Arxiv
16 Sentyabr 2019, 18:18 | AKTUAL
4 şəhər və rayonda lisey sinifləri açıldı

Sentyabrın 16-da Şəki şəhərində Təhsil Nazirliyinin tabeliyindəki Kimya-biologiya təmayüllü Respublika liseyinin siniflərinin açılışı olub.

 

Modern.az xəbər verir ki, tədbirdə Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev, Şəki şəhər Təhsil şöbəsinin müdiri Südabər İsmayılova, təhsil işçiləri, ictimaiyyət nümayəndələri, lisey siniflərinin müəllim və şagirdləri, valideynlər iştirak ediblər.

 

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

 

Şəki Şəhər Təhsil Şöbəsinin müdiri Südabər İsmayılova lisey siniflərinin fəaliyyətə başlamasının rayonun təhsil həyatı üçün əhəmiyyətini vurğulayıb, kollektivə uğurlar arzulayıb.

 

Tədbirdə çıxış edən Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev bildirib ki, bu il ilk dəfə olaraq, Şəki, Gəncə, Quba və Şirvan şəhərlərində lisey sinifləri təşkil edilib. Fuad Qarayev deyib ki, lisey siniflərinə qəbul iki mərhələdə aparılıb. İlkin mərhələdə fənn müsabiqəsi qalibləri birbaşa lisey siniflərdə oxumaq şansı qazanıblar. İkinci mərhələdə keçirilmiş imtahanlarında Şəki şəhəri üzrə 197 şagird iştirak edib.

 

Fuad Qarayev qeyd edib ki, lisey siniflərində tədris prosesini həyata keçirəcək pedaqoji heyət Təhsil Nazirliyinin komissiyası tərəfindən təmayül istiqamətlərindən asılı olaraq müvafiq şəhər və rayonlarda işləyən təcrübəli, eyni zamanda, diaqnostik qiymətləndirmə nəticəsi yüksək olan müəllimlər arasından seçilib.

 

Fuad Qarayev təhsilin hər bir şagird üçün əlçatan olması üçün nazirlik tərəfindən mütəmadi olaraq həyata keçirilən layihələrdən də danışıb. 

 

Lisey siniflərinin direktoru Ariz Abdullayev çıxışında deyib ki, bu tədris ilində 6 lisey sinifi fəaliyyət göstərəcək. Ariz Abdullayevin sözlərinə görə, lisey siniflərində ümumilikdə 144 şagird təhsil alacaq, şagirdlərdən 26-sı fizika-riyaziyyat təmayüllü liseydən gəlib, 27-si isə fənn müsabiqələrinin qalibi kimi liseydə oxumaq şansı qazanıb. Ariz Abdulllayev əlavə edib ki, şagird kontingentin qalan hissəsi isə sentyabrın 10-da keçirilən imtahanda yaxşı nəticə göstərənlər arasından seçilib.

 

Tədbirdə iştirak edən digər qonaqlar da lisey siniflərinin əhəmiyyətinə toxunub, yeni tədris ilində hər kəsə  uğurlar arzulayıblar.

 

Sonra tədbir iştirakçıları lisey siniflərində yaradılan şəraitlə tanış olublar.

 

***

Sentyabrın 16-da Şirvanda Təhsil Nazirliyinin tabeliyindəki Kimya-biologiya təmayüllü Respublika liseyinin siniflərinin də açılış mərasimi keçirilib.

 

Açılışda Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin sektor müdiri  Xamis Seyranov, lisey siniflərinin rəhbəri Hüseyn Mirzəyev, Şirvan Şəhər Təhsil Şöbəsinin əməkdaşları, müəllim-şagird kollektivi, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Təhsil Nazirliyinin sektor müdiri Xamis Seyranov bildirib ki, lisey siniflərinin yaradılmasında əsas məqsəd bölgələrdə istedadlı uşaq və gənclərin potensial imkanlarının aşkarlanması, inkişaf etdirilməsi və onların səmərəli təhsil almaları üçün lazımi şəraitin yaradılmasından ibarətdir. Xamis Seyranov qeyd edib ki, bu il Şirvanda yeni açılan lisey siniflərində VI, VII, VIII və IX sinif şagirdləri olmaqla, ümumilikdə 120 uşaq təhsil alacaq.

 

Mərasimdə çıxış edən valideynlər ölkəmizdə təhsilin inkişafına göstərilən hərtərəfli qayğıya görə ölkə Prezidenti İlham Əliyev və Təhsil Nazirliyinə təşəkkür edib, lisey siniflərinin əhəmiyyətini qeyd ediblər.

 

Bununla yanaşı, bu gün Gəncə şəhəri və Quba rayonunda Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin siniflərinin də açılış mərasimi keçirilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Koronavirusu müalicə edən həkim də öldü 18 Fevral 2020, 00:43 Cinayətkar qrupunun silahlıları saxlanılıb 18 Fevral 2020, 00:29 Çempionlar Liqasında 1/8 final mərhələsi başlayır 18 Fevral 2020, 00:13 Bakıda qayınata və kürəkən bıçaqlanıb 17 Fevral 2020, 23:58 Rusiyanın bu bölgəsinə Azərbaycandan təyyarələrlə pomidor daşınır 17 Fevral 2020, 23:43 Türkiyə və Rusiya diplomatları danışıqlara sabah davam edəcək 17 Fevral 2020, 23:26 Azərbaycan alimləri İsveçrədə beynəlxalq elmi konfransa qatılıb 17 Fevral 2020, 23:08 Hacıqabulda avtomobil dirəyə çırpıldı: xəsarət alan var 17 Fevral 2020, 22:53 Azərbaycanlı köçkünlərin problemi Beynəlxalq Konfransda qaldırıldı 17 Fevral 2020, 22:37 Karib dənizində təyyarə qəzaya uğradı 17 Fevral 2020, 22:21 25 ölkədə 694 nəfər koronavirusa yoluxdu 17 Fevral 2020, 22:06 Bakıda dəhşətli qəza ölümlə nəticələndi 17 Fevral 2020, 21:49 İdxal edilən spirtli və energetik içkilər üçün aksiz dərəcələr artırılıb 17 Fevral 2020, 21:33 "İrəvana hər gün tabutlar getməlidir" - Qüdrət Həsənquliyev 17 Fevral 2020, 21:17 Tanınmış jurnalist xidmət rəhbəri təyin edilib 17 Fevral 2020, 21:06 Avropa İttifaqı Suriyaya qarşı sanksiyalarını genişləndirib 17 Fevral 2020, 20:56 Ali təhsil müəssisələrinə qəbul qaydalarında dəyişiklik - RƏSMİ 17 Fevral 2020, 20:46 Ramil Şeydayevin "Sabah"a keçidi rəsmiləşdi 17 Fevral 2020, 20:33 Gömrükdə 6000 ədəd "King" markalı siqaret aşkarlandı 17 Fevral 2020, 20:17 Lənkəranda bank ofisində tüstülənmə 17 Fevral 2020, 20:04 “Şahdəniz” qazının ixracı 15% artıb 17 Fevral 2020, 19:56 Təhsil Nazirliyi tender elan etdi 17 Fevral 2020, 19:45 Məşhur teleaparıcı intihar edib 17 Fevral 2020, 19:34 Səfər Mehdiyev müşavirə keçirdi - FOTOLAR 17 Fevral 2020, 19:24 Zakir Həsənov hərbi təyinatlı obyektlərin açılışında iştirak edib - FOTO 17 Fevral 2020, 19:16 Peşə məktəblərinin şagirdləri üçün Azərbaycan dili imtahanı keçirildi 17 Fevral 2020, 19:08 Yolu keçən piyadanı avtomobil vurub öldürdü   17 Fevral 2020, 18:59 Azərbaycanda cinayət törədən qadınların sayı artıb  17 Fevral 2020, 18:50 Dövlət büdcəsində 418 milyon manat qalıq YARANDI 17 Fevral 2020, 18:43 Sınaq imtahanının nəticələri nə vaxt açıqlanacaq? 17 Fevral 2020, 18:34 Bu il I sinfə elektron qəbul bütün ölkəni əhatə edəcək - RƏSMİ 17 Fevral 2020, 18:26 Nazirlikdən pensiyaçılara XƏBƏRDARLIQ 17 Fevral 2020, 18:18 Elmar Məmmədyarov Aİ-nin ticarət üzrə komissarı ilə görüşüb 17 Fevral 2020, 18:14 İlham Əliyev-Nikol Paşinyan debatında diqqətdən qaçan MƏQAM 17 Fevral 2020, 18:06 BMU-da pedaqoji təcrübəyə göndərilən tələbələrlə görüş keçirilib 17 Fevral 2020, 18:00