Arxiv
9 Oktyabr 2019, 13:45 | AKTUAL
Şəhid ailəsi Prezidentlə xanımını toya dəvət etdi - VİDEO

Dünən Prezident İlham Əliyevlə Birinci vitse-prezident Mehriban Əliyeva Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleksinin açılışında iştirak ediblər.

Modern.az xəbər verir ki, açılışdan sonra Prezidentlə xanımı Xocalı rayonundan olan məcburi köçkün, şəhid ailəsi Fəridə Cabbarovanın mənzilində olublar. Söhbət əsnasında F.Cabbarova Prezidentlə Mehriban Əliyevanı oğlunun toyuna dəvət edib. 

 

Fəridə Cabbarova: Mən bir şeyi də qeyd edim ki, Sizin şəhid ailələrinə birdəfəlik 11 min manat yardımınız demək olar, subay olan bir çox şəhid övladlarına dəstək oldu. İnşallah, bu yaxınlarda mən Nicata toy etmək istəyirəm. Arzu edərdim ki, Siz Nicatın toyunda iştirak edib, xeyir-dua verəsiniz.

Prezident İlham Əliyev: Təbrik edirəm bəri başdan. Allah xoşbəxt eləsin.

Birinci xanım Mehriban Əliyeva: Artıq bilirsiniz nə zaman olacaq?

Prezident İlham Əliyev: Tarixi məlumdur?

Fəridə Cabbarova: Bəli, deyərik.

Prezident İlham Əliyev: Mehriban xanıma deyərsiniz, məmnuniyyətlə gələrik.

Birinci xanım Mehriban Əliyeva: Böyük məmnuniyyətlə gəlib iştirak edərəm.

Prezident İlham Əliyev: Bilirsiniz ki, Mehriban xanım da bu məsələ ilə çox ciddi məşğuldur. Onun yeni fəaliyyət dövründəki ilk tədbiri məhz məcburi köçkünlərin problemlərinə həsr edilmişdir. Bu məsələni daim diqqətdə saxlayır və bu şəhərciklərin ərsəyə gəlməsində də onun böyük əməyi vardır.

Fəridə Cabbarova: Bəli, biz onu bilirik. Mehriban xanım keçən dəfə də buraya gəlmişdi. Hətta onu o qədər öpdülər ki, mən dedim, ay Allah Mehriban xanımın nə qədər səbri var. Çox sağ olsun, Mehriban xanımın da gördüyü işlər danılmazdır. Hər ikinizə minnətdarıq, Allah Sizləri Azərbaycana çox görməsin. Həmişə Sizi bir yerdə görək, ölkəmizin başında olasınız və xalqımız Sizinlə daim fəxr etsin, qürurlansın.

Prezident İlham Əliyev: Çox sağ olun, təşəkkür edirəm.

Elxan Qasımov: Yeni evimizdə ilk qonaq Siz olduğunuz üçün çox sağ olun. Sizin sözləriniz bizə ruh verir. Biz Sizin rəhbərliyinizlə Qarabağı azad edəcəyik, səhhətimdə problem olsa da, Sizin hər bir əmrinizə hazıram. Sağ olun.

Fəridə Cabbarovanın nəvəsi: Doroqoy Prezident, ya vas uvajayu i vas lyublyu.

Prezident İlham Əliyev: Nə gözəl uşaqdır.

Fəridə Cabbarova: Birinci sinfə gedir, rus dilində oxuyur.

 

VIDEO
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Türkiyə əməliyyata  fasilə verir” - Çavuşoğlu aydnlıq gətirdi, VİDEO 17 Oktyabr 2019, 22:29 ABŞ-la Türkiyə razılaşdı: Suriyada əməliyyatlar dayandırılır - FOTO 17 Oktyabr 2019, 22:13 Ramal "Maşın"ı tərk etdi 17 Oktyabr 2019, 22:13 Bakıda şagird idarəetmə sistemi yaradıldı 17 Oktyabr 2019, 21:48 Azərbaycanda əhalinin sayı 10 035 351 nəfərə çatdı 17 Oktyabr 2019, 21:29 Türkiyənin Suriyada  zərərsizləşdirdiyi  terrorçu sayı 700-ə çatdı 17 Oktyabr 2019, 21:16 Uşaq hüquqları aylığına start verilir 17 Oktyabr 2019, 20:58 Ağstafada itkin düşən qadın Bakıda tapıldı 17 Oktyabr 2019, 20:44 Mətbuat bütün hallarda dövlətin və xalqın milli maraqlarını müdafiə etməlidir 17 Oktyabr 2019, 20:27 Əhalinin gəlirləri 6.7 faiz artıb 17 Oktyabr 2019, 20:16 Azərbaycan - Slovakiya oyununun stadionu dəyişdirildi 17 Oktyabr 2019, 20:01 Lukaşenko: "Rusiya dövlət deyil..." 17 Oktyabr 2019, 19:53 Ərdoğan “görüşməyəcəm” dediyi amerikalı vitse-prezidenti qəbul etdi 17 Oktyabr 2019, 19:34 “Prezident eyhamla söylədi ki, özünüzü yığışdırın” - Dövlət başçısının mesajları kimlərə ÜNVANLADI 17 Oktyabr 2019, 19:29 İstanbulda yeni zəlzələ proqnozlaşdırıldı 17 Oktyabr 2019, 19:24 Ermənistanda yaşayış binası çökdü 17 Oktyabr 2019, 19:09 Notariusun evindən 374 min manat oğurlayan şəxslərə hökm oxundu 17 Oktyabr 2019, 18:55 Fuad Qəhrəmanlı və Zümrüd Yağmurun boşanma məhkəməsi təxirə düşdü 17 Oktyabr 2019, 18:41 Şəhid xanımı xarici jurnalistlərlə Quba Soyqırım Məzarlığında - FOTO 17 Oktyabr 2019, 18:30 Minsk qrupundan Qarabağla bağlı nikbin BƏYANAT 17 Oktyabr 2019, 18:20 Deputatlar Prezidentin Saleh Məmmədovu qəbul etməsindən DANIŞDILAR 17 Oktyabr 2019, 18:19 65 xarici jurnalist 3 gün Azərbaycanda – FOTOLAR 17 Oktyabr 2019, 18:17 Hərbi Dəniz Qüvvələrində taktiki təlim keçirilir   17 Oktyabr 2019, 17:56 “Sanksiya ritorikaları 70 illik NATO alyans ruhu ilə uyğun gəlmir” - Türk ordusundan ETİRAZ 17 Oktyabr 2019, 17:54 Zakir Həsənov Pekinə gedəcək 17 Oktyabr 2019, 17:53 Bakıda rəisin evindən yarım milyonluq oğurluq edən şəxslərə hökm oxunub 17 Oktyabr 2019, 17:41 Manat sabah bu məzənnədə olacaq 17 Oktyabr 2019, 17:39 İcra Hakimiyyəti Tərtərdəki aksiyanı TƏSDİQLƏDİ: “Yayılan video yenidir” 17 Oktyabr 2019, 17:24 Gənclər Fondunun qrant müsabiqəsinin nəticəsini ELAN ETDİ 17 Oktyabr 2019, 17:20 Ukrayna Azərbaycanlıları Radası: diaspor siyasətində nə dəyişir 17 Oktyabr 2019, 17:15 İlham Əliyevdən çoxmənzilli binaların lift təsərrüfatı ilə bağlı SƏRƏNCAM 17 Oktyabr 2019, 17:12 Serbiyada təhsil üçün TƏQAÜD proqramı elan olundu 17 Oktyabr 2019, 17:10 Azərbaycan Frankfurt Beynəlxalq Kitab Sərgisində təmsil olunur 17 Oktyabr 2019, 17:10 Prezident Yuxarı Şirvan kanalı ilə bağlı sərəncam imzaladı 17 Oktyabr 2019, 17:06 Sabah bələdiyyə seçkiləri ilə bağlı qərar veriləcək 17 Oktyabr 2019, 17:01