Modern.az

Elmar Məmmədyarov Macar həmkarı ilə görüşdü

Elmar Məmmədyarov Macar həmkarı ilə görüşdü

19 Sentyabr 2019, 23:13

Xarici İşlər naziri Elmar Məmmədyarov Macarıstana işgüzar səfəri çərçivəsində bu ölkənin xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.

Nazirlikdən Modern.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və Macarıstan arasında mövcud olan ikitərəfli münasibətlərin inkişaf səviyyəsindən və strateji tərəfdaşlıq müstəvisində inkişaf edən əməkdaşlıqdan məmnunluq ifadə edildi. İki ölkə arasında iqtisadiyyat, o cümlədən kənd təsərrüfatı, nəqliyyat və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanlarının mövcudluğu vurğulandı.

Nazirlər Azərbaycanın təşəbbüsü və iştirakı ilə bölgədə həyata keçirilən nəhəng enerji və infrastruktur layihələri, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə və konkret olaraq enerji sahəsində ikitərəfli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi mövzuları ətrafında fikir mübadiləsi apardılar.

Nazir Elmar Məmmədyarov Türk Şurasının qarşıdan gələn 7-ci Zirvə görüşünə hazırlıq işləri barədə həmkarına məlumat verdi və Baş Nazir Viktor Orban başda olmaqla Macarıstan nümayəndə heyətini tezliklə Bakıda salamlamaqdan məmnun olacağımızı qeyd etdi.

Nazir Elmar Məmmədyarov Macar həmkarına Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin son vəziyyəti ilə bağlı məlumat verdi və münaqişənin BMT TŞ-nin qətnamələri, eləcə də digər beynəlxalq təşkilatların qərarları əsasında həll olunmasının vacibliyini vurğuladı.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional məsələləri müzakirə etdilər.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı