Modern.az

Etimad Əsədovun evində xatirə muzeyi yaradılıb - FOTOLAR

Etimad Əsədovun evində xatirə muzeyi yaradılıb - FOTOLAR

Aktual

30 Sentyabr 2019, 15:13

“Qarabağ qaziləri” İctimai Birliyinin sədri, 1-ci qrup Qarabağ qazisi mərhum Etimad Əsədovun evində xatirə muzeyi yaradılıb.

Modern.az xəbər verir ki, qazinin həyat yoldaşı, jurnalist Məlahət Rzayevanın təşəbbüsü ilə onun eksponatlarından ibarət xatirə guşəsi hazırlanıb. Məlahət Rzayeva bildirib ki, hazırda mövcud olanlar muzeyin hələlik ilk eksponatlarıdır.

Qeyd edək ki, oktyabrın 16-da qazinin vəfatından 1 il ötür. E.Əsədovun ölümünə səbəb uzun müddət əziyyət çəkdiyi ağciyər xərçəngi olub.

Etimad Savalan oğlu Əsədov 1963-cü ilin 20 dekabrında Ağdam rayonunun Paprəvənd kəndində anadan olub. 1980-cı illərdə həmin kəndddə orta məktəbi bitirib.

1982-84 – cü illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub. 

SSRİ dövründə Rusiyada yaşayıb və müxtəlif işlərdə çalışıb.

1991-ci ildə erməni işğalına qarşı döyüşmək üçün Azərbaycana qayıdıb. 836 saylı Ağdam Ərazi Özünü Müdafiə batalyonunda erməni işğalçılarına qarşı döyüşüb. 1992-ci ildə Ağdərə istiqamətində gedən döyüşdə ağır yaralanıb. Bir ayağını itirib. 

1993-cü ildən Qarabağ Əlillər Cəmiyyətinin, 2002-ci ildən isə “Qarabağ Qaziləri” İctimai Birliyinin sədri idi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?