Arxiv
21 Sentyabr 2019, 15:23 | AKTUAL
Səslərə qıcıq olmaq nevroloji xəstəlik ola bilər?!

Ağız marçıldatma, saqqız çeynəmə, gəyirmə, hətta nəfəs alıb-vermə səsinə belə dözə bilmirsiniz? Araşdırmalara görə, bu xəstəlik sinir sistemi ilə bağlıdır.

 

Bəzən səslərə qarşı narahatçılığı insanın IQ səviyyəsinin yüksəkliyi və ya əsəb pozuntusu ilə bağlayırlar.

 

Psixoloq Roza Kazımlı Modern.az-a bildirib ki, bunu IQ səviyyəsi ilə əlaqəndirmək olmaz.

 

“İnsan hər hansı səsə ani reaksiyalar verirsə, bu, onun gərgin və yorğun olması ilə də əlaqəli ola bilər. Və yaxud buna hansısa nevroloji əlamətlər də səbəb ola bilər. Nevroz və gərgin olan insanlarda bu cür hallara daha çox rast gəlinir. Bu hal insanda səbəbsiz  yerə yaranmır. Həyatındakı gərginlik belə insanları cəmiyyətdən də uzaq salmağa başlayır. Gərgin insanlar səslərə qarşı qıcıq olur, həmin məkandan uzaqlaşırlar. Müşahidələrimdən gəldiyim qənaəti söyləyim, elə insanlar var ki,  yemək yeyərkən səs çıxaran şəxslərlə oturmurlar. Yaxşı olar ki, belə insanlar nevropatoloqla görüşsünlər. Həkimlər belə insanlara idmanla daha çox məşğul olmağı məsləhət görürlər. Çünki idman xoşbəxtlik hormonunun artmasına səbəb olur və gərginliyi aradan qaldırır”.

 

Azərbaycan Tibb Universitetinin əməkdaşı, həkim-nevroloq Nuran Əmənullayev bildirib ki, gündəlik həyatımızda səslər (küylər) çox yayılıb və orqanizmə həm eşitmə, həm də qeyri-eşitmə ilə bağlı müxtəlif cür təsir göstərir.

 

“Peşə mühitində eşitmənin ətrafda yaranmış səslərdən sonra itirilməsi geniş yayılıb. Alimlərin fikrincə, əgər ətraf mühitdəki səslər eşitmə sistemindəki sinir hüceyrələrinin molekulyar səviyyədə belə zədələnməsinə səbəb olursa, bu səslər sağlamlıq üçün təhlükəli sayılır. Amma ətrafda olan bütün səslər təhlükəli deyil. Bu, onunla izah olunur ki, səslərin fiziki xüsusiyyətləri (ritmi, tezliyi, gücü) və eşitmə orqanının səsləri mənimsəmək qabiliyyəti burada mühüm rol oynayır. Səsin gücü (gurluğu) desibellə (dB) qiymətləndirilir. İnsanın qulağı 0-dan 160 dB-dək ölçüdə səsləri qəbul edə bilər. Danışıq zamanı səsin orta yüksəkliyi 45-50 dB təşkil edir. Əgər eşitmə aparatı qəbul edə biləcəyi ölçüdən daha güclü səslərin təsirinə məruz qalırsa, eşitmənin itirilməsi və s. digər xoşagəlməz hallar baş verə bilər. Bu üzdən bir çox məişət cihazlarının istehsalı zamanı bu meyara diqqət yetirirlər. Məsələn, kofeüyüdən maşın  75 dB, kompüter  37-45 dB, soyuducu 40- 43 dB, paltaryuyan maşın 47-78 dB, fen 59-90 dB və s.-dir. Alimər məqsədyönlü olmadan insanların yaratdığı səsləri də araşdırıblar. Məsələn, mətbəxdə qab-qacağın və ya yemək yeyərkən çəngəl-bıçağın yaratdığı səslər 67-93 dB gücündə olur. Norma həddində olmasına baxmayaraq, bu səslər müxtəlif insanlara fərqli cür təsir edir”.

 

Nuran Əmənullayev qeyd edib ki, bu da onunla izah olunur ki, cihazlar ritmik və eyni güclü səs yaradırlar.

 

“Müəyyən müddətdən sonra insanın qulağı bu səslərə öyrəşir. İnsanın müxtəlif fəaliyyəti zamanı əşyalardan istifadə edərkən yaratdığı səslər isə adətən qeyri-ritmik, həm də artıb-azalan gücdə olur. Belə səslərə isə öyrəşmək mümkün deyil və əksər insanlar belə səslərin tezliklə bitməsini istəyirlər. Eksperimental tədqiqatlar göstərir ki, bu cür səslər insanları qıcıqlandırır, gecə yuxusunun pozulmasına səbəb olur, nəticədə gündüzlər insan yuxulu olur, xəstəxana şəraitində müalicənin effektini azaldır, ürək-damar və təzyiq xəstəliyinin yaranmasına səbəb olur, hətta məktəblilərdə dərsin mənimsənilməsinə, diqqətin yayınmasına və digər zehni fəallığın azalmasına səbəb olur. Bizi əhatə edən mühitdə elə səslər də var ki, məsələn, iri magistrallarda hərəkət edən avtomobillərin, dəmiryollarındakı qatarların, havada olan təyyarələrin və s. biz yaxınlıqda olmasaq belə, onların tez-tez yaranması və bəzən daimi olması istər-istəməz orqanizmə mənfi təsir göstərir.  Belə demək mümkündürsə, atmosferdə “səs çirklənməsi” baş verir. Hazırda dünyanın əksər inkişaf etmiş ölkələrində “səs çirklənməsi”nə qarşı mübarizə aparan qurumlar və könüllülər dəstəsi var. Onlar texnologiyanın yaratdığı daimi səsləri məcazi mənada “passiv tütünçəkmə” adladırırlar”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qaradağdakı ağır qəzada "BMW" yandı 5 İyun 2020, 01:02 Bakıda ad günü mərasimində karantin qaydaları pozuldu - VİDEO   5 İyun 2020, 00:54 Lotu Qulinin düşməni sabah azadlığa çıxır 5 İyun 2020, 00:46 Fransada 29 mindən artıq insan COVİD-19-un qurbanı oldu 5 İyun 2020, 00:36 İtaliya Kubokunda final matçının vaxtı açıqlandı 5 İyun 2020, 00:24 Emin Ağalarov koronaya yoluxub - Özü təsdiqlədi 5 İyun 2020, 00:06 Bakıda gənc özünü hərəkətdə olan avtomobildən yola atdı 4 İyun 2020, 23:48 Bakıda ər arvadını bıçaqlayıb 4 İyun 2020, 23:37 Azərbaycanla Serbiya münasibətləri müzakirə olundu 4 İyun 2020, 23:19 Şənbə günündən etibarən icaze.e-gov.az portalı yenidən işləyəcək 4 İyun 2020, 23:07 Müxalifət kütləvi etirazlara hazırlaşır 4 İyun 2020, 22:53 Bakıda tələbə qız intihar etdi 4 İyun 2020, 22:38 Türkiyədə son sutkada 21 nəfər koronavirusdan öldü 4 İyun 2020, 22:22 Ölkədə aparılan islahatlar yüksək qiymətləndirilir 4 İyun 2020, 22:08 “Ən yaxşı bir təşəbbüs əgər düzgün icra edilmirsə, onun səmərəsi olmur” - Prezident 4 İyun 2020, 21:45 Azərbaycanda rekord sayda COVID-19 testi aparıldı - FOTO 4 İyun 2020, 21:34 “Bugünkü könüllülər sabahın rəhbərləridir” - İlham Əliyev 4 İyun 2020, 21:24 “4 iyun Surət Hüseynov qiyamı”, yoxsa... - VİDEO 4 İyun 2020, 21:12 Sahibkarlığın İnkişafı Fondunun Müşahidə Şurasının tərkibi dəyişdi 4 İyun 2020, 20:59 “Elektron məhkəmə sisteminin tətbiqi vətəndaşlar üçün əlavə imkanlar yaradacaq” - Deputat 4 İyun 2020, 20:50 Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv etdi 4 İyun 2020, 20:35 “Hər bir vətəndaş həftə sonları üçün verilən qərara məsuliyyətlə yanaşmalıdır” - Deputat 4 İyun 2020, 20:27 Sumqayıtda 29 yaşlı qadın itkin düşüb - FOTO 4 İyun 2020, 20:17 Vahid Əhmədovdan əhaliyə ÇAĞIRIŞ 4 İyun 2020, 20:01 Həftə sonu dəfndə iştirak etmək üçün qaydalar açıqlandı - RƏSMİ 4 İyun 2020, 19:59 Kann festivalının seçimi üçün saxılanılan filmlərin siyahısı açıqlanıb 4 İyun 2020, 19:47 Prezident Türkiyə vətəndaşını “Dostluq” ordeni ilə təltif etdi 4 İyun 2020, 19:36 DSX Keşikçidağdakı təxribatla bağlı məlumat YAYDI 4 İyun 2020, 19:23 Ağalar Vəliyev Goranboyda seçicilərinə çağırış etdi - FOTO 4 İyun 2020, 19:16 Sərnişinlərin nəzərinə - Metro 2 gün işləməyəcək 4 İyun 2020, 19:09 Dövlət Miqrasiya Agentliyinin səlahiyyətləri məhdudlaşdırıldı 4 İyun 2020, 19:02 Bakı Nəqliyyat Agentliyindən sərt karantin rejimi ilə bağlı AÇIQLAMA 4 İyun 2020, 18:58 Azercell “Telegram Bot” xidmətini təqdim edib 4 İyun 2020, 18:47 Bakıya “baqaj”da keçmək istəyən sərnişin və sürücü həbs edildi - FOTO 4 İyun 2020, 18:36 TƏBİB-dən tibb müəssisələrinə: Xəstələr bir gün əvvəldən qəbul edilsin 4 İyun 2020, 18:28