Arxiv
19 Sentyabr 2019, 18:31 | AKTUAL
“Qafqaz neoliti” filmi təqdim olundu

Sentyabrın 19-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Dövlət Televiziyası - "Azərbaycantelefilm" Yaradıcılıq Birliyinin istehsalı olan "Qafqaz Neoliti" sənədli filminin təqdimatı keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova, millət vəkili, AMEA Qadınlar Şurası İdarə Heyətinin üzvü, siyasi elmlər doktoru Qənirə Paşayeva, "Azərbaycan Televiziya və Radio verilişləri" QSC-nin nəzdindəki Televiziya və Radio Akademiyasının rektoru, filologiya üzrə fəlsəfə doktoru Faiq Hüsiyev, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Qeyd edək ki, filmin prodüseri Xalq artisti, rejissor Ramiz Həsənoğlu, ssenari müəllifi Əməkdar jurnalist Sadıq Elcanlı, rejissoru Elnurə Kazımova, elmi məsləhətçisi isə Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, t.ü.f.d. Fərhad Quliyevdir.

Mərasimi millət vəkili Qənirə Paşayeva açaraq filmin yaradıcı kollektivini təqdim edib, ekran əsərində Tovuz bölgəsində son 12 il ərzində aparılan arxeoloji qazıntıların nəticələrinin əks olunduğunu söyləyib. Qeyd edib ki, filmdə əsasən bölgənin Neolit dövrünü əks etdirən Göytəpə qədim yaşayış yerinin tədqiqi prosesləri, kompleksin Qafqazın sivilizasiya tarixində oynadığı rol və burada uzun müddət çalışan tanınmış əcnəbi arxeoloqların fikirləri yer alıb. “Tovuz bölgəsindəki Göytəpə neolit məskənində Azərbaycan arxeoloqlarının daimi şahidi olduğum fədakar əməyinin nəticəsində dünya elminə yeni töhfələr verildi” – deyə millət vəkili Qənirə Paşayeva xüsusi olaraq vurğuladı.

Ərazidə Arxeologiya və Etnoqrafiya İnstitutunun və Yaponiyanın Tokio Universitetinin əməkdaşları tərəfindən uzun müddət araşdırmaların aparıldığını deyən Q.Paşayeva ölkə başçısının Göytəpə Arxeoloji Parkının yaradılması ilə bağlı imzaladığı Sərəncamı xatırladıb. O, filmin gələcəkdə ingilis dilinə tərcümə olunaraq digər ölkələrdə nümayiş etdiriləcəyini vurğulayıb.

Sonra çıxış edən İ.Həbibbəyli AMEA ilə Azərbaycan Dövlət Televiziyası arasında imzalanması nəzərdə tutulan əməkdaşlıq haqqında sazişin önəminə toxunub. O, son illərdə Azərbaycan arxeologiya elmində bir çox nailiyyətlərin əldə edildiyini, hazırda Arxeologiya və Etnoqrafiya İnstitutunda yerli və beynəlxalq olmaqla, 30-a yaxın ekspedisiyanın fəaliyyət göstərdiyini diqqətə çatdırıb. İ.Həbibbəyli filmin Azərbaycanın qədim mədəniyyətinin dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətini qeyd edib.

Tədbirdə, həmçinin Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoruNəcəf Müseyibli və filologiya üzrə fəlsəfə doktoru Faiq Hüsiyev çıxış edərək ekran əsəri ilə bağlı təəssüratlarını bölüşüblər.

Daha sonra filmə baxış olub. Orijinal rejissor yanaşması və operator çəkilişi, bədii quruluş səhnələri ilə zəngin olan film tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

 

Film sentyabr 20-də AzTV kanalında saat 23:00-da nümayiş etdiriləcək.

Filmin anonsunun Youtube-də ünvanı: https://youtu.be/zUHwzrwU7mg

https://www.youtube.com/watch?v=zUHwzrwU7mg&feature=youtu.be

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qarabağda istehsal olunan məhsullar Rusiyada satılır – FOTOFAKT 27 May 2020, 09:56 Ermənistan cəbhədə snayper tüfənglərini işə saldı 27 May 2020, 09:47 Əsas siyasi rəqibi Trampı “hərtərəfli axmaq” adlandırdı 27 May 2020, 09:39 Ermənistan ordusu Ağdamda yeni hərbi təlimlər keçirdi – VİDEO 27 May 2020, 09:25 Yazmağın ölüb-dirilmək əzabı... - “13 alqış işləmişəm, 14-cüyə gücüm çatmadı” - Xalq yazıçısı ilə MÜSAHİBƏ 27 May 2020, 09:22 Qazaxıstanda daha 335 nəfər koronavirusa yoluxub 27 May 2020, 09:06 ABŞ-ın paytaxtında Azərbaycan Milli Günü bəyan edildi 27 May 2020, 08:58 ABŞ və Rusiya qarşıdurması - 6 təhlükəsizlik müqaviləsi pozuldu 27 May 2020, 08:37 ABŞ-da koronavirusdan ölənlərin sayı 100 mini ötdü 27 May 2020, 02:38 Ermənistanda koronavirusun ikinci dalğası vəziyyəti ağırlaşdırıb 27 May 2020, 00:49 Tanınmış iş adamı dünyasını dəyişdi 27 May 2020, 00:38 Bu ölkənin qocalar evində 10 335 nəfər koronavirusdan ölüb 27 May 2020, 00:29 Daha bir ölkədə futbol çempionatına icazə verilir 27 May 2020, 00:13 Moskvada daha 73 koronavirus xəstəsi öldü 26 May 2020, 23:58 Bakıda evdən kişi meyiti tapıldı 26 May 2020, 23:44 Pandemiya dövründə ən çox qazanan rusiyalı milyarderlər - FOTO 26 May 2020, 23:29 Sahibə Qafarova türkiyəli həmkarını təbrik etdi - FOTO 26 May 2020, 23:12 Bakıda “Jara” festivalı keçiriləcək - EMİNDƏN AÇIQLAMA 26 May 2020, 22:56 Bakıdan daha 24 nəfər gəmi ilə Qazaxıstana yola salındı 26 May 2020, 22:39 NİDA-çılar Milli Şuradan getdi 26 May 2020, 22:25 Tovuzda ağır qəza oldu 26 May 2020, 22:09 Metroda koronavirus belə yayılır - VİDEO 26 May 2020, 21:57 Türkiyədə koronavirusdan sutkalıq ölü sayı 28-dək azaldı 26 May 2020, 21:40 Avropa İttifaqı vətəndaşlarının 60 faizi böhran içərisindədir 26 May 2020, 21:23 TƏBİB-dən korona ilə bağlı son məlumat 26 May 2020, 21:07 İtaliyada koronavirusdan ölənlərin sayı 32 955-ə çatdı 26 May 2020, 20:58 Bill Qeytsin koronaya qarşı xüsusi vaksini 26 May 2020, 20:42 Masallıda silahlı insidentlə bağlı RƏSMİ MƏLUMAT 26 May 2020, 20:26 Sumqayıt yolunda qəza: Yollar bağlandı 26 May 2020, 20:14 Salyanda kanalda meyiti tapılan qadın qətlə yetirilibmiş 26 May 2020, 20:01 Səudiyyə Kralı və vəliəhdi Azərbaycan Prezidentini təbrik etdi 26 May 2020, 19:59 Makrondan İlham Əliyevə: “Fransanın qərəzsizliyinə arxalana bilərsiniz” 26 May 2020, 19:42 MDB ölkələri hökumət başçıları bir araya gələcək 26 May 2020, 19:35 Britaniyada yoluxanların sayı kəskin artdı 26 May 2020, 19:18 Rusiyadan daha 131 azərbaycanlı təxliyə olundu 26 May 2020, 19:00