Arxiv
20 Sentyabr 2019, 00:00 | İQTİSADİYYAT
“Əsrin müqaviləsi”nin 25 ili tamamlandı

Bu gün Azərbaycanda Neftçilər günü qeyd olunur.

Modern.az xəbər verir ki, hər il 20 sentyabr tarixi Azərbaycanda neft-qaz sahəsində çalışan işçilərin peşə bayramı günüdür. Bu günün peşə bayramı kimi qeyd edilməsi Azərbaycan xalqının ümummili lideri Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli fərmanı ilə rəsmiləşdirilib.

 

Məhz həmin günün bu sektorda çalışanların peşə bayramı kimi qeyd edilməsi isə 1994-cü il sentyabrın 20-də Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında 8 ölkənin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Türkiyə, Norveç, Yaponiya, Rusiya və Səudiyyə Ərəbistanı) 13 məşhur neft şirkəti (BP, SOCAR, "Amoco", "McDermott", "Unocal", "LUKoil", "Statoil", "Exxon", TPAO, "Pennzoil", "Itochu", "Ramco", "Delta") arasında müqavilənin imzalanması ilə bağlıdır. Təxminən 400 səhifə həcmində və 4 dildə hazırlanmış müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adını alıb.

 

"AÇG" yatağı altı hasilat platformasından - "Çıraq-1", "Mərkəzi Azəri", "Qərbi Azəri", "Şərqi Azəri", "Dərinsulu Günəşli", "Qərbi Çıraq" və ən müasir texnologiyalarla təchiz edilmiş iki texnoloji emal, kompressiya, suvurma və texnoloji təchizat platformasından ibarət olan kompleksə malikdir.

 

İki il əvvəl isə Azərbaycanın neft sənayesi üçün daha bir əlamətdar hadisə ilə yadda qalıb. Belə ki, “Azəri”, “Çıraq” yataqları və “Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG) 2050-ci ilə qədər birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalanıb. Yeni saziş Azərbaycan Prezidenti İlham Əliyevin və bir qrup yüksək səviyyəli xarici hökumət və dövlət rəsmilərinin iştirak etdiyi tədbirdə Azərbaycan hökuməti adından SOCAR-ın prezidenti Rövnəq Abdullayev və tərəfdaş şirkətlərin - SOCAR, “BP”, “Chevron”, “Inpex”, “Statoil”, “ExxonMobil”, “TP”, “Itochu” və “ONGC Videsh” nümayəndələri tərəfindən imzalanıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Zabitimizdən Paşinyana: “Bax, belə oynayarlar” 2 Dekabr 2020, 01:00 İspaniyada azarkeşlər stadionlara buraxılacaq 2 Dekabr 2020, 00:52 “Real”dan acı məğlubiyyət 2 Dekabr 2020, 00:41 Paytaxtda gənc oğlanı maşın vurdu 2 Dekabr 2020, 00:35 Eyfel bu tarixdən ziyarətə açıq olacaq 2 Dekabr 2020, 00:24 Teledərslərin bu günə olan CƏDVƏLİ 2 Dekabr 2020, 00:10 Messi Çempionlar Liqasında daha bir oyunu buraxacaq 2 Dekabr 2020, 00:00 Paşinyanın istefasını tələb edən daha 35 nəfər saxlanıldı 1 Dekabr 2020, 23:50 İŞİD Əkrəm İmamoğlunu öldürmək istədi 1 Dekabr 2020, 23:37 “Ölümün qolları güclü olsa da, Vətən məhəbbəti güclüdür ondan” - 30 yaşlı Şuşa qəhrəmanı   1 Dekabr 2020, 23:32 Əfqanıstanda Rusiya səfirliyinin avtomobili partladıldı 1 Dekabr 2020, 23:22 Ceyhun Bayramov qətərli həmkarı ilə danışdı 1 Dekabr 2020, 23:11 Almaniyada dəhşətli hadisə 1 Dekabr 2020, 23:00 Ceyhun Bayramov Çavuşoğlu ilə Laçını müzakirə etdi 1 Dekabr 2020, 22:50 Sumqayıtda mənzildə qadın meyiti aşkarlandı 1 Dekabr 2020, 22:45 Azadlıq meydanı parada hazırlaşır - FOTO 1 Dekabr 2020, 22:35 “Qarabağ” və “Zəfər” ordenləri hansı xidmətlərə görə verilir? 1 Dekabr 2020, 22:24 Laçın yolu və bu yolu açan dəmir yumruq 1 Dekabr 2020, 22:11 Ermənistanın məğlubiyyətinin “Yol xəritəsi” 1 Dekabr 2020, 21:57 “NATO Qarabağ münaqişəsinin tərəfi deyil” - Baş katib 1 Dekabr 2020, 21:32 “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalı bu şəxslərə veriləcək 1 Dekabr 2020, 21:20 Maradonanın psixiatrının evində axtarış aparılır 1 Dekabr 2020, 21:11 İşğaldan azad edilən rayonlar üzrə təsis edilən medallar - FOTO 1 Dekabr 2020, 21:00 Nazirlər Kabineti pandemiya ilə bağlı qərarında dəyişiklik etdi 1 Dekabr 2020, 20:50 Türkiyədə koronavirusdan rekord sayda ölüm 1 Dekabr 2020, 20:42 Şuşanı azad edənlər bu medalla təltif olunacaqlar 1 Dekabr 2020, 20:29 Stalin haqqında miflər və əfsanələr 1 Dekabr 2020, 20:20 “Suqovuşanın azad olunmasına görə” medalın Əsasnaməsi təsdiqləndi 1 Dekabr 2020, 20:13 İƏT-in Baş katibi İlham Əliyevi təbrik etdi 1 Dekabr 2020, 20:04 Böyük dövlətlərin koronavirus vaksini YARIŞI 1 Dekabr 2020, 19:38 Vilyam Hacıyevin həbs müddəti daha 3 ay uzadıldı 1 Dekabr 2020, 19:23 Putinin hərbi bloku Qarabağdakı vəziyyəti müzakirə edib 1 Dekabr 2020, 19:15 Şəhid ailələri və müharibə əlillərinə hansı sosial dəstək göstərilir - SİYAHI     1 Dekabr 2020, 19:08 Azərbaycanda “Vətən müharibəsi iştirakçısı” medalı bu şəxslərə veriləcək 1 Dekabr 2020, 18:54 Almaniyada faciə: 2 ölü, 14 yaralı 1 Dekabr 2020, 18:39
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?