Modern.az

Azercell qalib jurnalistləri mükafatlandırdı

Azercell qalib jurnalistləri mükafatlandırdı

18 Sentyabr 2019, 18:37

Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC tərəfindən mətbuat nümayəndələri üçün təşkil edilən növbəti ingilis dili kursları başa çatıb. Şirkət sentyabr ayının 18-də kursu müvəffəqiyyətlə bitirən jurnalistlərlə görüş keçirib. 

 

Modern.az xəbər ki, tədbirdə çıxış edən “Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev, mətbuat nümayəndələrini cəmiyyətin rəqəmsal savadlılıq səviyyəsinin artırılması istiqamətində şirkətin əsas tərəfdaşı adlandırıb. “İctimai fikrin formalaşmasında, milli və ümumbəşəri dəyərlərin təbliğində töhfəniz böyükdür və danılmazdır” deyə Vahid M. öz çıxışında bildirib. Tədbirin sonunda iştirakçılar Azercell şirkəti tərəfindən sertifikat və müxtəlif dəyərli hədiyyələrlə mükafatlandırılıb.

 

Qeyd edək ki,  6 ay davam edən kurslar zamanı mətbuat nümayəndələrinə qrammatika, danışıq, dinləmə və yazı qabiliyyəti üzrə ingilis dili biliklərini gücləndirmək imkanı yaradılıb. Məşğələlər “Language Solutions” şirkəti tərəfindən  bir neçə səviyyəli proqram üzrə tədris olunub. 

 

“Azercell Telekom” MMC qloballaşma dövründə mətbuat nümayəndələrinin daha çox resurslara çıxışını təmin etmək, eləcə də onların beynəlxalq əlaqələr qurmasına və təcrübə mübadiləsindən faydalanmasına şərait yaratmaq üçün müntəzəm şəkildə müxtəlif peşəkar təlimlər və xarici dil kursları keçirir. Şirkət 22 illik fəaliyyəti boyunca ölkədə jurnalistikanın inkişafına dəstək olmaq məqsədilə bir çox layihələri reallaşdırıb. Məlumat üçün bildirək ki, indiyədək 500-ə yaxın jurnalist Azercell şirkətinin təşkil etdiyi ingilis dili kurslarının iştirakçısı olub. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır