Modern.az

\"O  ev 24 saat mühafizə olunur\" - Mahir Emrelinin atası

\

11 Sentyabr 2019, 21:11

Azərbaycan yığmasının və “Qarabağ” klubunun futbolçusu Mahir Emrelinin mənzili qarət olunub.

Modern.az xəbər verir ki, məsələ ilə bağlı Oxu.az-a danışan Mahirin atası, prodüsser Anar Mədətov baş verən oğurluq hadisəsindən bixəbər olduğunu qeyd edib.

“Bu xəbəri sizdən eşidirəm. Açığını desəm, şok oldum. Sulutəpədəki ev mənimdir və mənim adımadır. Mahirin öz evi yoxdur. Mən o evi vermişəm ki, orada yaşasınlar. Maraqlısı bundadır ki, ev 24 saat mühafizə olunur. Bu hadisə necə baş verə bilər, heç anlamıram. İndi evlə əlaqə saxlayıb, hadisəni öyrənərəm”.

Qeyd edək ki, məşhur futbolçunun Sulutəpə qəsəbəsində yerləşən evindən 20 min dollar, 17 min manat, üç mobil telefon və beş min manatlıq qızıl-zinət əşyaları oğurlanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir