Arxiv
16 Sentyabr 2019, 15:55 | AKTUAL
“Tarixlərin ən yaxşısı” nəşrə hazırlanır

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu XVI əsrin görkəmli Azərbaycan tarixçisi Həsən bəy Rumlunun “Əhsənüt-təvarix” (“Tarixlərin ən yaxşısı”) əsərinin Azərbaycan dilinə tərcüməsini başa çatdırıb və onun I cildini nəşrə hazırlayır.

Tarix İnstitutundan Modern.az-a verilən məlumata görə, əsəri fars dilindən tərcümə edən institutun “Mənbəşünaslıq və tarixşünaslıq” şöbəsinin müdiri, professor Şahin Fazildir.

Şahin Fazil əsərin tam tərcüməsi və ona yazdığı geniş şərhlər üzərində 10 il işləyib. Əsər “Azərbaycan tarixi ilk mənbələrdə” layihəsi çərçivəsində nəşr olunacaq. Layihə rəhbəri Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovdur.

“Əhsənüt-təvarix”in dövrümüzə qədər gəlib çatmış iki cildində Azərbaycanın və ona qonşu olan ərazilərin XV-XVI əsrlər tarixindən bəhs edilir. Salnamədə Qaraqoyunlu-Ağqoyunlu, Ağqoyunlu-Səfəvi münasibətləri yaxşı işıqlandırılmış, Şirvan və Şəkinin tarixinə dair zəngin məlumat verilmişdir. Həsən bəy Rumlu əsərdə dövlət quruluşu, iqtisadi vəziyyət, feodal münasibətləri, ordu və siyasi tarix haqqında qiymətli məlumatlar verir. Onun qələmə aldığı bir sıra məsələlər dövrün başqa tarixçilərinin kitablarında ya tamamilə öz əksini tapmamış, ya da çox ötəri qeyd edilmişdir.

Salnamənin faydalı cəhətlərindən biri də Həsən bəy Rumlunun məşhur dövlət xadimləri, tarixçilər, şairlər, alimlər və başqa görkəmli şəxslər haqqında məlumat verməsindədir. Əsərdə Azərbaycan şairlərindən İmadəddin Nəsimi, Cahanşah Həqiqi, Ziya Ordubadi və başqa görkəmli simalar barədə fikir söylənilmiş, onların yaradıcılıqlarından bəzi nümunələr gətirilmişdir.

“Əhsənüt-təvarix” özündən sonra yazılan bir sıra tarixi əsərlər üçün mühüm mənbə rolunu oynayıb.

Xatırladaq ki, Şahin Fazil bundan əvvəl orta əsr müəllifləri İsgəndər bəy Münşi, Jozef Tiflisi və Yan Tadeuş Kruşinskinin əsərlərini Azərbaycan dilinə tərcümə edib.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Yeni hökumətin təzə parlamentə ilk HESABATI - Nələrə şahid olacağıq?.. 8 Aprel 2020, 12:38 Xüsusi karantin dövründə əlillik müddəti başa çatanlar üçün müddət UZADILDI 8 Aprel 2020, 12:31 Rusiya koronavirusa görə Krımı Ukraynaya qaytaracaq PROQNOZ 8 Aprel 2020, 12:22 Dövlət Agentliyi 700 nəfər işçi axtarır 8 Aprel 2020, 12:17 Uşaqların koronavirusdan qorumağın yolları AÇIQLANDI 8 Aprel 2020, 12:12 Koronavirusdan zərər çəkmiş sahibkarlara dəstək mexanizmləri AÇIQLANDI 8 Aprel 2020, 12:06 Rusiyada COVİD-19-a yoluxanların sayı kəskin artdı 8 Aprel 2020, 12:00 ASAN könüllüləri Hava Limanında –FOTO+VİDEO 8 Aprel 2020, 11:54 Onlayn etibarnamənin tətbiqinə başlanıldı 8 Aprel 2020, 11:48 Onlayn yolla narkotik satan şəxs SAXLANILDI 8 Aprel 2020, 11:42 Ermənistanda koronavirusa yoluxanların və ölənlərin sayı ARTIR 8 Aprel 2020, 11:36 Nazirlik şuraya üzvlər seçilməsini TƏXİRƏ SALDI 8 Aprel 2020, 11:30 Onkoloji xəstələrin koronavirusdan qorunması üçün tövsiyələr AÇIQLANDI 8 Aprel 2020, 11:24 Azərbaycan nefti yenidən bahalaşdı 8 Aprel 2020, 11:18 190 manatı almaq istəyən işsizlərin qeydiyyatı BAŞLADI 8 Aprel 2020, 11:12 Koronavirusla bağlı son statistika - Dünənin anti-rekordları 8 Aprel 2020, 11:06 "Evdə qal!" çağırışına məktəblilər də qoşuldu - VİDEO 8 Aprel 2020, 10:55 Cek Dorsi koronavirusla mübarizəyə 1 milyard bağışladı 8 Aprel 2020, 10:50 “Koronavirus qan köçürülməsi ilə ötürülmür” - Rəsmi 8 Aprel 2020, 10:44 Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən vəsaitin məbləği AÇIQLANDI 8 Aprel 2020, 10:38 İşçilərin ödənişsiz məzuniyyətə göndərilməsinə - Nazirlikdən reaksiya 8 Aprel 2020, 10:32 Azərbaycanda bir gündə 1569 sürücü məsuliyyətə cəlb olundu 8 Aprel 2020, 10:26 Lerikdə hamilə məktəbliyə görə 59 yaşlı müəllim həbs edildi 8 Aprel 2020, 10:20 Polis paytaxt sakinlərinə müraciət etdi - FOTO 8 Aprel 2020, 10:14 Malik Həsənov: “Beşinci kolon” indi də koronavirusdan öz məqsədləri üçün istifadə etməyə çalışır   8 Aprel 2020, 10:00 Pensiyaların ödənilməsinə başlanıldı - Rayonlar üzrə SİYAHI 8 Aprel 2020, 09:52 İslahatları biz də dəstəkləyirik, bir şərtlə ki, münasibətlər yenilənsin - PJB üzvlərindən təklif 8 Aprel 2020, 09:39 Sabah dollar bu qiymətə olacaq - MƏZƏNNƏ AÇIQLANDI 8 Aprel 2020, 09:23 ABŞ-da virusa yoluxanların sayı 400 mini ötdü - bir gündə 2 min ölü 8 Aprel 2020, 09:17 Ermənilər atəşkəs rejimini 24 dəfə pozub 8 Aprel 2020, 09:10 Karantin rejimini pozan qadınlar kişilərlə eyni məkanda yaxalandılar - FOTOLAR 8 Aprel 2020, 09:04 Bakıda 15 gün karantində qalan jurnalist ordakı şəraitdən YAZDI - FOTO 8 Aprel 2020, 08:49 Gülağa Məmmədovun Azərbaycana gətirdiyi Təbrizli SƏNƏTKAR 8 Aprel 2020, 08:22 Qadınlar birləşib Pərvizi “Survivor”dan ÇIXARDILAR 8 Aprel 2020, 08:12 Məşhur futbolçu həbsxanadan çıxdı 8 Aprel 2020, 00:51