Arxiv
20 Sentyabr 2019, 09:45 | AKTUAL
Kapital Bank dünya nəhəngi ilə memorandum imzaladı

 

Kapital Bank İT sahəsi üzrə beynəlxalq şirkət olan IBM ilə əməkdaşlığı əks etdirən anlaşma memorandumu imzalayıb.

 

Modern.az xəbər verir ki, bununla bağlı 19 sentyabr 2019-cu il tarixində imzalanma mərasimi keçirildi. İmzalanma mərasimində Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini, Baş İnformasiya İnzibatçısı Nahid Zeynalov və IBM iX şirkətinin Mərkəzi və Şərqi Avropa üzrə rəhbəri Yevgeniy Sokolov iştirak edib.

 

Kapital Bank bir sıra xidmətlərini müxtəlif texnoloji həllər üzərindən müştərilərinə təqdim edir. Gələcəkdə əksər layihələri həyata keçirmək üçün IBM şirkətini özünə tərəfdaş seçib. IBM şirkəti ilə memorandum çərçivəsində Kapital Bank-ın İT sahəsində çalışan əməkdaşları üçün təlimlər keçiriləcək. Bundan başqa xarici mütəxəssislər tərəfindən həm ölkədə, həm də xaricdə müəyyən workshop-lar təşkil olunacaq. 

 

“Kapital Bank-ın 2018-2021-ci illəri əhatə edən strateji hədəflərinə uyğun olaraq rəqəmsal bankçılığa keçid əsas məqsədimizdir. Rəqəmsal bankçılığa keçid müasir dövrdə olduqca önəmli və vacib addım hesab olunur. Burada bank əməliyyatlarının və bir sıra proseslərin transformasiyası nəzərdə tutulur. Əməkdaşlığın ilkin mərhələsində 2019-cu ilin oktyabr ayında Azərbaycanda ilk dəfə beynəlxalq mütəxəssislərin iştirakı ilə İT forumun keçirilməsi nəzərdə tutulub. Forum zamanı dəvət olunmuş xarici mütəxəssislər öz təcrübələri ilə bölüşəcəklər” – deyə, Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini, Baş İnformasiya İnzibatçısı Nahid Zeynalov bildirib.

 

Qeyd edək ki, IBM şirkəti 100 ildən artıqdır ki, dünya üzrə proqram təminatının və avadanlıqların istehsalçısı olaraq fəaliyyət göstərir. Bundan başqa şirkət İT-servislərin tətbiqi və konsaltinq xidmətlərini də təqdim edir. Dünya miqyasında lider olan IBM şirkətinin əsas strateji hədəfi, innovasiya və informasiya texnologiyaları sahəsində elmi-təhqiqat işlərinin aparılması və tətbiqidir. 

 

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 100 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Koronavirusun peyvəndi nə zaman hazır olacaq? 30 May 2020, 19:30 Bu saytda işləyən jurnalistləri robotlarla əvəzləyəcək 30 May 2020, 19:20 "Facebook"da daha bir yenilik 30 May 2020, 19:13 Avropa İttifaqı ÜST-lə bağlı ABŞ-a çağırış etdi 30 May 2020, 19:00 Filippində 6 baladək zəlzələ oldu 30 May 2020, 18:50 Yaşayış binasında təhlükənin qarşısı alındı 30 May 2020, 18:42 Şirvanda ağır qəza - Ölən var   30 May 2020, 18:30 Baş Prokurorluq polis və qadının bıçaqlanması ilə bağlı MƏLUMAT YAYDI 30 May 2020, 18:20 Daşkəsənə güclü dolu yağıb - VİDEO 30 May 2020, 18:10 Goranboyda beş nəfər koronavirusa yoluxdu - VİDEO 30 May 2020, 18:01 Azərbaycanda koronavirusdan sağalan xəstələrin sayı AÇIQLANDI 30 May 2020, 17:55 “Hücum!” əmrinizə müntəzirik, cənab Ali Baş Komandan! - Tarixçi alim İrəvandan YAZDI - II  HİSSƏ 30 May 2020, 17:47 Azərbaycanda daha 257 nəfərdə koronavirus aşkarlandı - 3 nəfər öldü 30 May 2020, 17:40 Jurnalist koronavirusdan vəfat edən anasının dəfninə qatıla bilmədi 30 May 2020, 17:34 Mirzə Ələkbər Sabirə doğum günü hədiyyəsi: Şamaxıdakı evi təmir edildi - VİDEO   30 May 2020, 17:25 Nazirliyin səyyar mikroavtobusları Masallıda 30 May 2020, 17:17 Paşinyana qarşı yeni müxalif partiya yaradıldı 30 May 2020, 17:10 İranda daha 2 282 nəfər koronavirusa yoluxdu 30 May 2020, 17:02 Min bir dərdin dərmanı - ÜZƏRLİKLƏ BAĞLI BİLMƏDİKLƏRİMİZ 30 May 2020, 16:55 Alimlər koronavirusu tamamilə məhv etmək üçün çarə tapdılar 30 May 2020, 16:47 Xəzərdə dalğanın hündürlüyü 4,5 metrə çatıb - Faktiki hava 30 May 2020, 16:40 Daha bir marşrut xətti “BakuBus”a verildi - FOTO 30 May 2020, 16:33 Oğurluq üstündə tutuldular, başqa cinayətləri də üzə çıxdı 30 May 2020, 16:25 “Fəvvarələr meydanı”nda fleşmob keçirənlər saxlanıldı - FOTO 30 May 2020, 16:17 Tural Gəncəliyevdən kanadalı həmkarına ETİRAZ 30 May 2020, 16:10 Gəncədə aparılan təmir-tikinti və abadlıq-quruculuq işləri davam etdirlir   30 May 2020, 16:02 Daha iki marşrut avtobusun hərəkət istiqaməti dəyişdirilir 30 May 2020, 15:55 Pakistanda Covid-19-a yoluxanların sayı durmadan artır- SON STATİSTİKA 30 May 2020, 15:48 Deputat icra başçısından müğənninin xahişini etdi - FOTO 30 May 2020, 15:40 Dövlət komitəsindən Bakıda atası tərəfindən zorakılığa məruz qalan uşaqla bağlı AÇIQLAMA 30 May 2020, 15:34 Borca görə 9 nəfər saxlanıldı 30 May 2020, 15:27 Azay Quliyev: “Şuşadakı təxribat müharibə çağırışlarının kəskin artmasına səbəb oldu” 30 May 2020, 15:20 Həmsədr ölkələr əldə olunacaq sülh sazişinə cavabdeh olacaqlar - Tural Gəncəliyev 30 May 2020, 15:14 Bağlanan bankların əmanətləri bu bank vasitəsilə ödəniləcək - RƏSMİ 30 May 2020, 15:06 Meksika da koronavirusa görə Çini geridə qoydu 30 May 2020, 14:59