Arxiv
9 Oktyabr 2019, 13:10 | AKTUAL
Mühəndislik Universiteti Elmlər Akademiyası ilə müqavilə imzaladı

Bakı Mühəndislik Universiteti (BMU) ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Strateji Elmi Tədqiqatlar Mərkəzi və AMEA-nın İdarəetmə Sistemləri İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

 

Bu məqsədlə BMU-da keçirilən tədbirdə çıxış edən universitetin rektoru, professor Havar Məmmədov bildirib ki, müasir dünyada hər bir ölkənin dayanıqlı və davamlı inkişafı üçün cəmiyyətin bütün sahələrində beynəlxalq rəqabət prinsiplərinə çevik sürətdə yiyələnməsi tələb olunmaqdadır: “Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkəmizdə intellektual kapitalın inkişafı, eləcə də informasiya cəmiyyətinin formalaşması istiqamətində həyata keçirdiyi sosial-iqtisadi siyasətə uyğun olaraq universitetimizdə müvafiq işlər həyata keçirilməkdədir. Universitetdə Texnopark və İnnovasiya Mərkəzi fəaliyyət göstərir ki, burada innovasiyaların, eləcə də innovativ sahibkarlığın, startapların inkişafına dəstək veririk”.

 

Rektor ölkəmizdə innovasiya ekosisteminin formalaşmasında, o cümlədən startapların inkişafında xüsusi rol oynayan BMU-nun bu sahədə müxtəlif şirkətlərlə əməkdaşlıq etdiyini nəzərə çatdırıb: “BMU tədris prosesi ilə yanaşı, elmi-tədqiqat işlərinin aparılması, dünyada mövcud qlobal problemlərin həlli istiqamətində tədqiqatların təşkili və tədris prosesinə inteqrasiyasına böyük önəm verməkdədir”. BMU-nun AMEA-nın adıçəkilən müvafiq qurumları ilə əsası qoyulan əməkdaşlığına toxunan H.Məmmədov ümidvar olduğunu bildirib ki, əməkdaşlıq tədris prosesinə elmin inteqrasiyasına, tələbələrin elmin incəliklərinə yiyələnməsinə, yeni elmi nəticələrin alınmasına və onların kommersiyalaşdırılmasına xidmət edəcək. Eyni zamanda, birgə fəaliyyət  aparılan islahatların ən aktual istiqmətlərindən biri hesab olunan innovasiya ekosisteminin güclənməsinə, innovativ sahibkarlığın inkişafına ciddi töhfələr verəcək.

 

AMEA Strateji Elmi Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev qeyd edib ki, BMU innovasiyalar, eləcə də innovativ sahibkarlıq və  startaplar yüksək səviyyədə inkişaf edib: “BMU ilə bağladığımız əməkdaşlıq bizim işimizin ümumi inkişafına xüsusi töhfə olacaq. Biz çalışacağıq ki, layihələrdə iştirak edən tələbələrə lazımi şərait yaradılsın. Eyni zamanda, biz də sizin müasir laboratoriyalarınızdan istifadə edəcəyik. İnanıram ki, əməkdaşlığımız tərəflərlə yanaşı ölkəmizdə bu sahənin inkişafına bir töhvə olacaq”.

 

AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev çıxışında əməkdaşlığın uğurlu olacağını vurğulayıb. O bildirib ki, hər üç tərəfin kifayət qədər elmi və təcrübi potensialı var. Bu əməkdaşlıq sayəsində yeni innovativ elmi-tədqiqat işlərinin aparılması və yeni texnologiyaların işlənilməsi həyata keçiriləcək.

 Digər çıxışlardan sonra BMU-nun rektoru, professor Havar Məmmədov, AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzi direktoru, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev və AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev əməkdaşlıq müqaviləsini imzalayıblar.

 

Müqavilənin məqsədi BMU-da fəaliyyət göstərən ixtisaslar üzrə mütəxəssis hazırlığında və biliklərin yayılmasında maddi-texniki, elmi metodiki və təşkilatı tədbirlərin, müxtəlif sahə və istiqamətlər üzrə fundamental və tətbiq yönümlü elmi-tədqiqat işlərinin aparilması, yeni texnologiyaların işlənilməsi, əldə olunan elmi nəticələrin tədris prosesində və müxtəlif istehsalat sahələrində tətbiq olunmasıdır.

Sənəddə bir çox istiqamətlərdə (tədris bazasının möhkəmləndirilməsi və genişləndirilməsi, birgə elmi-praktik tədbirlərin təşkil olunması, təhsillə bağlı layihələrdə birgə iştirak, elmi əsərlərin, tədris və tədris-metodik resursların hazırlanması, tələbələrin  yay təcrübə proqramlarında iştirakının təmin edilməsi, fəaliyyət istiqamətlərinə uyğun mövzular çərçivəsində kursların təşkili, sənayenin aktual problemlərinin həllində birgə elmi-tədqiqat işlərinin aparılması, layihələrin həyata keçirilməsi və s.) birgə əməkdaşlıq məsələləri öz əksini tapıb.

 

Sonda qonaqlar BMU-nun maddi-texniki bazası ilə tanış olublar.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
PSİXOLOQ MƏSLƏHƏTİ:  “Qaynar xətt” yaradılsın – KARANTİNİN 18-Cİ GÜNÜ 10 Aprel 2020, 01:38 OPEC+ razılaşdı: Gündəlik hasilat 10 milyon barel azaldılacaq 10 Aprel 2020, 00:59 Boris Conson palataya köçürüldü 10 Aprel 2020, 00:53 Bakıda motosiklet piyadanı vurdu 10 Aprel 2020, 00:36 ABŞ-da koronavirusdan ölənlərin sayı 16 374-ə çatdı 10 Aprel 2020, 00:17 Tanınmış akademik dünyasını dəyişdi 9 Aprel 2020, 23:59 İngiltərədə koronavirusdan bir gündə 881 nəfər öldü 9 Aprel 2020, 23:56 NATO-nun keçmiş baş katibi koronavirusdan sağaldı 9 Aprel 2020, 23:46 Fransada koronavirus 12 210 can alıb 9 Aprel 2020, 23:27 Azərbaycanda daha 3656 nəfər koronavirusla bağlı test olundu 9 Aprel 2020, 23:15 Bakı-Şamaxı yolunda ağır qəza 9 Aprel 2020, 23:05 Deputatın təşkilatı 20 tənhanın ərzaq təminatını üzərinə götürdü 9 Aprel 2020, 22:53 Sonu görünməyən, ağıla gəlməyən  tənəzzül – NAZARBAYEVDƏN ÖZ XALQINA MƏKTUB 9 Aprel 2020, 22:37 Heydər Əliyev Mərkəzindən Rusiyaya həmrəylik mesajı - VİDEO 9 Aprel 2020, 22:23 İşsizlərə şad xəbər: 10 000 nəfər üçün ÖDƏNİŞ EDİLİB 9 Aprel 2020, 22:18 “Rusiya Dağlıq Qarabağı müstəqil ölkə kimi tanımır” - Mariya Zaxarova 9 Aprel 2020, 21:53 Bu ölkədə koronavirus 18 279 nəfərin həyatına son qoydu 9 Aprel 2020, 21:36 Türkiyədə 3 Azərbaycan vətəndaşı koronavirusa yoluxub 9 Aprel 2020, 21:21 Türkiyədə koronavirus qurbanlarının sayı 908-ə çatdı 9 Aprel 2020, 21:08 Hərbi qulluqçular yaşı 65-dən yuxarı şəxslərə yardım çatdırıblar 9 Aprel 2020, 20:44 ATƏT PA-nın Bürosu Dağlıq Qarabağdakı “seçkiləri” ictimai sağlamlığa təhlükə adlandırdı 9 Aprel 2020, 20:27 Fəzail Ağamalıdan etiraz: VİDEONU KƏSİB BİZİ HƏDƏFƏ GÖTÜRÜBLƏR 9 Aprel 2020, 20:12 Koronavirusdan zərər çəkən sahibkarlara yardım edilməsinə başlanıldı 9 Aprel 2020, 20:01 Rusiya və Səudiyyə Ərəbistanı neft hasilatının azaldılmasına RAZILAŞDI 9 Aprel 2020, 19:52 Gürcüstanda daha 7 nəfərdə COVİD-19 tapıldı 9 Aprel 2020, 19:41 Karantindən buraxılan tələbə: “Gələn dəfə “Relax”a istirahətə gəlmək ümidi ilə...” - VİDEO 9 Aprel 2020, 19:37 “OPEC+” ölkələrinin nazirlərinin videokonfransı başladı - Neft BAHALAŞACAQ? 9 Aprel 2020, 19:29 UNEC brendi Xorvatiyada da tanındı 9 Aprel 2020, 19:24 Yol polisindən paytaxt sakinlərinə müraciət: Sağlamlığınıza biganə qalmayın 9 Aprel 2020, 19:16 Vasif Talıbovdan yeni kadr təyinatı 9 Aprel 2020, 19:09 Qazaxda 68, Tovuzda 71 nəfər cərimələndi - Karantin rejimini pozduğuna görə 9 Aprel 2020, 18:54 İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının fövqəladə zirvə görüşü keçiriləcək 9 Aprel 2020, 18:46 İşsizlərə birdəfəlik ödəməyə görə ən çox yaranan sualların CAVABLARI 9 Aprel 2020, 18:40 Azercell dünyanın ən çox baxılan televiziya kanalarını təqdim edir 9 Aprel 2020, 18:33 Koronavirusdan ölənlərin sayı 90 minə ÇATDI 9 Aprel 2020, 18:30