Azərbaycanın Rusiyadakı səfirliyi Rostov şəhərindəki “Aksay” bazarında işləyən həmvətənlərimizin oradan çıxarılması və deportasiya edilməsini əks etdirən video ilə bağlı məlumat yayıb.
Səfirlikdən Modern.az-a verilən məlumata görə, sosial şəbəkələrdə Rusiyanın Rostov-Don şəhərində fəaliyyət göstərən “Aksay” bazarında çalışan həmvətənlərimizin oradan çıxarılması və bəzilərinin Azərbaycana deportasiya edilməsi ilə bağlı yayılmış qısa video diplomatik nümayəndəliyə daxil olub.
Hadisənin hansı səbəbdən baş verdiyi, oradakı azərbaycanlıların kim tərəfindən çıxarıldığı barədə ətraflı xəbərin verilməsi, konkret adların və faktların göstərilməsi xahiş edildikdə, müraciətin müəllifi onda heç bir məlumatın olmadığını bildirib.
Buna baxmayaraq, məsələ səfirlik tərəfindən ətraflı araşdırılıb. Belə ki, Rostov vilayəti qubernatoru aparatından, Rusiya Daxili İşlər Nazirliyinin Rostov vilayəti üzrə Baş Polis İdarəsindən, yerli diasporumuzun üzvləri, hətta qeyd olunan bazarın müdiriyyətindən əldə edilən məlumatdan aydın olub ki, həqiqətən də yerli polis əməkdaşları müxtəlif millətlərdən olan insanları, o cümlədən bir qrup soydaşımızı həmin bazarın ərazisindən uzaqlaşdırıblar. Buna səbəb onların Rusiya Federasiyası ərazisində pərakəndə ticarətlə məşğul olmaq üçün müvafiq icazələrinin olmaması göstərilir. Eyni zamanda, həmin ticarət obyektinin yerində yaşayış kompleksinin tikintisi gözlənilir və bazar bağlanmaq üzrədir.
Səfirlik Rusiyada çalışan soydaşlarımıza müraciət edərək Rusiya ərazisində problemsiz və maneəsiz çalışmaq üçün bu ölkənin qanunlarına tam və şərtsiz əməl etməyə çağırır. Qanunları pozan soydaşlarımıza lazımi köməyin göstərilməsi səfirliyin imkanı xaricindədir.
Diplomatik nümayəndəliyimiz müasir texnologiyaların verdiyi imkanlardan sui-istifadə edənlərə müraciətlə bildirir ki, səfirlik öz səlahiyyətləri çərçivəsində ərazisinə görə dünyanın ən böyük dövləti olan Rusiyanın istənilən nöqtəsində hər bir Azərbaycan vətəndaşının qarşılaşdığı problemi həll etməyə hazırdır. Yaranan real problem barədə səfirliyə yazılı və ya şifahi məlumatın verilməsi kifayətdir ki, onun həlli istiqamətində müvafiq işin aparılmasına başlanılsın.
Bunun yerinə isə mahiyyəti araşdırılmamış, təsdiqini tapmamış, şayiələrə əsaslanan və əksər hallarda həqiqəti əks etdirməyən hadisələri sosial şəbəkələrdə paylaşaraq ictimaiyyəti çaşdırmaq cəhdləri onu deməyə əsas verir ki, bu adamlar özlərini “vətənpərvər”, “haqq-ədalət carçısı” kimi göstərib diqqəti özlərinə cəlb etməklə məşğuldurlar.
20 Sentyabr 2019, 22:24 | AKTUAL
Azərbaycanlılar Rusiya bazarından çıxarılır? - Səfirlik

Bizi sosial şəbəkələrdə izləyin
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv






















_276.jpg)







_281.jpg)












Abşeronda yol qəzası - xəsarət alanlar var - FOTO
22 Yanvar 2021, 01:03
Şahbuzda zəlzələ oldu
22 Yanvar 2021, 00:51
Co Bayden Rusiya ilə raket müqaviləsini uzadacaq
22 Yanvar 2021, 00:46
Rusiya diplomatı arzuolunmaz şəxs elan edildi
22 Yanvar 2021, 00:32
Argentinalı hücumçu koronavirusa yoluxdu - FOTO
22 Yanvar 2021, 00:17
İtaliya polisi mafiyanın 50 üzvünü həbs etdi
22 Yanvar 2021, 00:03
Türkiyədən Azərbaycanla Türkmənistan arasındakı memoranduma REAKSİYA
21 Yanvar 2021, 23:50
Koronavirus xəstəsi itkin düşüb - FOTO
21 Yanvar 2021, 23:36
“Pandemiya əsrin fəlakətidir” - Merkel
21 Yanvar 2021, 23:23
Nazirlər üçtərəfli bəyanatı müzakirə etdi
21 Yanvar 2021, 23:14
Goranboy sakini dəm qazından zəhərləndi
21 Yanvar 2021, 23:01
“Beşiktaş” qalib gəldi, “Fənərbaxça” xal itirdi
21 Yanvar 2021, 22:49
Teledərslərin yanvarın 22-nə olan CƏDVƏLİ
21 Yanvar 2021, 22:36
Ermənistan Qarabağda verdiyi itkilərin yeni sayını açıqladı
21 Yanvar 2021, 22:24
Bakıda qadın itkin düşdü - FOTO
21 Yanvar 2021, 22:16
Azərbaycan və Türkmənistan XİN rəhbərləri müzakirələr apardı
21 Yanvar 2021, 22:07
Türkiyədə daha 153 nəfər koronavirusdan öldü
21 Yanvar 2021, 21:57
Goranboyda iki maşın toqquşdu - yaralananlar var
21 Yanvar 2021, 21:43
Ceyhun Bayramov Türkmənistan prezidenti ilə görüşdü
21 Yanvar 2021, 21:31
Komitə sədri qazilərlə görüşdü - FOTO
21 Yanvar 2021, 21:27
Daha bir əsgərimiz minaya düşərək şəhid oldu - FOTO
21 Yanvar 2021, 21:16
Azərbaycanda jurnalist qətlə yetirildi - FOTO
21 Yanvar 2021, 21:02
İğdır-Naxçıvan qaz kəməri layihəsi üzrə işlər sürətlənib
21 Yanvar 2021, 20:58
Çinin ABŞ-dakı səfirliyinin tvitter səhifəsi bağlandı
21 Yanvar 2021, 20:47
Qazaxıstanın Azərbaycan pomidoruna qoyduğu qadağa araşdırılır
21 Yanvar 2021, 20:38
Zombi general Manvel Qriqoryan qəbirdən “çıxdı” - VİDEO
21 Yanvar 2021, 20:30
“Neftçi” və “Qarabağ” səfərdə qələbə qazanıb
21 Yanvar 2021, 20:22
Microsoft Azərbaycanın distant tədris təcrübəsindən YAZDI
21 Yanvar 2021, 20:15
Xarkovda qocalar evi yandı - 15 nəfər öldü
21 Yanvar 2021, 20:07
Baş nazir qərar verdi
21 Yanvar 2021, 20:00
Bakıda ev yanır
21 Yanvar 2021, 19:54
Azərbaycan və Türkmənistan əməkdaşlığının inkişafı regionun iqtisadi rifahına xidmət edir
21 Yanvar 2021, 19:47
Müqəddəs Məryəm Ana Katolik Kilsəsi barədə videoçarx hazırladı
21 Yanvar 2021, 19:40
Çavuşoğlu sabah NATO Baş katibi ilə görüşəcək
21 Yanvar 2021, 19:33
Əli Əsədov Türkiyəyə dəvət olundu
21 Yanvar 2021, 19:24









