Modern.az

Türkiyə ordusu 8 kəndi terrorçulardan azad etdi

Türkiyə ordusu 8 kəndi terrorçulardan azad etdi

10 Oktyabr 2019, 21:00

Türkiyə Silahlı Qüvvələri (TSQ) Suriyanın şimalında həyata keçirdiyi “Barış pınarı” antiterror əməliyyatı çərçivəsində Rasulayn bölgəsinin şərqindəki strateji əhəmiyyətə malik Darbasiyah qəsəbəsini PKK/YPG və İŞİD terrorçularından təmizləyib.

Modern.az  Türkiyə mediasına istinadən xəbər verir ki, qəsəbənin nəzarət altına alınması ilə YPG-yə göndərilən istənilən yardımların yolu kəsilib.

Əməliyyat zamanı, həmçinin, Tel Abyad və Rasulayn bölgələrinin 8 kəndi terrorçulardan azad olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır