Modern.az

Nyu-Yorkda 11 sentyabr qurbanları anıldı

Nyu-Yorkda 11 sentyabr qurbanları anıldı

11 Sentyabr 2019, 20:30

ABŞ-ın Nyu-York şəhərində 2001-ci il sentyabrın 11-də terror hücumları nəticəsində dağıdılmış Dünya Ticarət Mərkəzinin yerləşdiyi məkanda anım mərasimi keçirilib.

Modern.az  xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın dövlət bayrağının təntənəli daşınmasının ardınca saat 08:46-da, yəni terrorçuların ələ keçirdikləri sərnişin təyyarəsini DTM-in şimal qülləsinə çırparaq terror hadisəsini törətmələrindən 18 il sonra matəm sükutu elan edilib.

Daha sonra ölənlərin qohumları mərhumların adlarını sadalamağa başlayıblar. Bütövlüklə Nyu-Yorkdakı DTM-ə, Vaşinqtonda Pentaqon binasına hücumlar nəticəsində ölənlərin, həmçinin Pensilvaniya ştatında terrorçuların ələ keçirdikləri və sonra qəzaya uğramış təyyarənin sərnişinlərinin (cəmi 2983 nəfər) adları sadalanıb. Onların adları həkk olunmuş xatirə abidəsinə güllər düzülüb.

Tədbirdə şəhərin sabiq meri Rudolf Culiani və onun indiki xələfi Bill de Blazio, başqa rəsmi şəxslər iştirak edirlər.


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir