Modern.az

Sarkisyan “Qarabağ klanı”nı toplayır

Sarkisyan “Qarabağ klanı”nı toplayır

Qarabağ

7 Oktyabr 2019, 09:54

Ermənistanın sabiq prezidenti Serj Sarkisyan artıq 1 həftədir ki, işğal altındakı Dağlıq Qarabağ regionundadır.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, onun ofisi səfərin “şəxsi xarakter” daşıdığını elan etsə də, sosial şəbəkələrdə yayılan fotolarda Sarkisyanın yerli siyasətçiləri bir araya topladığı məlum olub.

 

Serj Sarkisyan Nikol Paşinyana qarşı sərt mövqe tutan “Qarabağ klanı”nın üzvləri - qondarma rejimin "keçmiş milli təhlükəsizlik şurasının katibi” Vitali Balasanyan və “keçmiş müdafiə naziri” Levon Mnatsakanyanla görüş keçirib.

Ermənistan mətbuatı yaxın aylarda Serj Saarkisyanın “Qarabağ klanı”nın gücü ilə Nikol Paşinyana qarşı revanşa başlayacağını istisna etmir.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır