Modern.az

Zəhərli maddələri yandıran şəxs cərimələndi

Zəhərli maddələri yandıran şəxs cərimələndi

Aktual

20 Sentyabr 2019, 16:58

 

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə Bakı şəhəri ərazisində sanitariya-gigyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirir. 

 

Modern.az xəbər verir ki, Növbəti belə tədbir sentyabrın 19-da paytaxtın Qaradağ rayonu ərazisində keçirilib.

 

Reyd zamanı Puta qəsəbəsi ərazisində yerləşən “Karvan-L” MMC-nin nəzdində təkrar emal və utilizasiya sexinə aid olan zəhərli maddələrin yandırılması və qalaqlanması faktı aşkar edilib. 

 

Qeyd olunan sexin müdiri R.Süleymanov İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə barəsində protokol tərtib edilmişdir. 

 

Bu istiqamətdə tədbirlər davam etdirilir. 

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır