Arxiv
9 Sentyabr 2019, 19:49 | İQTİSADİYYAT
2020-ci ilin dövlət və icmal büdcələrinin layihələri hökümətə təqdim olundu - QƏRAR

Sentyabrın 9-da Maliyyə Nazirliyində Azərbaycan Respublikasının 2020-ci il və orta müddətli dövrdə icmal və dövlət büdcəsinin makro-fiskal çərçivəsi, 2020-ci ilin icmal və dövlət büdcəsi layihələrinin tərtibi və qarşıda duran digər vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.

 

Modern.az xəbər verir ki, maliyyə naziri, Kollegiyanın sədri Samir Şərifov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahat tədbirləri cari ilin ötən dövründə makroiqtisadi dayanıqlılığın təmin olunması ilə yanaşı, əhalinin rifah səviyyəsinin yüksəldilməsinə, qeyri-neft sektorunun inkişafına, valyuta ehtiyatlarının artımına xidmət edib. Xüsusilə, cari ilin aprel və sentyabr aylarında iki mərhələdə həyata keçirilən geniş sosial dəstək proqramı ilə minimum pensiya, minimum əməkhaqqı, sosial müavinətlər və təqaüdlər, dövlət orqanlarında və bir sıra təşkilatlarda çalışanların əməkhaqlarının əhəmiyyətli artımı, habelə şəhid vərəsələrinə birdəfəlik ödəmənin verilməsi vurğulanmalıdır. Bununla yanaşı, fiziki şəxslərin vaxtı ötmüş problemli kreditlərinin qaytarılmasına, əlxüsus manatın dəyər itirməsi ilə əlaqədar xarici valyutada kreditləri olan vətəndaşlara dövlət dəstəyinin göstərilməsi ilə bağlı inqilabi qərarlar qəbul edilib.

 

“Beləliklə də dövlət başçısı növbəti dəfə əhalinin rifahının yüksəlməsi, etibarlı sosial müdafiəsinin və layiqli həyat səviyyəsinin təmin olunması istiqamətində mühüm addımlar atıb. Kifayət qədər geniş maliyyə tələb edən bu sosial dəstək proqramının maliyyə təminatı dövlət büdcəsinin ehtiyatları səfərbər edilərək, həmçinin bəzi xərclər optimallaşdırılaraq təmin edildi”, - deyə nazir qeyd edib.

 

S. Şərifov büdcə qaydasına əsasən hazırlanan gələn ilin dövlət büdcəsinin tərtibinin xüsusiyyətləri üzərində dayanaraq qeyd edib: “2020-ci ilin icmal və dövlət büdcələrinin layihələri Prezident İlham Əliyevin müəyyən etdiyi iqtisadi və sosial inkişaf prioritetləri, büdcə sistemi haqqında qanunvericiliyinin tələbləri, qlobal iqtisadiyyatda gedən proseslər, onların ölkə iqtisadiyyatına mümkün təsirləri, o cümlədən İqtisadiyyat Nazirliyinin orta müddətli dövrdə iqtisadi və sosial inkişafa dair proqnozları, habelə dövlət maliyyə sisteminin orta və uzun müddətli dövrdə qarşısında duran çağırışlar nəzərə alınmaqla hazırlanıb. Məlum olduğu kimi, 2019-cu ilin dövlət və icmal büdcəsinin hazırlanması zamanı əvvəlki dövrlərdən daha fərqli yanaşma tətbiq edildi, bu zaman yeni qəbul edilmiş büdcə qaydalarının tələblərinə əsasən makro-fiskal çərçivə, o cümlədən orta müddətli dövrə icmal büdcə xərclərinin yuxarı hədləri müəyyən edildi. Bu yanaşma 2020-ci ilin dövlət və icmal büdcələrinin layihələri hazırlanarkən də davam etdirilib”. 

 

2020-ci ilin icmal və dövlət büdcəsinin əsas parametrləri Maliyyə Sabitliyi Şurasında da baxılaraq razılaşdırıldıqdan sonra büdcənin tərtibi üçün istifadə olunub: “İlk növbədə 2020-ci il və sonrakı üç ilin icmal və dövlət büdcələrinin büdcə qaydasına əsasən hazırlanması, dövlət büdcəsinin gəlir və xərclərinin hesablanması zamanı neftin bir barelinin orta illik qiyməti və bu qiymətin orta müddətli dövrə şamil edilməsi, orta müddətli dövrdə icmal büdcənin xərclərinin yuxarı həddinin təsdiq olunması və qeyri-neft baza kəsirinin ardıcıl sürətdə azaldılması ilə bağlı qərarlar qəbul edilib”.

 

Kollegiya iclasında çıxış edən Nazirliyin Büdcə şöbəsinin müdiri Fazil Fərəcov və Büdcə siyasəti və makroiqtisadi təhlil şöbəsinin müdiri Əmin Muradov 2020-ci il dövlət büdcəsinin və icmal büdcənin layihəsi, əsas gəlir və xərc istiqamətləri, habelə növbəti il və orta müddətli dövrə icmal və dövlət büdcəsinin makro-fiskal çərçivəsi ilə bağlı məlumat veriblər.

 

Sonda Maliyyə Nazirliyinin Kollegiyası Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin və icmal büdcənin layihələrini bəyənərək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunmasına dair qərar qəbul edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Parisdə kütləvi etirazlar başladı 18 Fevral 2020, 01:07 Koronavirusu müalicə edən həkim də öldü 18 Fevral 2020, 00:43 Cinayətkar qrupunun silahlıları saxlanılıb 18 Fevral 2020, 00:29 Çempionlar Liqasında 1/8 final mərhələsi başlayır 18 Fevral 2020, 00:13 Bakıda qayınata və kürəkən bıçaqlanıb 17 Fevral 2020, 23:58 Rusiyanın bu bölgəsinə Azərbaycandan təyyarələrlə pomidor daşınır 17 Fevral 2020, 23:43 Türkiyə və Rusiya diplomatları danışıqlara sabah davam edəcək 17 Fevral 2020, 23:26 Azərbaycan alimləri İsveçrədə beynəlxalq elmi konfransa qatılıb 17 Fevral 2020, 23:08 Hacıqabulda avtomobil dirəyə çırpıldı: xəsarət alan var 17 Fevral 2020, 22:53 Azərbaycanlı köçkünlərin problemi Beynəlxalq Konfransda qaldırıldı 17 Fevral 2020, 22:37 Karib dənizində təyyarə qəzaya uğradı 17 Fevral 2020, 22:21 25 ölkədə 694 nəfər koronavirusa yoluxdu 17 Fevral 2020, 22:06 Bakıda dəhşətli qəza ölümlə nəticələndi 17 Fevral 2020, 21:49 İdxal edilən spirtli və energetik içkilər üçün aksiz dərəcələr artırılıb 17 Fevral 2020, 21:33 "İrəvana hər gün tabutlar getməlidir" - Qüdrət Həsənquliyev 17 Fevral 2020, 21:17 Tanınmış jurnalist xidmət rəhbəri təyin edilib 17 Fevral 2020, 21:06 Avropa İttifaqı Suriyaya qarşı sanksiyalarını genişləndirib 17 Fevral 2020, 20:56 Ali təhsil müəssisələrinə qəbul qaydalarında dəyişiklik - RƏSMİ 17 Fevral 2020, 20:46 Ramil Şeydayevin "Sabah"a keçidi rəsmiləşdi 17 Fevral 2020, 20:33 Gömrükdə 6000 ədəd "King" markalı siqaret aşkarlandı 17 Fevral 2020, 20:17 Lənkəranda bank ofisində tüstülənmə 17 Fevral 2020, 20:04 “Şahdəniz” qazının ixracı 15% artıb 17 Fevral 2020, 19:56 Təhsil Nazirliyi tender elan etdi 17 Fevral 2020, 19:45 Məşhur teleaparıcı intihar edib 17 Fevral 2020, 19:34 Səfər Mehdiyev müşavirə keçirdi - FOTOLAR 17 Fevral 2020, 19:24 Zakir Həsənov hərbi təyinatlı obyektlərin açılışında iştirak edib - FOTO 17 Fevral 2020, 19:16 Peşə məktəblərinin şagirdləri üçün Azərbaycan dili imtahanı keçirildi 17 Fevral 2020, 19:08 Yolu keçən piyadanı avtomobil vurub öldürdü   17 Fevral 2020, 18:59 Azərbaycanda cinayət törədən qadınların sayı artıb  17 Fevral 2020, 18:50 Dövlət büdcəsində 418 milyon manat qalıq YARANDI 17 Fevral 2020, 18:43 Sınaq imtahanının nəticələri nə vaxt açıqlanacaq? 17 Fevral 2020, 18:34 Bu il I sinfə elektron qəbul bütün ölkəni əhatə edəcək - RƏSMİ 17 Fevral 2020, 18:26 Nazirlikdən pensiyaçılara XƏBƏRDARLIQ 17 Fevral 2020, 18:18 Elmar Məmmədyarov Aİ-nin ticarət üzrə komissarı ilə görüşüb 17 Fevral 2020, 18:14 İlham Əliyev-Nikol Paşinyan debatında diqqətdən qaçan MƏQAM 17 Fevral 2020, 18:06