Modern.az

Payızlıq əkin üçün proqnozlaşdırılan sahələrin 59,5 faizi şumlanıb

Payızlıq əkin üçün proqnozlaşdırılan sahələrin 59,5 faizi şumlanıb

Aktual

18 Sentyabr 2019, 12:35

 

Azərbaycanda payızlıq əkinlər üçün şum prosesi davam edir. 

 

Kənd Təsərrüfatı Nazirliyindən Modern.az-a verilən məlumata görə, ümumilikdə bu il 1047136 hektar sahədə payızlıq şum proqnozlaşdırılır. Sentyabrın 18-dək 622689 hektar sahədə şum aparılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 196493 hektar artıqdır. Artıq ölkə üzrə payızlıq əkin üçün proqnozlaşdırılan sahələrin 59,5 faizi şumlanıb.  

 

Ümumilikdə şum prosesinə 2350 traktor cəlb olunub. Ağcabədi rayonunda payızlıq əkin şumu tam yekunlaşıb, rayon ərazisində 29175 hektar sahədə şum aparılıb. Füzuli (95,7%), Xocavənd (92,9%), Salyan (92,1%), Bərdə (89,9%), Qobustan (89,9%), Oğuz (88,8%), Kürdəmir (88,5%), İmişli (87,8%), Goranboy (85,5%), Ağstafa (84,2%), Sabirabad (82,6%), Şəmkir (82,5%) rayonlarında şum prosesinin yaxın günlərdə yekunlaşacağı gözlənilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır