Modern.az

“Bütün xəstəliklərin 2 əsas səbəbi var” - Azərbaycanlı loğman düzgün qidalanma ŞƏRTLƏRİNİ açıqladı

“Bütün xəstəliklərin 2 əsas səbəbi var” - Azərbaycanlı loğman düzgün qidalanma ŞƏRTLƏRİNİ açıqladı

Mədəni̇yyət

2 Oktyabr 2019, 14:02

Sağlam olmaq üçün sağlam qidalanmaq şərtdir. Çox vaxt isə insanlar bütün qidaları qarışdırıb üst-üstə qəbul edir ki, bu da mədəyə, sağlamlığa zərər, ağırlıq gətirir. Elə götürək toylarımızı: ağır və yüngül yeməkləri, içkiləri, meyvə-tərəvəzi, turşunu, çərəzi – daha nələri üst-üstə yeyib qarışdırmırıq ki...


Əslində sağlam qidalanmaq necə olmalıdır? Bizim qida mədəniyyətimiz niyə formalaşmır?

 

“Ana Təbiət” Natural Gigiyena Mərkəzinin rəhbəri, yazıçı-jurnalist Ərşad Əzimzadə sağlam qidalanmağın yollarını Modern.az-la bölüşüb.

 

“Öncə onu deyim ki, Yer kürəsində yaşayan bütün insanların orqanizmi eyni kimyəvi  elementləri tələb edir - vitaminlər, üzvi duzlar, təbii yağlar, təbii turşu, fruktoza, zülal, nişasta və s.
Bunların hamısını 4 mənbədən almaq mümkündür - Günəş işığı, hava, su və bitki səltənəti.  Hər bir insanın səhhəti, zəkası, düşüncə tərzi, qəbul etdiyi qərarlar, atdığı addımlar, nəhayət, əxlaqı hansı qidaları, nə qədər və hansı formada qəbul etməsindən asılıdır. Elə buna görə də dünya tibb elminin banisi Hippokrat deyirdi: “Biz - nə yeyiriksə, oyuq”.

Faydalı və zərərli olmaq baxımından, bütün qidaları iki qismə bölmək düzgün olar: canlı qidalar və ölü qidalar. Tərkibində Günəş işığı və oksigen bol olan qidalar - canlıdır, termal təsirə məruz qalan, duza,  şəkərə və ya sirkəyə qoyulan, buna görə də şəfalı elementlərdən məhrum olan qidalar isə ölüdür.

Canlı orqanizm faydalı elementləri yalnız canlı (çiy) qidalardan ala bilir. Bütün xəstəliklərin 2 əsas səbəbi var:  canlı qidaları öldürüb yemək və bir-biri ilə uzlaşmayan qidaları eyni vaxtda qəbul etmək”.

 

Ərşad Əzimzadə “uzlaşmayan qidalar” anlayışının izahını belə verir:

 

“Bütün qidaların həzm olunması üçün 2 mədə şirəsi ifraz olunur: turşu və qələvi. Məsələn, ət turşu tələb edir, limon isə qələvi. Onların ikisi eyni vaxtda mədəyə dazil olarsa, həzmolma getməz, hər iki qida çürüyər, çürüntü şlak (zibil) şəkilində yığılıb bədəndə - bağırsaqlarda qalar, bu da mikroblar və bakteriyalar üçün zəngin yem bazası yaradar. Digər tərəfdən də, qida çürüyəndə hüceyrələr lazım olan elementləri ala bilməz və xəstələnir. Belədə sağlamlığın düşməni olan mikroblar artıb-törəyər və güclənər, sağlamlığı qoruyan hüceyrələr isə artmaz, kütləvi şəkildə qırılar. İnsan ağır xəstəliklərə məhz bu yolla  mübtəla olur, tez qocalır və vaxtından qabaq ölür. Özümüz öz əlimizlə özümüzü məhv edirik, sonra da  hər şeyi talein boynuna yıxırıq.

Bu faciənin qarşısını almağa qadir olan yalnız bir silah var - sağlam həyat tərzi. Onun əsasını düzgün qidalanmaq qaydası təşkil edir. Nədir düzgün qidalanmaq? İnsan bədəninin 70 faizini su təşkil edir. Bu səviyyəni stabil saxlamaq üçün hər kəs gündə öz çəkisinə görə 2-3 litr (hər kilo çəkiyə 30 qram) çiy su içməlidir.
Süfrənin şahı meyvə, tərəvəz, göyərti olmalıdır. Ölü qidadan tam imtina edə bilməyən zəyif xarakterli adamlar menyuda onun həcmini minumuma endirməli, canlı qidanın həcmini maksimum qaldırmalıdır”.

 

Ə.Əzimzadə qeyd edib ki, eyni vaxtda 2 növ və daha çox xörək, desert və çərəz yeyən adam - öz sağlamlığına balta vurmuş olur.

 

“Sağlam olmaq istəyən hər kəs gündə 2 dəfə canlı qida qəbul etməlidir. Qidaları bu ardıcıllıqla düzmək lazımdır: çiy su, 15 dəqiqədən sonra 1 növ meyvə (yaxud bir neçə meyvənin şirəsi), 30  dəqiqədən sonra 1 nimçə tərəvəz salatı ilə 1 növ ətsiz-yağsız xörək (əsasən dənlər, paxlalı bitkilər).
Çörəyi ancaq boyat şəkildə, ayrıca tərəvəz salatı ilə yemək olar. Az miqdarda təzə nehrə yağı  da sürtə bilərsiniz.  

Bir vacib qaydanı da unutmayın: daxil olan enerji (qida) çıxan enerjiyə (fiziki iş, hərəkət) bərabər olmalıdır. Qidanın həzmə getməsi üçün 3 vacib şərt var: qidaları ayrı-ayrı qəbil etmək, enerji itirmək (gündə 8-10 kilometr hərəkət) və kifayət qədər oksigen qəbul etmək.

Toy və yas məclislərində açılan süfrələrdə külli miqdarda qida olması, üstəlik, menyuda ət xörəklərinin üstünlük təşkil etməsi - nadanlıq və  şənbazlıq nişanəsidir, millətimizin sağlamlığına güclü balta vuran bir yersiz hərəkətdir. Həm də böyük israfçılıqdır.
Toylarda açılan süfrəyə düzlən bişmiş xörəklərin yalnız 18-20 faizi orqanizm tərəfindən mənimsənilir, qalan 80-82 faizi şlaka çevrilir və mikrobları qida ilə təmin edir.  Xörəklərin ləzzətli olması ilə qürrələnən analar bilməlidir ki, hər gün həm öz qanlarını, həm də övladlarının qanını zəhərləyirlər, həm də qida üçün xərclənən 100 manatın 80 manatını itirirlər. Özü də sadəcə itirmirlər, sağlamlığın düşməni olan mikrobları çoxaltmağa xərcləyirlər. Belə ailədə sağlam və xoşbəxt övlad böyütmək mümkün deyil”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!