Arxiv
10 Sentyabr 2019, 09:17 | MEDİA
Dövlətdən maliyyə yardımı alacaq saytların siyahısı hazırlanır? - AÇIQLAMA

Azərbaycanda yazılı mətbuat – qəzetlər 10 ildən çoxdur KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyə yardımı alır.
Son vaxtlar elektron KİV-lərin - xəbər saytlarının da dövlət tərəfindən maliyyələşdirilməsi ilə bağlı məsələ tez-tez gündəmə gətirilir.

Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov da onlayn medianın maliyyələşmə məsələsinin vacibliyini qeyd edənlər sırasındadır. O, məsələnin aktuallığını nəzəara alaraq, bunu parlamentari payız sessiyasında yenidən qaldırmağa hazırlaşır.

Modern.az saytına daxil olan məlumata görə, hazırda hökumətdə də məsələ ilə bağlı variantlar nəzərdən keçirilir. Hətta dövlət tərəfindən maliyyə yardımı alacaq saytların ilkin siyahısının tutulduğu barədə də iddialar da var.

Bəs bu iddialar nə dərəcədə doğrudur, belə bir siyahı hazırlanırmı, əslində ora hansı saytlar salınmalıdır?

Mövzu barədə Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov Modern.az-a danışıb.

 

“Bu barədə hələ ki heç bir yenilik yoxdur. Parlament iclaslarındakı çıxışlarım zamanı bir neçə dəfə bu məsələni qaldırmışam. Kütləvi informasiya vasitələrindən biri olan, ictimai fikirə təsir göstərən onlayn jurnalistika bu gün daha fəaldır, cəmiyyəti operativ məlumatlandırır. Amma təəssüf ki, indiki şəraitdə reklam bazarında müəyyən problemlərin olmasına görə onlayn jurnalistika iqtisadi baxımdan çətinliklərlə üzləşir və maddi baxımdan sıxıntılar çəkir”.

 

Ə.Amaşov bildirib ki,  buna görə də Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu mətbuat vasitələrini maliyyələşdirir.

Deputat deyir ki, iqtisadi baxımdan ayrı-ayrı qurumlardan, şəxslərdən, beynəlxalq təşkilatlardan aslılığını dilə gətirirərək maddi baxımdan sıxıntı çəkən media vasitələri, yəni xəbər portalları dövlət tərəfindən maliyyələşsələr, baş verən hadisələrə daha real yanaşarlar.

“İndiki şəraitdə media orqanları maddi baxımdan özlərini təmin edə bilmirlər. Reklam bazarında hələ problemlər mövcuddur, ona görə də media vasitələri dövlət tərəfindən maliyyələşsə, yaxşıdır. Bu məsələ parlament iclaslarında da qaldırılıb, müzakirə olunub. Amma hələ ki bu gün üçün konkret bir söz söyləmək mümkün deyil. Parlamentin payız sessiyası başlayır, əgər o vaxta qədər də bir nəticə olmasa, bu məsələ yenidən müzakirə olunacaq”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Aksiya zamanı 147 nəfər saxlanılıb 17 Noyabr 2019, 00:53 Güclü qara görə məktəblər bağlandı 17 Noyabr 2019, 00:37 Türkiyədə zəlzələ oldu 17 Noyabr 2019, 00:19 Azərbaycan xalqının Dirçəliş Günü - VİDEO 17 Noyabr 2019, 00:00 “Qrupdakı bütün komandalar Azərbaycan yığmasından yaxşıdır” - Nikola Yurçeviç 16 Noyabr 2019, 23:56 Aqşin Yeniseyin vəziyyəti ağırlaşdı - YENİLƏNİB 16 Noyabr 2019, 23:42 Suriyada terror: 10 ölü 16 Noyabr 2019, 23:20 İŞİD-in daha  615 üzvü təslim oldu 16 Noyabr 2019, 23:03 Azərbaycan millisi Uelsə uduzdu 16 Noyabr 2019, 22:51 İranda xalq ayağa qalxdı - FOTOLAR 16 Noyabr 2019, 22:16 İraq İranla sərhədi bağladı 16 Noyabr 2019, 21:23 Gürcüstan parlamentinin qarşısında növbəti aksiya 16 Noyabr 2019, 20:55 Bakıdakı ağır qəzada 4 nəfər yaralandı 16 Noyabr 2019, 20:34 Azərbaycan Uelslə bu heyətlə oynayacaq 16 Noyabr 2019, 20:19 Xədicə İsmayılova "Müsavat" rəhbərliyini istefaya çağırdı 16 Noyabr 2019, 20:01 “Xəyal belə etmədiyim bir yerdəyəm” – Demet Özdemir Bakıda 16 Noyabr 2019, 18:00 Sumqayıtda yolu keçən qadını maşın vurdu 16 Noyabr 2019, 17:59 “Sovet hakimiyyəti başa düşürdü ki, Meydan hərəkatı xalqı müstəqilliyə aparır” - Tapdıq Fərhadoğlu 16 Noyabr 2019, 17:46 Milli Qəhrəmanlara heykəl qoyma ənənəsi davam etdiriləcək? 16 Noyabr 2019, 17:18 Benzin bahalaşdı, İran qarışdı - ölən və yaralananlar var 16 Noyabr 2019, 16:53 İlham Əliyev Latviyalı həmkarına məktub göndərdi 16 Noyabr 2019, 16:45 Məzahir Pənahov: “22 min 529 nəfərin namizədliyi qeydə alınıb” 16 Noyabr 2019, 16:31 Prezident Oman Sultanını təbrik etdi 16 Noyabr 2019, 16:22 BDU kollektivi universitet ərazisinə 650 ağac əkdi 16 Noyabr 2019, 16:07 Zakir Həsənov orduya əmr etdi: təlimlərin sayı artırılsın 16 Noyabr 2019, 15:56 Vilayət Eyvazov İnterpolun yeni rəisini şəxsi heyətə təqdim etdi 16 Noyabr 2019, 15:45 “Azəriqaz” qazanxalara qaz verməyə başladı - iki dövlət qurumu ANLAŞDI 16 Noyabr 2019, 15:33 Göygöldə hadisə yerindən qaçan sürücü tutuldu 16 Noyabr 2019, 15:15 Paytaxt istiliksiz qaldı: “Azəriqaz” “Azəristiliktəchizat”a qaz vermir - PROBLEM 16 Noyabr 2019, 14:51 Leyla Məmmədovadan fermerlərə MÜRACİƏT: “Onlara inanmayın” 16 Noyabr 2019, 14:26 Arpa ilə bədənin TƏMİZLƏNMƏSİ 16 Noyabr 2019, 14:08 Siz hardasınız, XANKƏNDLİLƏR? 16 Noyabr 2019, 13:46 Ərdoğan Atatürkdən sonra Türkiyənin ən böyük lideridir? 16 Noyabr 2019, 13:37  “Azərsu” sədri Mingəçevirdə qəbul keçirdi 16 Noyabr 2019, 13:28 Daha bir jurnalist bələdiyyə seçkilərinə QATILDI 16 Noyabr 2019, 13:27