövlətdən ayrıdır. Ona görə, buna siyasi don geyindirmək, dindən siyasi vasitə kimi istifadə etmək yolverilməzdir. Çünki din daha yüksək dəyərlər sistemidir.

Düzdür, qanvermə humanist aksiyadır. Amma bunu həyata keçirmək üçün mütləq məhərrəmliyi gözləməyə ehtiyac yoxdur. Əgər doğrudan da digər insanların həyatını xilas etmək niyətilə bunu edirlərsə, ilin istənilən vaxtı, istənilən günündə qan verə bilərlər”.  


Azərbaycan Milli İstiqlal Partiyasının Mərkəzi Şurasının üzvü Əli Oruclu isə AMİP-in illər əvvəl belə aksiyalar keçirdiyini söyləyib:

“YAP son illərdə bu cür qanvermə aksiyaları keçirir. AMİP isə müharibənin şiddətli, qızğın vaxtında könüllü qanvermə kampaniyaları həyata keçirib. 30 il sonra YAP bizim elədiyimizi təkraralayır. Hətta bunu da insanlara minnət kimi qoyurlar. Biz keçirdiyimiz aksiyaların heç birini təbliğ etməyi, cəmiyyətə minnət kimi qəbul etdirməyi düşünmədik. Yenə də edirlərsə, hər halda yaxşı addımdır. YAP-ın 700 min üzvü var, onlardan tək 500 mini qan versə, böyük bir qan bankı yaranar”.

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu isə bu cür aksiyaları dəstəkləyib:

“Kimin dəvət etməsindən asılı olmayaraq, belə kampaniyalarda hər kəsin iştirak etməyi vacibdir”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Üzeyir Hacıbəylinin adı güllələnəcək şəxslərin siyahısına salınmışdı” - TARİX 18 Sentyabr 2019, 11:33 Maye qazın topdansatış qiyməti dövlət tərəfindən tənzimlənməyəcək 18 Sentyabr 2019, 11:32 Sürücünün yol polisini təhqir etməsi ilə bağlı araşdırma başlanıldı 18 Sentyabr 2019, 11:20 Kameranın növbəti hədəfi Xankəndindəki Qələbə paradı olacaq... 18 Sentyabr 2019, 11:19 Praqmatik, nikbin və təmkinli ssenarilər əsasında hazırlanan büdcə 18 Sentyabr 2019, 11:16 Hüquq müdafiəçilərindən sosial şəbəkələrdəki söyüşlə bağlı MÜRACİƏT 18 Sentyabr 2019, 11:14 Komitə sədri: “Həm meyitdən, həm də sağlam insandan orqan köçürüləcək” 18 Sentyabr 2019, 11:06 Zakir Həsənov təlimlərin gedişi barədə məruzəni dinlədi - FOTOLAR 18 Sentyabr 2019, 11:04 Cəmil Quliyev yeni vəzifəyə təyin olundu 18 Sentyabr 2019, 11:01 Elmar Məmmədyarov Vatikan Şərq Kilsələrinin Konqreqatını Bakıya dəvət etdi 18 Sentyabr 2019, 10:57 Maşınla adam vurub öldürən sürücü tutuldu 18 Sentyabr 2019, 10:55 Ötən gün yol qəzalarında 7 nəfər ölüb 18 Sentyabr 2019, 10:51 BANM-da “Yaşıl Enerjinin İdarə Olunması” üzrə Beynəlxalq Yay Məktəbinə start verildi 18 Sentyabr 2019, 10:33 “Musiqi alətləri: birlik və müxtəliflik” sərgisi Heydər Əliyev Mərkəzində 18 Sentyabr 2019, 10:27 Azərbaycan dilinin izdivac və idxal prosesində gücü 18 Sentyabr 2019, 10:27 Ermənistan atəşkəsi 20 dəfə pozdu 18 Sentyabr 2019, 10:24 AzTV-nin yeni loqosundakı üçbucaq nə deməkdir? - Sədr İZAH ETDİ 18 Sentyabr 2019, 10:18 Mahir Emrelinin evini yaranlar tutuldu - FOTOLAR 18 Sentyabr 2019, 10:14 Azərbaycanlı din xadimindən ŞOK AÇIQLAMA: “Bəzi hicablı qadınlar elə bərbad geyinirlər ki...” 18 Sentyabr 2019, 09:55 “Sosial evləri alıb “mənzil kolleksiyası” yaradırlar” - ETİRAZ 18 Sentyabr 2019, 09:40 Şuşalı Üzeyir bəyin Ağcabədidə doğulmasının MARAQLI TARİXÇƏSİ 18 Sentyabr 2019, 09:36 Azərbaycan Üzeyir Musiqi gününü qeyd edir 18 Sentyabr 2019, 09:30 Səhiyyə Nazirliyi: Aşura günü qan verən 169 nəfərdə virus aşkarlanıb 18 Sentyabr 2019, 09:16 Arif Əliyev: “Bizim sayt təkcə xəbər çatdırmayacaq, xidmət də təklif edəcək” 18 Sentyabr 2019, 08:56 Sabiq deputat: “Ay ziyalılar, gəlin yığışaq, iqtidarla müxalifəti barışdıraq!” - MÜSAHİBƏ  18 Sentyabr 2019, 08:25 Bu gün Çempionlar Liqasında daha 8 oyun - TƏQVİM 18 Sentyabr 2019, 08:13 Çempionlar Liqasında 8 görüş keçirilib - NƏTİCƏLƏR 18 Sentyabr 2019, 08:10 Manatın bugünkü məzənnəsi 18 Sentyabr 2019, 08:05 Ruhun şad olsun, Üzeyir bəy! 18 Sentyabr 2019, 07:59 "Sevilya" artıq Bakıdadır - VİDEO 18 Sentyabr 2019, 00:48 Paytaxtın bu ərazisi qaranlıqda qaldı 18 Sentyabr 2019, 00:37 Türk Hava Yolları təyyarəsi təcili eniş edib 18 Sentyabr 2019, 00:09 Güclü külək Bərdədə fəsadlar törətdi 17 Sentyabr 2019, 23:48 Azərbaycan nefti bahalaşıb 17 Sentyabr 2019, 23:31 Tacikistan Qırğızıstana nota verdi: sərhəddə gərginlik artır 17 Sentyabr 2019, 23:14