Arxiv
21 Sentyabr 2019, 14:00 | MƏDƏNİYYƏT
Nə eşq olaydı, nə aşiq... - Azərbaycanın səhnədə can verməyi arzulayan “KOR ƏRƏB”i - VİDEO

Kor ərəb yandırıb-yaxırdı... Məmmədəlini də bu oda qalamışdı. Görəsən, sənət yanğısıydı, yoxsa bir ərəbin kor bəxtinəmi ağı deyirdi?! Bəlkə, öz dərdləriydi onu belə oxudan?!   Bircə himə, bəhanəyə bəndiymiş kimi. Kimsə bilməz, özündən savayı...


...Əliqulu kişi bu dünyadan köçəndə gözü arxada qaldı. Uşaqları hələ körpəydi, heç birinin əli çörəyə çatmamışdı. Gümanı təkcə ömür-gün yoldaşı Xədicə xanımaydı. O gündən  Xədicə xanım yeddi körpəylə bir dam altında qaldı.


...Məmmədəli uşaqlarının ilkiydi.  Amma anası onun da, balacaların da ixtiyarını qızların böyüyünə vermişdi.


Bacısı Töhfə Əliyeva :

-Anam hər səhər uşaqları yuxulu-yuxulu qoyub işə gedirdi. Uşaqlar da, ev-eşik də mənə baxırdı. Anam tapşırırdı ki, mən gələnə kimi uşaqları həyətə çıxmağa qoyma.  Kim sözünə baxmasa, cəzasını ver. Məmmədəli heç vaxt dəcəllik eləmirdi. Məni hamıdan çox istəyirdi. İş-gücdə də dadıma çatırdı. Özü də qız kimi səliqəliydi, tökdüyünü yığışdıranıydı. Dükan-bazara da onu göndərirdim. İşimizi yerbəyer eləyəndən sonra  başlayırdıq “Çilikağacı”, “Gizlənqaç”, “Qaçdı-tutdu” oynamağa”...

 

Tanrı bu ailəyə ayrıca istedad, bacarıq  vermişdi, evdə hər kəsin gözəl səsi vardı.

- Atamdakı səs Allah vergisiydi. Avazıyla, dərvişliyiylə tanınardı. Çoxunun toyunu, xeyir işini o yola vermişdi. Adına Dərviş Əliqulu deyərdilər. Onun şirin səsi qardaşıma da keçmişdi. Məmmədəli balacalığından oxuyanıydı. Bir iş görən kimi zümzümə eləməyə başlayırdı. Özü də səsini atama oxşadırdı. Həmişə anam deyirdi ki, atan oxuyanda Məmmədəli oturub diqqətlə qulaq asırdı. Sən demə, atamın hərəkətlərini, necə oxuduğunu bala-bala yığışdırırmış. Mən də Məmmədəlidən “oğurlayırdım”.  O oxuyan kimi bir yerə girib gizlənirdim.  Dinməzcə qulaq asırdım. Fikirləşirdim, görəsən, mən də onun kimi oxuya bilərəm? Xəlvətə düşəndə onu yamsılayırdım. Görəndə ki alınır, sevindiyimdən atılıb-düşürdüm. O vaxtlar İsmayıl Rzayev-Ağabacı Rzayevanın atası bizə gəlib-gedirdi. O çalırdı, Məmmədəli də oxuyurdu. Mən də, bacım Leyla da qulaq asırdıq.

 

Məmmədəlinin söz düzüb-qoşmağı da vardı. Təxəllüsü “Sail”idi.  Bu imzayla 300-ə qədər şeir yazmışdı. 


- O vaxt imza sirrini təkcə bacım Leylaya  demişdi. Bir gün mən də öyrəndim. Soruşdum ki, ay Məmmədəli, niyə şeirlərini “Sail” adıyla yazırsan? Dedi,  “Sail” “avara”, “dərdli” deməkdi. Elə mən də dərdin avarasıyam. Fikir eləyirdi, kasıbçılığımızı ürəyinə salırdı. Anamın əzab-əziyyətinə dözə bilmirdi. Yazıq arvad bizdən ötrü saçını da kəsib satmışdı...”


Məmmədəlinin oxumağından məktəbdə də xəbər tutmuşdular. Bir tədbir olan kimi onu axtarırdılar:

- Müəllimləri anama tapşırmışdı ki,  nəbadə oğlunu başqa sənətə qoyasan. Ondan yaxşı xanəndə çıxacaq. Bu sözü Əhməd Bakıxanov da deyirdi. Qonşumuzuydu, ailəmizə də yaxın adamıydı. Görürdü ki, Məmmədəlinin istedadı var. Mənim də səsimi bəyənmişdi. Hər dəfə evimizə gələndə ordan-burdan söhbət eləyib axırda sözü gətirirdi  bizim üstümüzə.

  1940-41-ci illəriydi,  axır ki, anamdan icazə alıb bizi öz ansamblına gətirdi. Qardaş-bacı bir yerdə oxuyurduq. 42-ci ildə Məmmədəlini cəbhəyə göndərdilər. 45-də yaralanıb qayıtdı. Sonra Milli Dram Teatrına getdi. Mənsə daha oxumadım...



...Axır vaxtlar bacıları Leylanın, Töhfənin Məmmədəlidən gözü su içmirdi. Oğlan nəsə dəyişmişdi elə bil. Bacılar bir də ayıldılar ki, Məmmədəliylə xalası qızları Böyükxanım bir-birinə aşiqdilər. Bu sevda hamının ürəyindən xəbər verdi. Evləndilər. Amma sevgiləri qısaömürlü oldu, ayrıldılar.


Yenə sevgi... yenə həyəcan...Məmmədəli teatrda qəşəng bir qıza vurulmuşdu. O  qız Zöhrəxanım idi:


- Dava vaxtıydı, qızları da cəbhəyə çağırırdılar. Mənə də “poveska” gəlmişdi. Qardaşım döyüşdəydi, anam da xəstə. Özümsə tələbəydim. Bir dəfə təsadüfən qəzetdə oxudum ki, Milli Dram Teatrında teatr studiyası açılıb. Orda işləyənləri əsgərliyə çağırmırdılar. Getdim,  yoxladılar.  Etüd göstərdim, rəqs elədim, şeir dedim. Xoşlarına gəldi. Amma Azərbaycanca yaxşı danışa bilmədiyimə görə bir az tərəddüd elədilər. Sonra dedilər, gözəlsən, teatrda saxlamaq olar. O gündən işləməyə başladım. Məmmədəlini də orda gördüm. Qaraqaş, qaragöz oğlanıydı. Hiss eləyirdim ki, mənə meyli var. Bir gün yaxınlaşıb məni sevdiyini dedi. Özümü itirdim. Sonra dedim ki, mənim qardaşım davadadı, o qayıtmayınca ərə getmək istəmirəm. Amma ürəyimə girmişdi. Evdə anama danışdım, gördüm, narazıdı. Sonra bir  söz demədi. Mən də Məmmədəliyə “hə” verdim.

Bacısı Töhfə Əliyeva:

- Məmmədəli də gəlib evdə demişdi ki, istədiyi qız var. Anamın ağzını arayırdı, görsün, nə deyir.  Anam da qayıtmışdı ki, elə şey yoxdu, birincidən gördüyümü görmüşəm.

Bir gün hamımız evdə oturmuşduq, qapı açıldı. Gördük, Məmmədəli bir qəşəng qızın əlindən tutub içəri girdi. Hamımız məəttəl  qaldıq. Anam  daha bir söz demədi.

Xudmani məclis quruldu, qohum-əqrəba cavanların başına yığışdı...

Dünyaya beş uşaq gətirdilər. Bir-birindən gözəl...


Həyat yoldaşı Zöhrəxanım:


- Yaman uşaqcanlıydı, hara gedirdisə, hədiyyəsiz geri qayıtmırdı. Məni də çox istəyirdi, “ulduzum” deyirdi. Qoymazdı bazar-dükana çıxam. Axşamdan soruşurdu ki, sabah nə bişirmək istəyirsən,  gedim  bazarlıq eləyim. Könlümə nə düşürdüsə, səhər tezdən hazır olardı. Qonşular deyirdilər ki, sən dünyanın ən bəxtəvərisən, Allah sənə belə kişi qismət eləyib.


Həm də qısqancmış...

- Küçəylə gedirdik, hiss eləyirdi ki, mənə baxırlar. Az qalırdı, ürəyi partlasın. Deyirdi, istəyirəm, məndən başqa səni heç kəs görməsin. Mən də onu qısqanırdım. Yaraşıqlıydı axı. Qızların gözü ondaydı. Tez-tez evə zəng eləyib aramızı vurmaq istəyirdilər. Dəstəyi götürürdüm, başlayırdılar ki, heç bilirsən, ərin hardadır? Bu saat qəşəng bir qızla qol-boyundu.  Mən də başlayırdım ağlamağa. Məmmədəli evə gələn kimi onu sorğu-suala tuturdum. Deyirdi, ay dəli, səni cırnadırlar. Könlümü alırdı, hər şeyi unudurdum.


...Məmmədəli Əliyev düz 22 iliydi ki, teatrda işləyirdi. “Xosrov və Şirin”də Özanı,  “Qatır Məmməd”də Aşığı, “Vaqif”də xanəndəni, “Hind gözəli”ndə arabaçını, “Seyx Sənan”da Kor ərəbi oynamışdı. Kor ərəb bir səs-küy qoparmışdı ki! Özünün də ürəyindəniydi, lap tikanını çıxarmışdı. “Deyirdi, mən o mahnını oxuyub qurtaran kimi Bülbül səhnəyə çıxdı, əllərimi sıxıb dedi ki, sağ ol, Məmmədəli, nə gözəl oxudun!”


“Hind gözəli”ndəki arabaçının mahnısını  ruhuna daha yaxın bilirmiş. Deyirmiş, o mahnıda yanğı, kövrəklik, hiss çox güclüdü, elə bil öz ömrünü oxuyur... 


Amma bu ömrün sonu teatrdan iraq düşdü. Səhnədə can verməyi arzulasa da, kamına çatammadı...

“Bütün günü teatrdaydı.  Aldığı maaş isə  heç çörəkpuluna da bəs eləmirdi. Bir yandan da qədir-qiymətini bilmədilər. Məşqlərdən macal tapsaydı, toylara gedərdi. Təki balaları korluq çəkməsin. Çox götür –qoydan sonra fikirləşdi ki, teatrdan çıxıb getsə, yaxşıdı. 1968-ci ildə qərarını verdi. Elmlər Akademiyasında işə düzəldi. Hərbi kafedranın müdiri idi. Hərbdən başı çıxırdı, müharibədə komandir olmuşdu axı...”


Amma onun soyuq hərblə “dostluğu”  17 il çəkdi. Ürəyi tıncıxırdı, nəsə çatışmırdı. Çatışmayan nəğməydi, musiqinin isti nəfəsiydi. Ürəyi soyuğa, şaxtaya tablaşmadı, susdu...

Töhfə xanımsa yaddaşlarda “Simayi-Şəms” in ən gözəl ifaçısı kimi qaldı.

-  Müharibə illərində bu mahnını o qədər oxumuşam ki! Yadımdadı, xəstəxanalardan birində konsert verirdik. “Simayi-şəms”i orda oxudum.  Mahnı bir yaralı əsgərin çox xoşuna gəlmişdi. Sonra mənə məktub yollamışdı. Yazmışdı ki, Töhfə xanım, siz elə oxudunuz ki, mənim bütün yaralarım sağaldı...

Gün gəldi, onun yaraları sağaldan səsi səhnəyə həsrət qaldı. Bu həsrətsə Töhfə xanımın ürəyində yaraya  döndü...


1998

Səfurə Çərkəzqızı
“Sevdalılar”

Redaksiyadan: Azərbaycanın tanınmış müğənnisi Məmmədəli Əliqulu oğlu Əliyev (ədəbi təxəllüsü Sail) "Kor ərəbin mahnısı"nın ilk ifaçısı olub. M.Əliyev 8 mart 1936-cı ildə Baklıda dünyaya gəlib.
Uşaqlıqdan gözəl səsi vardı. Bundan əlavə, Məmmədəli şeir, qəzəl də yazırdı. Şeirlərini "Sail" (dərdli avara) təxəllüsü ilə qələmə alırdı. Bu imzayla 300-ə yaxın şeir, qəzəl, müxəmməs, təmsil, qoşmalar yazıb
1940-1941-ci illərdə Əhməd Bakıxanov Məmmədəlini və bacısı Töhfəni öz ansamblına gətirib.
1942-ci ildə Məmmədəlini cəbhəyə göndəriblər. 1945-də yaralanaraq qayıdıb. Sonra Milli Dram Teatrına işləyib. Məmmədəli Əliyev 22 il teatrda çalışır. Əksər tamaşalarda oxuyur.
O, iki dəfə ailə qurub. İkinci evlilikdən 5 uşağı dümyaya gəlib.
Məmmədəli Əliyev ömrünün sonlarına yaxın teatrdan uzaqlaşır. Səhnədən uzaqlaşandan sonra 1968-ci ildə Elmlər Akademiyasına işə düzəlir. Hərbi kafedranın müdiri olur.
Məmmədəli Əliyev 1983-cü ildə vəfat edib.
Müğənni İlqar Sail onun oğludur.

VIDEO
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Hacıqabulda qaz kəmərində baş verən yanğın söndürülüb 8 Avqust 2020, 00:52 Ermənilər Holokost qurbanlarının xatirəsinə ucaldılan abidəni təhqir etdi 8 Avqust 2020, 00:36 Bu gündən 13 şəhər və rayonda ictimai nəqliyyat işləməyəcək 8 Avqust 2020, 00:17 Xəstəxanadan əkizlərdən birinin oğurlanması iddiasına CAVAB 8 Avqust 2020, 00:06 “Sarqsyan canını qurtarmaq üçün çürük saman çöpündən yapışır” - Vaqif Dərgahlı 7 Avqust 2020, 23:54 Xarici İşlər naziri Ceyhun Bayramovun ilk müsahibəsi - VİDEO 7 Avqust 2020, 23:37 Tovuzda qadın bıçaqlandı 7 Avqust 2020, 23:18 SOCAR-dan partlayış baş verən qaz kəməri ilə bağlı AÇIQLAMA 7 Avqust 2020, 23:04 Reanimasiyadakı COVİD-19 xəstələrinin sayı AZALDI 7 Avqust 2020, 22:49 Təyyarə qəzasında 14 nəfər öldü - YENİLƏNİB 7 Avqust 2020, 22:32 Xəzərdə batan yeniyetmənin meyiti tapıldı 7 Avqust 2020, 22:13 Hacıqabulda SOCAR-a məxsus kəmərdə partlayış - YENİLƏNİB 7 Avqust 2020, 21:59 İri ticarət mərkəzləri bağlı qaldı   7 Avqust 2020, 21:47 Açıq havada idman oyunlarına İCAZƏ VERİLDİ 7 Avqust 2020, 21:22 Karantin rayonlarına giriş-çıxışla bağlı YENİ QAYDALAR 7 Avqust 2020, 21:17 Baş Nazirdən 190 manat birdəfəlik ödəmə ilə bağlı QƏRAR 7 Avqust 2020, 21:01 10 avqustdan bu qadağalar götürülür - RƏSMİ 7 Avqust 2020, 20:51 SOCAR-da Prezidentin çıxışından irəli gələn vəzifələr müzakirə edildi 7 Avqust 2020, 20:43 Paytaxtda zəncirvari qəza: 7 avtomobil toqquşdu 7 Avqust 2020, 20:28 “Qobu park-3”-ə köçkünlərin yerləşdirilməsi başa çatır 7 Avqust 2020, 20:16 Azərbaycanla Türkiyənin qırıcları birgə havaya qalxdı – Təlimdən VİDEO 7 Avqust 2020, 19:21 Bakı-Pirşağı-Sumqayıt xəttinə əlavə qatarlar buraxılır 7 Avqust 2020, 19:13 Bu şəhərdə hər kəs pulsuz koronavirus testindən keçəcək 7 Avqust 2020, 19:03 Saxta arayış satan baş həkim tutuldu 7 Avqust 2020, 18:44 Yol Polisi Bakını tərk etmək istəyən sürücülərə MÜRACİƏT ETDİ 7 Avqust 2020, 18:31 Avropada maska taxmayanları nə qədər cərimə edirlər? - MƏBLƏĞLƏR 7 Avqust 2020, 18:27 Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsinə başlanılır 7 Avqust 2020, 18:18 Sabah qruplarına müəllim axtarılır 7 Avqust 2020, 18:15 Deputat növbədənkənar sessiyanın xalqa faydasından danışdı 7 Avqust 2020, 18:06 Bakı yollarında 2 kilometrlik tıxaclar yaranıb - FOTOLAR 7 Avqust 2020, 18:00 Putin və Lukaşenko ilə “vaqnerçilət”in taleyini müzakirə edib 7 Avqust 2020, 17:55 Bu il yanğınlarda 23 nəfər həlak olub 7 Avqust 2020, 17:40 Abituriyentlərin nəzərinə: Qabiliyyət imtahanında iştirak üçün qeydiyyat başlayıb 7 Avqust 2020, 17:35 Məhkəmə Əli Kərimlinin sürücüsünə iş kəsdi 7 Avqust 2020, 17:34 Peşə məktəblərinə tələbə qəbulunun vaxtı açıqlandı 7 Avqust 2020, 17:28