Arxiv
15 Sentyabr 2019, 10:11 | AKTUAL
Təmizliyin İsveçrə modeli

Azadə Balayeva


Bu yaxınlarda Bakı şəhər İcra Hakimiyyətinin başçısı hörmətli Eldar Əzizovla görüşmək istədim. İcra hakimiyyətinin saytına daxil olub başçının qəbul günlərini öyrəndim və bu məsələləri kurasiya edən şəxslə danışdım. Səlahiyyətli şəxs görüşün məqsədi ilə maraqlandı, şəxsi məsələ olmadığını, paytaxtda hər kəsi maraqlandıran bir məsələ ilə bağlı görüşmək istədiyimi söylədim. Belə olduqda müəllim mənim öncə hansısa şöbə müdiri ilə  görüşməli olduğumu, sonra ehtiyac olarsa cənab Əzizovla görüşə biləcəyimi söylədi. Nə isə, bu prosedurları keçməyə nə vaxtım, nə də həvəsim olduğundan öhdəliyi qələmimə buraxdım və düşündüm ki, ən yaxşısı yazmaqdır. Belədə şöbə müdiri də oxuyar, başçı da...


Demək, narahatlığım paytaxtın əksər sakinləri kimi zir-zibildən, zibil paketlərinin havada uçuşmasındandır. Təmizlik mənim üçün çox ciddi mövzudur. Yaşadığım, çalışdığım, gəzdiyim yerin təmizliyinə hər zaman xüsusi diqqət yetirirəm. Şəhərdə gəzərkən əlimdə atılacaq kiçicik bir şey olarsa belə ya uzun – uzun  zibil qabı axtararam, tapmayanda da onu çantama qoyub evdə zibil qabına ataram. Olduğum yerdə küçənin ortasına zibil atan adam isə gözümün düşmənidir. İmkan daxilində belələrini mədəniyyətə dəvət etməyə çalışıram. Amma bəzən də baxırsan adamda günah yoxdur, günah o yollara zibil qabları qoymayandadır. Qadınlardan fərqli olaraq əksər kişilər üzərlərində çanta gəzdirmirlər, ona görə də atılacaq zibili üzərlərində daşımaq imkanları da yoxdur. Bu səbəbdən zibil qabı tapmayanda asanlıqla küçəyə atırlar. Bu bəlkə də onlara haqq qazandırmır, amma məsuliyyətlərini kifayət qədər azaldır. Zibil qabı problemini insanlar bir çox hallarda kustar üsullarla həll etməyə çalışırlar.  Hər axşam işdən gələndə yolum 20 Yanvar metrostansiyası ərazisindən düşür. Burada insanların müxtəlif təyinatlı karton qutulardan zibil qabı kimi istifadə etdiyinin şahidi oluram. Demək ki, insanlar təmizliyə meyllidirlər, bunun üçün şərait yaradan olsa, şəhərin mərkəzindən kənarda da zibil qabları yerləşdirilsə... Şəhər icra başçısının rəhbəri ilə görüşmə istəyimin səbəbi də bu məsələ ilə bağlı narahatlığımı çatdırmaq idi. Doğrudur, son vaxtlar şəhər icra hakimiyyəti paytaxtın təmizliyi istiqamətində ciddi işlər görür. Yeni zibil konteynerləri gətirilir, əhali arasında maarləndirmə işləri aparılır, hətta xaicdən mütəxəssis də dəvət olunub. Amma bütün bunların nəticəsi o qədər də hiss olunmur və ən vacib tədbirlərdən biri – küçələrdə kiçik zibil qablarının qoyulması yaddan çıxıb. Bəzən hətta insanların daim toplaşdığı dayanacaqlarda belə zibil qabı tapmaq müşkül məsələyə çevrilir. Halbuki bir çox paytaxt sakinləri kimi mən də paytaxtımı təmiz, gözəl görmək istəyirəm. Lap İsveçrə şəhərləri kimi...


İsveçrə dedikdə ağla yalnız etibarlı bankları, möhtəşəm dağ – xizək kurortları və ya mükəmməl saatlar istehsal edən ölkə yox, həm də dünyanın ən təmiz ölkələrindən biri gəlir. Amma ölkə bu uğura asanlıqla nail olmayıb. XX  əsrin 80-ci illərində İsveçrədə ekoloji vəziyyət acınacaqlı idi – bütün çaylar və göllər fosfat və nitratlarla, torpaq isə ağır metallarla çirklənmişdi, biomüxtəliflik sürətlə azalır, cəmiyyətin sürətlə artan istehlakı nəticəsində isə böyük həcmdə zibil toplanırdı. Tezliklə ölkə vətəndaşları öz zibilləri, sənaye və kənd təsərrüfatı tullantılarından boğulmağa başladılar. Ərazisi o qədər də böyük olmayan ölkədə zibilləri atmaq üçün gözdən uzaq yer yox idi.  Belə olduqda yeni ekoloji siyasətin hazırlanması zərurəti ortaya çıxır və bununla bağlı proqram xırdalıqlarına qədər həyata keçirilir. Ölkənin ideal təmizliyə qovuşması prosesi otuz ilə yaxın vaxt aparır, amma nəticə bütün gözləntiləri belə kölgədə qoyur. İsveçrə bu gün təmiz dağ havası və inkişaf etmiş nəqliyyat sistemi ilə dünyanın ekoloji baxımdan ən təmiz ölkələrindən biri hesab olunur. Krandan, hətta istənilən göldən belə heç bir qorxusuz su alıb içmək mümkündür.


Bəs bu uğurun səbəbi nədir?  Səbəb xalqın dövlətlə bir olmasıdır. İsveçrəlilər qarşılarına ölkələrini təmizləmək məqsədi qoydular  və buna ən yüksək səviyyədə nail oldular. Yerdə qalanlar artıq zaman məsələsi idi.  Buradan gəlinən nəticə sadədir:  insanlar istədi və etdi.


Dünyanın bir çox ölkələrində tətbiq edilən zibilin çeşidlənməsi sistemi bu gün İsveçrədə çox şişirdilmiş səviyyədə həyata keçirilir: çeşidlənməsi mümkün olan hər şey çeşidlənir. Bu sistem istisnalar tanımır – hər kəs zibili fərqli konteynerlərə atmalıdır. Bu hər kəsin iştirak etdiyi tam demokratiyadır. Həmçinin heç kəsin etiraz və diskussiyasının qəbul olunmadığı demokratiya kasadlığıdır: razı deyilsən, cərimə ödə. Mentalitet belədir, təmiz yaşamaq hamının xoşuna gəlir.

     
İsveçrədə tullantıların  53 fazi yenidən emal olunur. Ölkədə kağızın yenidən emalı 90 faiz, şüşəninki 96 faiz, PET taranınkı 82 faiz, alüminium bankaların 92 faiz, batareyanınkı isə 71 faiz təşkil edir. Eyni zamanda tullantıların 47 faizi yandırılır. Ölkədə poliqon və zibilliklər qadağan olunub.  

İsveçrə təhvil verilən butulka sayına görə dünyada liderdir – 90 faiz tara  təkrar şüşə emalı üçün zavodlara qaytarılır. İstifadə olunmuş şüşənin təhvili və yenidən emalı üzrə proqramın tətbiqinə 1972 –ci ildə başlanılıb və bu gün də uğurla həyata keçirilir. Butulka və bankaları təhvil verərkən onların qapağını açmaq və rənglərinə görə çeşidləmək tələb olunur: ağ, qəhvəyi, yaşıl – hər biri ayrı-ayrı.  Kağız kartondan ayrı emal olunur (kartonun emalı baha başa gəlir). Buna görə də vətəndaşlardan kağızla kartonu ayrı – ayrı təhvil vermək tələb edilir. Ölkədə istehsal olunan çap məhsullarının demək olar ki, üçdə biri təkrar xammal qəbulu məntəqələrinə qaytarılır. İstifadə olunmuş batareyaları isə zibil yeşiyinə atmaq heç kəsin ağlına gəlmir. Zibil qabına atılmış barmaq boyda bir batareya təqribən 20 kv.m ərazini ağır metallarla çirkləndirməyə qadirdir. Buna görə də İsveçrədə batareyaları zibil qabına atmırlar, satılan batareyaların 60 faizi geri verilir.  Bu ölkədə PET şüşələr ayrı, köhnə elektrik cihazları, məişət texnikası ayrı, inşaat tullantıları ayrı, konserv qutuları ayrı, heyvan cəsədləri ayrı, bitki yağlarının qalıqları ayrı, maşın yağının qalıqları ayrı atılır. Hətta istifadə olunmuş çay paketinin necə düzgün atılmasına dair şişirdilmişbir nümunə də var: etiket karton qutusuna, paket özü köhnə kağızlar qutusuna, çayın qalığı kompost qutusuna, paketdəki sancaq istifadə olunmuş metallar qutusuna, ip isə markalanmış zibil kisəsinə atılır. Bəlkə də bunun zarafat olduğunu düşünə bilərsiniz – amma İsveçrədə reallıq olduğuna şübhəniz olmasın.

 
Bəs, bunları etməmək və hər şeyi bir zibil qabına atmaq mümkündrmü? Təbii ki, mümkündür. Amma onda böyük məbləğdə vergi ödəməli olacaqsınız. Çünki sizin əvəzinizə bu zibili başqası çeşidləyəcək. Beş kiloqram belə zibilin atılması 2-3 franka başa gəlir. Hər bir zibil paketinə verginin ödəndiyinə dair marka vurulur. Buna görə də yerli sakinlər mümkün olan hər şeyi ikinci əl xammal qəbulu məntəqələrinə təhvil verməyə üstünlük verirlər. Qəbul məntəqələrinə öz avtomobili ilə getmək imkanı olmayan sakinlərin rahatlığı üçün nəhəng nəqliyyat qovşaqlarında  xüsusi rels avtobusları fəaliyyət göstərir və onlar tullantıların qəbulunu həyata keçirir.


 İsveçrədə özünəməxsus zibilin tullanması qrafiki də mövcuddur, məsələn, çeşidlənmiş hansı məhsulu nə vaxt təhvil vermək mümkündür: kağızı – hər ikinci şənbə günü, kartonu – hər üçüncü şənbə günü və s. Eləcə də, şüşə və tənəkə bankaları konteynerə yalnız iş günləri saat 7-dən 20-ə qədər ata bilərsiniz. İstirahət və bayram günləri onları atmaq qadağan olunub. Hakimiyyət strukturları bu qaydalara çox sadə izah verirlər: şüşə və metal konteynerə atılarkən səs salır və yaşayış evlərinin də yaxınlığında yerləşdiyindən insanları narahat edir. Buna görə də insanları istirahət günlərində və saatlarında narahat etməmək üçün onların atılması üçün xüsusi vaxt müəyyən edilib.  Sürixdəki zibillərin daşınması idarəsindən bildirirlər ki, insanların əksəriyyəti bu qaydaya əməl edir, çünki onlar ətrafdakılara hörmət ruhunda tərbiyə olunublar. Cərimələr, qayda – qanunlar öz yerində, təbiətə və insanlara hörmət münasibətinin təbliği də bu işdə az rol oynamır. Məsələn, bankanın qazona atılması yalnız yüksək cərimə ilə nəticələnmir, həm də mədəniyyətsizlik kimi qiymətləndirilir.


Yeri gəlmişkən, yalnız bu addım mədəniyyətsizlik hesab olunmur. Bəzən vergidən yayınmağa, marka yapışdırmayaraq zibildən can qurtarmağa çalışan “ağıllılara” da rast gəlinir. Amma bunlarla da mübarizə üsulu tapılıb – zibil polisi. Polis müasir texnologiyaların köməkliyi ilə zibil qutusuna atılmayan və ya vergisi ödənilməyən zibili analiz edir, qanun pozucusunu aşkar edərək cərimələyir. Sərbəst şəkildə zibillərdən canını qurtarmaq istəyən hiyləgər qanun pozucuları bilməlidirlər ki, zibilin kamində və ya bağda yandırılması zamanı xüsusi qurğularda eyni həcmdə zibilin yandırılmasından min dəfə daha çox zərərli dioksin ayrılır. Buna görə cərimə isə daha yüksəkdir. Ümumiyyətlə, küçə və meydanların zibillənməsinə görə cərimələr bu ölkədə kifayət qədər yüksəkdir. “Yeni Sürix” qəzeti bir nəfərin işə gedərkən avtomobilinin pəncərəsindən zibil paketini yola atması ilə bağlı bir hadisədən yazmışdı. Polis həmin şəxsi müəyyən edir. Adam məhkəməyə çəkilir və cərimə olunur: ümumi məbləği 9530 frank olan xərcləmələrin 6 min frankı zibilin utilizasiyası və trassın təmizlənməsi üçün, 2 min frankı qanunun pozulmasına görə, 530 frank isə məhkəmə xərclərinə sərf olunub. Bu isə İsveçrə reallıqlarına görə çox yüksək məbləğdir.    


İsveçrə Ətraf Mühitin Mühafizəsi Federal İdarəsinin qiymətləndirməsinə görə, zibillərin toplanması hər il ölkəyə 200 milyon İsveçrə frankına başa gəlir ki, bu vəsaitin də 75 faizi bələdiyyələrin büdcəsi hesabına həyata keçirilir. Federal Statistika İdarəsi hər il bu ölkədə 24 mln. ton zibilin toplandığını açıqlayıb. Onun 24 faizi şəhərlərdə fəaliyyət nəticəsində meydana gəlir. 2014-cü ildə İsveçrənin hər sakininə 730 kq. zibil düşürdü. Bu isə Avropada Danimarkadan sonra ikini yer deməkdir.


Bu gün İsveçrə şəhərləri haqlı olaraq dünyanın ən təmiz şəhərləri hesab olunur. Təmizlik təmizlənən yer deyil, zibillənməyən yerdir. Şəhər rəhbərlikləri də hər vasitə ilə insanları yaşadıqları məkanları zibilləməməyə motivasiya edirlər. Bunun üçün İsveçrə şəhərlərində hər addımda zibil qabları qoyulub. Bəzi iddialara görə, yerli əhali bu məsələdə daha intizamlıdır, əsas pozucular isə immiqrantlar hesab olunur.  Ölkəyə yeni gələnlərin qayda – qanunları bilməməsi onları cəzadan xilas etmir. Zibilin tullanması isə bağlı qanunu pozanlar 100-200 frank məbləğində cəzalana bilərlər.


İsveçrənin hakimiyyət orqanları küçələrin təmiz saxlanılmasında kompüter texnologiyalarından da geniş istifadə edirlər. Ölkənin alimləri tərəfindən hazırlanmış sistemə görə, noutbuka bərkidilmiş kamera yaddaşına yüklənmiş proqram sayəsində üç santimetrə qədər ölçüdə 40 müxtəlif zibil növünü ayırd edərək qeydə alır. Videokamera şəhərin küçələrində dolaşan zibil maşınına, velosiped və ya digər yavaşhərəkətli nəqliyyat vasitəsinə bərkidilə bilər. O, küçələrdə dolaşaraq saniyədə iki kadr çəkməklə şəhərdəki vəziyyətə dair informasiyanı toplayır.   İsveçrəli mütəxəssislər gələcəkdə bu sistemi şəhər avtobuslarında tətbiq etməyi düşünürlər. Avtobuslar optimal templə şəhərin küçələri ilə hərəkət edir, bundan əlavə onlar daim şəhər zibilinin toplandığı yerlərə “baş çəkir”.  


İsveçrə federal dövlətdir, bu ölkədə vahid təmizlik kriteriayaları yoxdur. Hər bir şəhər müstəqil şəkildə zibilin yığılması və utilizasiyası siyasətini işləyib hazrlayır və tətbiq edir. Məsələn, Sürixdə “küçələrin vəziyyəti monitorinqi” proqramı tətbiq olunur. Bu proqram çərçivəsində kommunal xidmətlərin xüsusi əməkdaşları patrul xidməti keçirlər. Bu şəhərin küçələrində Azərbaycan üçün qəribə sayıla biləcək yeraltı konteynerlər də görmək mümkündür. Bu konteynerlər şəhəri uçuşan zibillər, gəmiricilər, pis qoxu və zibil qablarının qeyri-estetik görünüşündən xilas edir.


Berndə zibilyığan texnika hər gün 8,5 ton zibili utilizasiya edir. Şəhərdəki 1300 zibil konteyneri gündə 10 dəfə boşaldılır. Şəhərdəki avtobus və tramvayların təmizlənməsinə isə 15 min saat vaxt sərf olunur. Mütəxəssislərin qənaətinə görə, avtobusların salonunun çirkli olması  və qatarların çirkli vaqonları sərnişinlərin təhlükəsilik duyğusuna mənfi təsir göstərir.  Eyni zamanda belə bir fikir var ki, ictimai nəqliyyat təmiz saxlanarsa orada vandalizm aktları da az olar.


200 min əhalisi olan Cenevrədə 220 kilometrlik yolun təmizliyinə görə kommunal xidmətlərin 200 əməkdaşı məsuliyyət daşıyır. Şəhərdə 3 min zibil konteyneri var. Onların boşaldılması işlərini isə 7 zibilyığma komandası həyata keçirir.


İsveçrədə zibillərin atılması ilə bağlı maarifləndirmə, təbliğat işlərinə də geniş diqqət ayrılır. Bir çox yerli məktəblər zibil və tullantıların yenidən emalının öyrənilməsi proqramına cəlb olunur. Mütəxəssislər bu qənaətdədir ki, əgər uşaqlara məktəb skamyasında tullantılar problemi izah edilərsə, o zaman onlarda problemin həllinə düzgün və rasional münasibət formalaşar. Bir çox isveçrəlilər tullantıların qəbulu məntəqələrinə azyaşlı övladları ilə gəlirlər.  Valideynlərinin zibilləri ayrı – ayrı qablara tökdüyünü müşahidə edən uşaqlarda tullantılarla necə davranmaq vərdişləri formalaşır. Bundan əlavə uşaqların zibillərin yandırılması zavadlarına ekskursiyaları təşkil olunur. Onlara ölkənin, təbiətin təmizliyinə necə əziyyətlər hesabına nail olunması əyani şəkildə nümayiş olunur. 

Yeri gəlmişkən, zibillər xüsusi zavodlarda yandırılır. Plazma ilə mürəkkəb yandırılma texnologiyası və filtrasiya nəticəsində tüstü ekologiya, insanlar və heyvanlar üçün təhlükəsiz hala gətirilir. Zibilin yandırılması nəticəsində çox qiymətli kül əldə olunur. Onlardan metallar, hətta qiymətli metal – qızıl əldə olunur. Onu ixtisalaşmış müəssisələrdə xüsusi texnologiya ilə əldə edirlər.  Küldən ən çox əldə edilən metal isə alüminiumdur. Tullantıların yandırılması nəticəsində onlarla ton alüminium əldə olunur.  Eyni zamanda zavodlarda zibillərin yandırılması nəticəsində əldə edilən enerji evlərin qızdırılmasına yönləndirilir. Yalnız Sürixdə zavodlardan əldə olunan enerji təqribən 200 min yaşayış evinin qızdırılmasına imkan verir. İsveçrə qonşularına da bu məsələdə yardım edir, eyni zamanda pul qazanır. Məsələn, İtaliyanın zibilini alır, yandırır və bu xidmətə görə pul alır.


Bələliklə, gələ biləcəyimiz nəticə budur ki, paytaxtımızda və ölkəmizdə də bu cür təmizliyə nail olmaq mümkündür. Bunun üçün isə ilk növbədə isveçrəlilər kimi istək və sonrasında da böyük əmək sərf etmək lazımdır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sanksiya təhdidləri Türkiyəni haqlı mübarizədən yayındırmayacaq 17 Oktyabr 2019, 00:50 Prezident nazirlərdən hesab sordu: “Nə üçün bizdə qeyri-neft sektorunda ümumi artım o qədər də böyük deyil?” - DİALOQ 17 Oktyabr 2019, 00:44 Ərdoğan Rusiyaya gedir 17 Oktyabr 2019, 00:34 "PKK terror təşkilatı İŞİD-dən təhlükəlidir" - Tramp 17 Oktyabr 2019, 00:18 Azərbaycan nefti bahalaşdı 16 Oktyabr 2019, 23:59 Bakıda qardaş qardaşını bıçaqladı 16 Oktyabr 2019, 23:42 Hulusi Akar futbolçulara belə dəstək oldu - FOTO 16 Oktyabr 2019, 23:21 İlham Əliyevdən büdcə xərclərini şişirdənlərə XƏBƏRDARLIQ: “Öz cəzalarını alacaqlar” 16 Oktyabr 2019, 23:03 Bakıda ər həyat yoldaşı və qayınanasını qətlə yetirib YANDIRDI - FOTO 16 Oktyabr 2019, 22:41 “Azərbaycan sosial müdafiə sahəsində dünya miqyasında nümunəvi ölkədir” - İlham Əliyev 16 Oktyabr 2019, 22:24 Xəzərdə itkin düşən balıqçı belə axtarılır - VİDEO 16 Oktyabr 2019, 22:06 Prezidentdən bir-birlərini şantaj edən məmurlara XƏBƏRDARLIQ: “Bu, dözülməzdir” 16 Oktyabr 2019, 21:47 İlham Əliyev: “Mən Əli Əsədovu Baş Nazir təyin edərkən ona bir çox vəzifələr tapşırdım... islahatlar aparılmalıdır, o cümlədən kadr islahatları”   16 Oktyabr 2019, 21:31 Yeniyetmələr məişət zorakılığına qarşı mübarizə ilə bağlı bilgiləndirildi 16 Oktyabr 2019, 21:24 Tovuzda ağır yol qəzası: yaralılar var 16 Oktyabr 2019, 21:13 "Qarabağ" - APOEL oyununun biletləri satışa çıxarılır 16 Oktyabr 2019, 20:43 Hava limanından sərnişinlər təxliyyə olundu 16 Oktyabr 2019, 20:29 Beynəlxalq axtarışda olan azərbaycanlı qadın Belarusda tutuldu 16 Oktyabr 2019, 20:17 Suriyada yeni qaçqın təhlükəsi 16 Oktyabr 2019, 20:03 Fuad Qəhrəmanlının xanımı Baş prokurora müraciət etdi: "Mən və qızlarım şikayətçi deyilik" - FOTO 16 Oktyabr 2019, 19:59 AMEA-da yeni Mərkəz yaradıldı - Şahin Mustafayev direktor təyin olundu 16 Oktyabr 2019, 19:47 Yevlaxda iki avtomobil toqquşdu - xəsarət alan var 16 Oktyabr 2019, 19:33 Goranboyda qadını ilan vurdu 16 Oktyabr 2019, 19:26 Pompeo Türkiyə Prezidenti ilə görüşmək istəyir, Ərdoğan isə "Tramp gəlsin" deyir 16 Oktyabr 2019, 19:15 184 binanın istismarına icazə verildi – Dövlət Komitəsi 31 min mənzil sahibini SEVİNDİRDİ 16 Oktyabr 2019, 18:56 Azərbaycan bu təşkilata üzv qəbul edildi 16 Oktyabr 2019, 18:44 Goranboyda körpə qəfildən ölüb - səbəbi araşdırılır 16 Oktyabr 2019, 18:36 Prezident Mayıl Əhmədova orden verdi 16 Oktyabr 2019, 18:20 Aydın Mirzəzadə müxalifəti HƏDƏLƏDİ 16 Oktyabr 2019, 18:08 “Uşaq Qaynar Xətt” xidməti artıq qısa nömrədə   16 Oktyabr 2019, 17:57 Nazarbayev Bakı bulvarında piyada gəzdi - FOTO 16 Oktyabr 2019, 17:42 Messi 6-cı dəfə “Qızıl buts” aldı 16 Oktyabr 2019, 17:33 Minsk Qrupu Qarabağa səfər etmək üçün rəsmi Bakıdan icazə alıb - AÇIQLAMA 16 Oktyabr 2019, 17:18 Ağsuda betonqarışdıran maşın qaz kəmərini qırdı 16 Oktyabr 2019, 17:08 Aqiyə Naxçıvanlı vətəndaşları qəbul edib 16 Oktyabr 2019, 17:00