Arxiv
13 Sentyabr 2019, 11:47 | MƏDƏNİYYƏT
Sami Yusufun Nəsimi” kompozisiyasına TƏNQİD: kartof püresi alınıb

Vasif İsmayıl

Son həftə sosial şəbəkələrdə Sami Yusufun İmaməddin Nəsiminin “Məndə sığar iki cahan, mən bu cahana sığmazam” qəzəlinə bəstələdiyi musiqi parçası haqqında rəyləri oxuyuram.

Bəyənən çox olub.

Belə baxanda, bəli, xor, xalq çalğı alətləri istifadə edilərək muğam ifa edilib.

Mən əsəri heç bəyənmədim.

Səbəbləri.

Qadası, bizim bu Şimalda akademik musiqi mədəniyyəti kifayət qədər inkişaf edib və dünya səviyyəsinə çıxardılacaq dərəcədə gözəl nümunələri də çoxdur. Bizim qulağımız bu cür akademik musiqiyə öyrəşib.

Başa düşürəm, xoşunuza gəlib. Axı, həqiqətən də, qulağa xoş səslənir.

Biz niyə bəyənmədik, görəsən?

Çünki bu “xaltura”dır. Yekə bir xaltura.

Bizim camaat Rəmişi də xoşlayır, amma Rəmiş natamam tonlarla gitara və musiqini ağladan sənətkardır - bu fənd peşəkarlar arasında yaxşı hərəkət kimi qəbul edilmir.

Bir kərə, melodiya yoxdur. Yəni mən orada ancaq yuxarı notlardan başlayaraq bəm səslərdə mayə ilə bitən 4 xanəlik bir fraza dinlədim - vəssəlam. Bunu bəzən kənddə çobanlar da zümzümə edə bilərlər.

Yaxşı, insan çox sadə, hətta kasıb melodiyanı da möhtəşəm əsərə çevirə bilər. Məsələn, Yanni - ən sadə melodiyanı aranjmanla parlaq, təzadlı hisslər yaradan əsərə çevirə bilir.

Amma burada heç bir aranjman yoxdur. Polifoniyanın heç bir metodundan istifadə edilməyib. Hardasa əlliyə yaxın alətdə ifa edilir, amma heç bir aləti eşidə bilmirsən. Bağışlayın, kələfurun belə bir teksturası var. Sami Yusufda sadə kartof püresi alınıb. İçinə bir az zirinc atıblar - o da ki, zirinci rəndələyəndən sonra.

Əslində niyə belə alındığının səbəbi aşkardlr. Sami Yusuf İran musiqisi yaradıb. İranda da belədir - xalq çalğı alətləri orkestri yoxdur.

Bizdə isə var.

Bizdə var, amma Sami Yusufun bundan xəbəri yoxdur.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Koronavirusdan necə qorunaq? – Baş infeksionistdən əhaliyə VACİB TÖVSİYƏLƏR 29 Fevral 2020, 17:34 Dəmir Yolu Vağzalında koronavirusla bağlı qərargah yaradıldı 29 Fevral 2020, 17:23 XİN-dən İrandan Azərbaycana qayıtmaq istəyənlərə MÜRACİƏT 29 Fevral 2020, 17:06 Elçibəylə Mütəllibovun görüşü niyə baş tutmayıb? 29 Fevral 2020, 16:44 Subsidiyaların “Fermer kartları”na köçürülməsinə başlanıldı 29 Fevral 2020, 16:25 Sahil Babayev Azərtac-ın kollektivi ilə görüşdü 29 Fevral 2020, 16:21 Müxalifət təmsilçisi PA-da keçirilən görüşdən DANIŞDI: “Bu ilin sonunda yeni bir referendum keçirilə bilər” 29 Fevral 2020, 16:13 Azərbaycanda koronavirusa yoluxanların yaşları açıqlandı 29 Fevral 2020, 15:51 Azərbaycan İranla sərhədi BAĞLADI 29 Fevral 2020, 15:30 AZAL Bakı-Tehran reysini məhdudlaşdırdı 29 Fevral 2020, 15:13 Azərbaycanda daha iki nəfərdə koronavirus aşkarlandı - RƏSMİ 29 Fevral 2020, 15:00 Paşinyanın “Qarabağ Azərbaycanındır” deməsi Niderlandda erməniləri çaşdırdı 29 Fevral 2020, 14:44 Bakıda narkotacirlər saxlanıldı - FOTO 29 Fevral 2020, 14:38 İran parlamenti koronavirusa görə iclas keçirməyəcək: 43 ölü, 593 yoluxma 29 Fevral 2020, 14:29 “5 il əvvəlki Əfqanıstan deyilik” – Əşrəf Qani “Taliban”ı hədələdi 29 Fevral 2020, 14:18 Moldovanın spikeri Azərbaycan səfirinə martişor hədiyyə etdi 29 Fevral 2020, 14:08 Nazirlərin rayonlarda qəbul cədvəli AÇIQLANDI 29 Fevral 2020, 13:59 Türkiyənin İdlibdə verdiyi şəhid sayı 36-ya çatdı 29 Fevral 2020, 13:48 Mağazalardan brend geyim əşyaları oğurlayan şəxs saxlanıldı 29 Fevral 2020, 13:45 Bakı Ali Neft Məktəbi PAŞA Bankla əməkdaşlığa başladı 29 Fevral 2020, 13:38 Sabahın hava proqnozu - güclü külək, yağış, qar... 29 Fevral 2020, 13:25 Müsavat başqanı da Prezident Administrasiyasına ÇAĞIRILDI 29 Fevral 2020, 13:14 Yol qəzalarında 3 nəfər öldü 29 Fevral 2020, 13:04 Polis qadağan olunmuş yerlərdə siqaret çəkənləri CƏRİMƏLƏYİR 29 Fevral 2020, 12:59 DGK və DİN birgə əməliyyat keçirdi 29 Fevral 2020, 12:42 Telefondan asılmaq, informasiya bolluğu huşsuzluq yaradır - PROBLEM 29 Fevral 2020, 12:35 Ali Məhkəmə Hüseyn Abdullayev və anasının şikayətinə baxacaq 29 Fevral 2020, 12:22 Azərbaycan neftinin qiyməti bir qədər də ucuzlaşdı 29 Fevral 2020, 12:08 Gürcüstanda koronavirusa görə karantinə alınanların sayı artdı 29 Fevral 2020, 12:00 DTX yüksək vəzifəli məmurları rüşvətə görə saxladı 29 Fevral 2020, 11:54 İlqar Məmmədov Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevlə görüşüb 29 Fevral 2020, 11:45 Bakıdan Ankaraya uçan təyyarə yarı yoldan QAYITDI 29 Fevral 2020, 11:36 İran parlamentinin yeni deputatı virusdan öldü 29 Fevral 2020, 11:22 Martda 15 gün iş olmayacaq 29 Fevral 2020, 11:10 Goranboyda adam öldürən polis zabitinin məhkəməsi başladı 29 Fevral 2020, 11:02