Modern.az

Rusiya Azərbaycanda AES tikmək istəyir - Rəsmi Bakıdan CAVAB

Rusiya Azərbaycanda AES tikmək istəyir - Rəsmi Bakıdan CAVAB

9 Oktyabr 2019, 15:18

“Rusiyanın Azərbaycana Atom Elektrik Stansiyası tikməklə bağlı təklifi nəzərdən keçirilir”.

 

Bunu keçiridyi brifinqdə Modern.az-ın əməkdaşının suallarını cavablandırarkən energetika naziri Pərviz Şahbazov söyləyib.

O, Rusiyanın Azərbaycanda Atom Elektrik stansiyasının yaradılmasına dəstək verilməsi barədə təklifi olduğunu təsdiqləyib:


“Təbii ki, Rusiya atom enerjisi sahəsində uzunmüddətli təcrübəyə malik ölkələrdən biridir. Rəsmi Moskvanın dünya üzrə bir çox belə layihələri var. Bizimlə əməkdaşlıq üçün də belə təklif səsləndirilib. Hazırda Azərbaycan bu təklifi nəzərdən keçirir. Amma hələlik bu mövzu ilə bağlı konkret bir söz deyə bilmərəm”.

 
Qeyd edək ki, Rusiya və Azərbaycan prezidentlərinin ötən həftə gerçəkləşən görüşlərinin yekunlarına əsasən, Rusiya Azərbaycana Atom Elektrik Stansiyası (AES) tikməyi təklif edib. Rusiya prezidenti Vladimir Putin hətta bu məsələdə Azərbaycana dəstək göstərilə biləcəyini istisna etməyib.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir