Modern.az

Bakıda "preparator"  gəncin kürəyini deşdi

Bakıda

Aktual

19 Sentyabr 2019, 00:28

Xəzər rayonunda gənc ehtiyatsızlıqdan xəsarət alıb.

Modern.az  APA-ya istinadən xəbər verir ki, Binə qəsəbəsi, Südçülük sovxozunda 2002-ci il təvəllüdlü Təhməzov Əlikram Zamin oğlu yaşadığı evin həyətində işləyən zaman ehtiyatsızlıqdan xəsarət alıb.

İlkin məlumata görə o, tikintidə istifadə olunan "preparator" aparatından istifadə edən zaman yaralanıb.

Ə.Təhməzov xəstəxanaya yerləşdirilib. Ona kürək nahiyəsinin kəsilmiş yarası diaqnozu qoyulub. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisənin təfərrüatı Xəzər Rayon Polis İdarəsində araşdırılır.

Whatsapp
Bizə yazın!
Keçid et
İcra başçıları nəzarətdə - Ölkə üzrə geniş əməliyyat başlayır