Modern.az

6 rayonda güzəştli gübrə satılacaq

6 rayonda güzəştli gübrə satılacaq

Aktual

16 Sentyabr 2019, 15:38

 

Şəki, Oğuz, Qobustan, Şamaxı, Kürdəmir və Hacıqabulda mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçiriləcək

 

Modern.az xəbər verir ki, sentyabr ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin, xüsusən də ammofos və nitroammofoska gübrələrinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.

 

Növbəti satış Şəki, Oğuz, Kürdəmir, Şamaxı və Hacıqabulda təşkil ediləcək.

 

Səyyar satış Şəkidə sentyabrın 17-də Qayabaşı kəndində, Qobustanın Sündü kəndində, sentyabr ayının 18-də Şəkinin Kiçik Dəhnə, Şamaxının Ovculu kəndində, sentyabrın 19-da Şəkinin Baş Layısq kəndində, Kürdəmirin Karrar kəndində, sentyabr ayının 20-də Hacıqabulun Nəvahi kəndində, sentyabrın 20-də Oğuzun Padar kəndində, sentyabrın 21-də isə Hacıqabulun Udulu kəndində, həmçinin Xaçmazda həyata keçiriləcək.

 

Adı çəkilən, eləcə də ətraf kəndlərin sakinləri tələb olunan sənədləri - torpaq aktı və ya çıxarış, icra nümayəndəsindən ərizə-məlumat formasını və şəxsiyyət vəsiqəsinin surətini təqdim etməklə 70% güzəştdən yararlanaraq mineral gübrə ala bilərlər.

 

Səyyar satış xidmətlərinin təşkil ediləcəyi yerlər barəsində məlumat almaq üçün 1652 çağrı mərkəzi və (+99451) 2559383, (+99451) 2293207 əlaqə nömrəsinə müraciət etmək lazımdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi