Arxiv
7 Oktyabr 2019, 19:58 | TƏHSİL
Təhsil Nazirliyində kollegiya iclası keçirilib

Oktyabrın 7-də Təhsil Nazirliyində kollegiya iclası keçirilib.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, Təhsil naziri Ceyhun Bayramov kollegiya iclasını giriş sözü ilə açaraq təhsil sahəsində aparılan islahatlar nəticəsində əldə olunan uğurlar və qarşıya qoyulan vəzifələr barədə məlumat verib.

 

Kollegiya iclasında Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev 2019-2020-ci tədris ili üzrə ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələri barədə məruzə edib.

Yaqub Piriyev bildirib ki, cari ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu proqnozu ötən ilə nisbətən ümumilikdə 6 faiz, dövlət sifarişi ilə qəbul planı isə ötən illə müqayisədə 66,1 faiz artıb (dövlət sifarişi 8150 yer artaraq 20474 yer olub). Tələbə qəbulunda proqnoz yerlərinin 84,6 faizi dövlət, 15,4 faizi isə qeyri-dövlət ali təhsil müəssisələrinin qəbul planında nəzərdə tutulub. Ötən il bu nisbət müvafiq olaraq 85,4 faiz və 14,6 faiz olub.

 

Aparat rəhbəri müavininin sözlərinə görə, 2019-2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanlarının ilkin nəticələrinin statistik təhlili göstərir ki, son 6 ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul üzrə proqnoz yerlərinin sayı 28 faiz, dövlət sifarişli yerlərin sayı isə 78,5 faiz artıb. 2014-2015-ci tədris ilində dövlət sifarişli yerlərin sayı qəbul planının 30,4 faiz təşkil etdiyi halda cari ildə bu rəqəm 42,4 faizdir.

 

Cari ildə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbuluna toxunan Yaqub Piriyev əlavə edib ki, qəbul planı ötən ilə nisbətən ümumilikdə 8,2 faiz artıb. 56 orta ixtisas təhsili müəssisəsindən Təhsil Nazirliyinin tabeliyində olan 37 kollecə cari ildə tələbə qəbulu göstəricisi ötən illə müqayisədə 6,6 faiz çox olub. Ölkə üzrə dövlət hesabına qəbul planı isə ötən ilə nisbətən 4,6 faiz artıb.

 

İclasda Təhsil Nazirliyinin Maliyyə şöbəsinin müdiri Rauf Orucov “Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Nazirlər Kabinetinin 2019-cu il 3 oktyabr tarixli 428 nömrəli Qərarına dair məruzə ilə çıxış edib. Rauf Orucov bildirib ki, Qərara əsasən dövlət sifarişi əsasında kadr hazırlığı üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 2019-cu il sentyabrın 1-dən orta hesabla 30 faiz artırılıb. Şöbə müdiri qeyd edib ki, bu məqsədlə dövlət büdcəsindən ayrılacaq əlavə vəsaitin məbləği cari ildə 14 milyon, növbəti ildə isə 42 milyon manat təşkil edir.

 

Rauf Orucovun sözlərinə görə, bununla da dövlət sifarişi əsasında kadr hazırlığını həyata keçirən müəssisələrin maliyyə imkanlarının yaxşılaşması, işçilərin əməkhaqlarının artırılması, dövlət sifarişi əsasında kadr hazırlığı üzrə ali təhsil müəssisələri arasında rəqabət mühitinin güclənməsi və ali təhsil müəssisələrinin inkişafı üçün imkanların artması gözlənilən nəticələr sırasındadır.

 

Təhsil naziri Ceyhun Bayramov kollegiya iclasında çıxış edərək məruzə olunan mövzularla bağlı fikirlərini bildirib.

 

Kollegiya iclasında gündəlikdəki məsələlərə dair təklif və tövsiyələr səsləndirilib, müzakirələr aparılıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Qalatasaray”  doğma meydanda məğlub oldu - YENİLƏNİB 23 Oktyabr 2019, 00:57 Əsəddən Ərdoğanla Putin razılaşmasına dəstək gəldi 23 Oktyabr 2019, 00:45 AMEA-nın 85 yaşlı prezidenti istefa verdi - Rəyasət Heyətinin iclası çağırıldı 23 Oktyabr 2019, 00:39 Hacıqabulda qadın yük maşınının altında qaldı 23 Oktyabr 2019, 00:27 Gəncədə 17 yaşlı gənc qətlə yetirildi 23 Oktyabr 2019, 00:09 Azərbaycan nefti ucuzlaşıb 22 Oktyabr 2019, 23:51 Parlament "Brexit" haqqında yeni qanun qəbul etdi 22 Oktyabr 2019, 23:38 NATO Türkiyəyə qarşı çıxmayacaq 22 Oktyabr 2019, 22:57 Rusiya televiziyası İlham Əliyevin tələbə biletini nümayiş etdirdi - FOTO 22 Oktyabr 2019, 22:34 "Putin Ərdoğanı Dəməşqlə təmaslara başlamağı da razı salıb"  - ŞƏRH 22 Oktyabr 2019, 22:19 Ərdoğanla Putin bu məsələlərdə razılaşdı - VİDEO 22 Oktyabr 2019, 21:59 "Qarabağ" - APOEL matçına 25 min bilet satılıb 22 Oktyabr 2019, 21:41 Qarabağ əlilləri, veteranları və şəhid ailələrindən Prezidentə DƏSTƏK 22 Oktyabr 2019, 21:33 “Mövqeyimizi ortaya qoymalıyıq” – Eldar İbrahimovdan  həmkarlarına və YAP-çılara çağırış 22 Oktyabr 2019, 21:18 Müdirlərə qadın katibə rəsmən qadağan olundu 22 Oktyabr 2019, 21:01 Bələdiyyə sədri həbs edildi 22 Oktyabr 2019, 20:44 Prezidentdən Baş Nazirin yeni müavininə TAPŞIRIQ: “İnhisarçılığa qarşı mübarizə mütəşəkkil xarakter daşımalıdır” 22 Oktyabr 2019, 20:28 ABŞ səfirliyi cavab verdi:  “Yalandır və absurddur”  22 Oktyabr 2019, 20:16 Milli Park ərazisində ceyran ovlayanlar saxlanıldı 22 Oktyabr 2019, 20:01 Erməni terror təşkilatlarının 49 ildə qətlə yetirdikləri türk diplomatlar - SİYAHI 22 Oktyabr 2019, 19:44 60 yaşlı kişini maşın vurdu - Baş Dövlət Yol Polisi İdarəsinin qarşısında 22 Oktyabr 2019, 19:33 Əlahiddə Ümumqoşun Orduda yoxlama aparıldı 22 Oktyabr 2019, 19:06 Fermerlər Şurasına yeni üzvlər qəbul olundu 22 Oktyabr 2019, 18:57 Rusiya və Belarus İttifaq Dövlətinin İctimai Palatasının üzvündən İlham Əliyevə MƏKTUB   22 Oktyabr 2019, 18:49 “Kəllə qənd”ə mənşəyi bəlli olmayan maddə vururdular - REYD 22 Oktyabr 2019, 18:40 Tbilisidə “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” ilə bağlı müzakirə aparıldı 22 Oktyabr 2019, 18:27 Ermənistanın zəif, Azərbaycanın güclü iqtisadiyyatı: Təhlilin NƏTİCƏLƏRİ 22 Oktyabr 2019, 18:19 Azərbaycan Teatr Xadimləri İttifaqının XIV konfransı keçirilib 22 Oktyabr 2019, 18:11 Qənirə Paşayevadan ÇAĞIRIŞ 22 Oktyabr 2019, 18:00 Qoşulmama Hərəkatı ölkələrin gənc liderlərinin Bakı Forumu başladı 22 Oktyabr 2019, 17:52 Azərbaycanda keçirilən Qoşulmama Hərəkatı nədir? - VİDEO 22 Oktyabr 2019, 17:42 Dövlət Xidmətinin 5 regional idarəsi yaradıldı 22 Oktyabr 2019, 17:38 Sabahın məzənnəsi açıqlandı... 22 Oktyabr 2019, 17:35 Rövşən Rzayev 40-dan çox vətəndaşı dinlədi 22 Oktyabr 2019, 17:20 3 və 4 yaşlı uşaqlar məktəbəqədər təhsilə cəlb edilir 22 Oktyabr 2019, 17:20