Modern.az

Xələf Xələfov İsveçrə ilə əməkdaşlıq imkanlarını müzakirə etdi

Xələf Xələfov İsveçrə ilə əməkdaşlıq imkanlarını müzakirə etdi

16 Sentyabr 2019, 23:31

Bu gün Xarici işlər nazirinin müavini Xələf Xələfov və İsveçrə Konfederasiyasının Xarici İşlər Departamentinin dövlət katibinin müavini xanım Kristina Marti Lanq arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən  Modern.az-a verilən məlumata görə, telefon söhbəti zamanı, iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olduğu qeyd edilib, əlaqələrin hazırkı vəziyyəti təhlil olunub və gündəlikdə duran cari məsələlər, qarşılıqlı səfərlər və əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər Azərbaycan və İsveçrə arasında əlaqələrin inkişafından, Bretton Vudz təsisatlarında əməkdaşlıqdan məmnunluq ifadə etmiş və əlaqələrin müxtəlif sahələrdə daha da genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu vurğulayıblar. İki ölkə arasında xüsusilə də iqtisadiyyat və ətraf mühitin qorunması sahələrində, habelə peşə təhsili üzrə əməkdaşlıq istiqamətlərini müzakirə ediblər.

X.Xələfov həmsöhbətinə ölkəmizdə aparılan islahatlar haqqında ətraflı məlumat verib.

Söhbət zamanı həmçinin Azərbaycan və İsveçrə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqdan məmnunluq ifadə edilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər