Arxiv
9 Oktyabr 2019, 12:47 | AKTUAL
Bakı Ali Neft Məktəbi buna görə ilk sıralardadı

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov 2019-cu ildə BANM-ə daxil olmuş və göstərdikləri yüksək nəticələrə görə Prezident təqaüdünə layiq görülmüş tələbələrlə görüşüb. 

 

Modern.az xəbər verir ki, rektor  Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “2019/2020-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi” haqqında 9 sentyabr 2019-cu il Sərəncamına əsasən, Bakı Ali Neft Məktəbinin 23 tələbəsinin bu təqaüdə layiq görüldüyünü qeyd edib. O Ali Məktəbin yarandığı ildən bu günə qədər Prezident təqaüdçülərinin sayının 150 nəfərə çatdığını bildirib. 

 

E.Qasımov indiyədək böyük rəqabətin qeydə alındığı I qrupda Bakı Ali Neft Məktəbinin maksimal sayda Prezident təqaüdçüsü ilə təmsil olunduğunu deyib.

 

“Müvafiq Sərəncamla, bu il ümumilikdə, 102 nəfər Prezident təqaüdçüsü adını qazanıb. Ali Məktəbimizin 23 Prezident təqaüdçüsündən 15 nəfər BANM-in “İnformasiya təhlükəsizliyi” ixtisasını, 5 nəfər “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasını, 2 nəfər “Kimya mühəndisliyi” ixtisasını, 1 nəfər isə “Neft-qaz mühəndisliyi” ixtisasını seçib”- deyə E.Qasımov əlavə edib.

 

E.Qasımov hər bir təqaüdçünün ən ali səviyyədə göstərilən bu etimadı doğruldacağına əminliyini ifadə edib. Eyni zamanda, o Prezident təqaüdçülərinin Ali Məktəbə olan marağını yüksək qiymətləndirib və tələbələrin bu önəmli seçiminin onların gələcək karyerasında  böyük rol oynayacağını vurğulayıb. 

 

Prezident təqaüdçülərinin bu uğurunda orta təhsil müəssisələrinin, müəllimlərin və valideynlərin də xüsusi zəhməti olduğunu xatırladan rektor  gələcək dərslərində tələbələrə müvəffəqiyyətlər arzulayıb.

 

Tələbələr isə onların təhsil almaları üçün yaradılmış yüksək şəraitə görə minnətdarlıqlarını bildiriblər.

 

Qeyd edək ki, BANM-in Prezident təqaüdçülərinin 9-u qız və 14-ü oğlandır. Təqaüdçülər ixtisas seçimində “İnformasiya təhlükəsizliyi” ixtisasına üstünlük veriblər. Təsadüfi deyil ki, bu ixtisas respublika üzrə ən yüksək keçid balı ilə “İlin ixtisası” olub. “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası da ölkə universitetləri arasında ən yüksək keçid balı olan ixtisas kimi qeydə alınıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Koronavirusa yoluxan şəxs Gürcüstan-Azərbaycan sərhədinə mikroavtobusla gədib 27 Fevral 2020, 00:58 Arvadının hədiyyəsi ərini milyonçu etdi 27 Fevral 2020, 00:41 Göyçayda 6 otaqlı ev yandı 27 Fevral 2020, 00:31 Pakistanda da koronavirusa ilk yoluxma qeydə alındı 27 Fevral 2020, 00:12 Qazaxıstan martın 1-dən İrana aviareysləri dayandırır 26 Fevral 2020, 23:53 Rusiya vətəndaşlarını İran, Koreya və İtaliyaya getməməyə çağırdı 26 Fevral 2020, 23:42 Gürcüstan İranla bütün gediş-gəlişi dayandırıb 26 Fevral 2020, 23:23 Avropa Liqasında ilk 1/8 finalçı məlum olub 26 Fevral 2020, 23:08 Gürcüstanda koronavirus aşkarlandı: Yoluxan İrandan Azərbaycan vasitəsilə qayıdıb 26 Fevral 2020, 22:52 İnternat məktəblərində psixoloji yardım həyata keçiriləcək 26 Fevral 2020, 22:41 Daha bir ölkədə koronavirus aşkarlandı 26 Fevral 2020, 22:27 SOCAR Belarusa bir tanker neftin çatdırılmasını təsdiqlədi 26 Fevral 2020, 22:13 İranda 39 nəfər yeni növ koronavirusdan sağalıb 26 Fevral 2020, 21:51 Bakıda kişi metronun çıxışında öldü 26 Fevral 2020, 21:43 “Könlüm Xocalı” - Gənclər soyqırımı belə andı - FOTOLAR 26 Fevral 2020, 21:25 Azərbaycanın hərbi nümayəndələri İranda 26 Fevral 2020, 21:09 Nazirlər Kabineti məktəblərlə bağlı qərar verdi - RƏSMİ 26 Fevral 2020, 20:47 Qaradağda 3 avtomobil toqquşdu: ölən var 26 Fevral 2020, 20:33 ABŞ-da Rusiya və Çinə qarşı gizli danışıqlar başlayır 26 Fevral 2020, 20:18 Elmar Məmmədyarov Avropa İttfaqı rəsmisi ilə Qarabağı müzakirə etdi 26 Fevral 2020, 20:03 Vilayət Eyvazovdan yeni rəis təyinatı 26 Fevral 2020, 19:54 Rusiya İran vətəndaşlarına viza verməyəcək 26 Fevral 2020, 19:50 DİN və Baş Prokurorluqdan Masallıdakı qətllərlə bağlı AÇIQLAMA 26 Fevral 2020, 19:35 Rusiyalı alimlər koronavirusa qarşı peyvənd hazırlayır - Baş nazirin müavini 26 Fevral 2020, 19:29 Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı törədilmiş bir cinayətdir - Səfir Elman Abdullayev 26 Fevral 2020, 19:11 “Azərbaycan və Türkiyə hər sahədə tam bir müttəfiqdirlər” - Prezidentin köməkçisi 26 Fevral 2020, 18:57 Öldürdüyü arvadını 6 yaşında zorlayıb - Masallıdakı qətlin təfərrüatı 26 Fevral 2020, 18:40 Çempionlar Liqasının oyunları təxirə salındı - koronavirusa görə 26 Fevral 2020, 18:34 9 il əvvəl qətl törədən Gəncə sakini Zaqatalada TUTULDU 26 Fevral 2020, 18:17 Azərbaycan XİN başçısının müavinindən Zöhrab Mnatsakanyana CAVAB 26 Fevral 2020, 18:05 Putin Ərdoğanın ad gününü təbrik etdi 26 Fevral 2020, 17:57 Türkiyə Naxçıvanla sərhədi açdı 26 Fevral 2020, 17:55 Bakıda saxta kərə yağı istehsal edən müəssisə AŞKARLANDI 26 Fevral 2020, 17:50 Gəncədə 16 yaşlı qız dəm qazından boğuldu 26 Fevral 2020, 17:47 Salyanda “Xocalı soyqırımının” 28-ci  ildönümü ilə qeyd edilib - FOTO 26 Fevral 2020, 17:45