Modern.az

Cəbhədə Azərbaycan əsgərini robotlar əvəzləyə bilər?

Cəbhədə Azərbaycan əsgərini robotlar əvəzləyə bilər?

3 Oktyabr 2019, 12:06

Bir neçə gün əvvəl sərhəddə erməni əsgərlərini robotların əvəz etməsi müzakirə olunurdu. Düşmən ölkənin hərbi şirkətləri bu sahədə yaratdıqları avtomatik döyüş modullarını nümayiş etdirib.

Bəs görəsən Azərbaycan da sərhəddə robotlardan, xüsusi texnikalardan istifadə edə bilərmi? Bu sahədə güc stukturları hansı addımlar atıblar?

 

Məsələ ilə bağlı Modern.az-a danışan hərbi sahə üzrə ekspert Üzeyir Cəfərov bildirib ki, Azərbaycan sərhədinin müdafiəsi üçün kifayət qədər işlər görülür və avadanlıqlar alınır.

“Həmin avadanlıqların içərisində Dövlət Sərhəd Xidmətinin də, Müdafiə Nazirliyinin də şəxsi heyətinin ən yüksək səviyyədə vəzifə borclarını yerinə yetirilməsi üçün hər cür avadanlıqlar var. Mən hesab edirəm ki, bu məsələlər daima təkmilləşir, yeni avadanlıqlar çıxır,qurğular mütəxəssislər tərəfindən gündəmə gətirilir, güc strukturlarının rəhbəri sərgilərdə iştirak edirlər. Avadanlıqları almaqla bağlı müzakirələr aparılır”.

 

Ü.Cəfərov bildirib ki, bu gün yalnız güc strukturlarında deyil, digər qurumlarda da müasir texnikalardan istifadə olunur.

“Ceyranbatan su anbarının mühafizəsi üçün İsrail istehsalı olan texnikalar alınıb.Bir çox strateji əhəmiyyətli yerlərdə avadanlıqlar quraşdırılıb. Dövlət Sərhəd Xidmətinin imkanları bu gün kifayət qədərdir. Azərbaycan ordusu üçün ən müasir avadanlıqlar alınıb. Hələ görüləcək işlər çoxdur. Fövqəladə Hallar Nazirliyi baxmayaraq ki, ən modern, bütün şərtlərə cavab verən avtomobil  texnika ilə təmin olunub, amma onların bu gün alacağı xeyli texniki var”.

 

Ekspert bildirib ki, sərhədin kameraların və digər texniki vasitələrin köməyi ilə mühafizəsində heç bir problem yoxdu.

“Bu istiqamətdə işlər görülür və təkmilləşdirilməsi üçün addımlar atılır. Mən özüm bu yaxınlarda Qazax Sərhəd  Əlahiddə diviziyasında oldum, orada yeni avadanlıqları göstərdilər. Hesab edirəm ki, bu gün həmin avadanlıqlar imkan verir ki, Azərbaycan rahat şəkildə öz sərhədlərini həm mühafizə etsin, həm də təhlükəsizliyi təmin etsin”.

 

Üzeyir Cəfərovun sözlərinə görə, Azərbaycanın imkanları var ki, sərhəd pozuntularını həm uzaqdan müşahidə etsin.

“Bu istiqamətdə hansısa narahatçılıq yoxdu. Bütün sərhəd pozuntularının, qanun pozuntusuna meylli olan şəxslərin qarşısı çevik alınır”.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir