Arxiv
12 Oktyabr 2019, 21:42 | AKTUAL
“Komandamızdan yaxşı oyun gözləyirik” - Nikola Yurçeviç

"Hər iki komanda üçün vacib oyun olacaq. Rəqibin hələ də şansları qalır. Biz isə yüksəlişi davam etdirmək istəyirik. Uels və Xorvatiyaya qarşı yaxşı oynamışdıq. Bəhreyni isə isti hava şəraitinə rəğmən, yenmişik. Üç cəzalı oyunçumuz, bəzi zədəlilərimiz var. Buna baxmayaraq, komandamızdan yaxşı oyun gözləyirik. Xorvatiyaya 0:3 hesablı məğlubiyyətlərinin fərdi səhvlərdən qaynaqlandığını düşünürəm. Onların öz meydanlarında gözəl oynayacaqlarını düşünürəm".

Modern.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviç səfərdə Macarıstan yığmasına qarşı keçirəcəkləri AVRO-2020-nin seçmə oyunundan öncə mətbuat konfransında deyib.

Xorvatiyalı mütəxəssis bildirib ki, ardıcıl qollar vurmaları yaxşı haldır. O, Macarıstanla şəxsi oyunlardakı mənfi statistikaya son qoymağa çalışacaqlarını diqqətə çatdırıb: "Açığı, uğurlu nəticə təqdirində buradan özümlə nə aparmaq haqda düşünməmişəm. Ola bilsin, hər hansı suvenir və ya Macarıstan şərabı götürmək olar".

53 yaşlı baş məşqçi Mahir Emreli kimi hücumçusuz gəldiklərinə diqqət çəkərək, Ağabala Ramazanovun da özünü yaxşı tərəfdən göstərəcəyinə ümidvar olduğunu söyləyib: "Ümid edirəm ki, rəqib baş məşqçi Marko Rossinin sadaladığı yaxşı oyunçularımız siyahısına Ramazanov da qoşulacaq".

Yurçeviç Bəhreynlə qarşılaşmada zədə üzündən forma geyinməyən Qara Qarayevin hazırda vəziyyətinin yaxşı olduğunu və komandanı kapitan kimi meydana çıxaracağını əlavə edib. O, xəstəliyi ilə əlaqədar yoldaşlıq görüşündə çıxış etməmiş Pavel Paşayevin də hazıda formada olduğunu vurğulayıb.

Qeyd edək ki, oktyabrın 13-də "Groupama Arena"da keçiriləcək matç Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Daha bir ölkədə "Formula 1" yarışı ləğv olundu 28 May 2020, 17:12 Azərbaycan Cümhuriyyəti necə meydana çıxdı? 28 May 2020, 16:56 İtaliya mafiyasına növbəti zərbə vuruldu 28 May 2020, 16:53 Borçalının gürcü deputatı Azərbaycan xalqını təbrik etdi 28 May 2020, 16:48 Polad Bülbüloğlu: "Münaqişənin həllində həmsədr ölkələrdən dəstək gözləyirik" 28 May 2020, 16:46 İmamoğludan Azərbaycana TƏBRİK: “Ürəklərimiz hər zaman birlikdə atacaq” 28 May 2020, 16:28 Məkkənin ziyarətinə qoyulan məhdudiyyətlər yumşaldılır 28 May 2020, 16:23 İran XİN Azərbaycan xalqını təbrik edib 28 May 2020, 16:08 Peşə dərslərinin mayın 29-na olan cədvəli açıqlanıb 28 May 2020, 15:55 "Dərs vaxtı" verilişinin sabahkı cədvəli müəyyənləşdirilib 28 May 2020, 15:43 Müstəqilliyin RİTMİ 28 May 2020, 15:41 Siyasi partiyaların qurultay hazırlığı – “Karantin bitən kimi...” - SORĞU 28 May 2020, 15:36 Xüsusi Dövlət Mühafizə Xidmətinin “əməkdaşı” İFŞA OLUNDU 28 May 2020, 15:20 Deputat: “Xalq Cümhuriyyətinin qurucuları Azərbaycanı indiki kimi görmək istəyirdilər 28 May 2020, 15:13 Tarixdə iz qoyanlar: Cümhuriyyətin maarifpərvər xanımı Eynülhəyat Yusifbəyli 28 May 2020, 15:06 Pakistanın baş naziri İlham Əliyevi təbrik edib 28 May 2020, 14:44 Azərbaycan Xalq Cümhuriyyətinin 6 düşməni – FOTO 28 May 2020, 14:35 Əmanət amanatı 28 May 2020, 14:33 İranda daha 2 258 nәfәr koronavirusa yoluxub 28 May 2020, 14:21 Cümhuriyyət Hökuməti xalqımızın tarixində böyük iz buraxıb - Deputat 28 May 2020, 14:20 Gəncədə tanışını öldürən keçmiş məhkum saxlanıldı 28 May 2020, 14:10 Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq tarixi – Deputat yazısı 28 May 2020, 13:51 Həftəsonu güclü külək əsəcək – XƏBƏRDARLIQ 28 May 2020, 13:40 Prezident və birinci xanım AÇILIŞDA 28 May 2020, 13:31 Koronavirus insandan bu heyvanlara keçə bilər 28 May 2020, 13:15 Sabah 37 dərəcə isti olacaq 28 May 2020, 12:56 Türkiyəli nazir Respublika Günü münasibətilə Azərbaycanı təbrik edib 28 May 2020, 12:40 Bakı və Sumqayıtda it döyüşlərini təşkil edənlər SAXLANILDI 28 May 2020, 12:29 “Ramili qınamaq yox, onunla fəxr etmək lazımdır” – Millət vəkili Cavanşir Feyziyevlə MÜSAHİBƏ 28 May 2020, 12:20 Rusiyada koronavirusdan ölənlərin sayı 4 min nəfəri keçib 28 May 2020, 12:16 Avropada çimərliklər məhdudiyyətlərlə açılıb 28 May 2020, 12:09 Azərbaycan nefti ucuzlaşıb 28 May 2020, 11:57 Şəmkirdə avtomobil qaçıran şəxs saxlanıldı 28 May 2020, 11:52 Azərbaycan Xalq Cümhuriyyəti 102 yaşında – VİDEO 28 May 2020, 11:47 Ermənistan koronavirusa təslim oldu: 1 gündə 15 ölüm 28 May 2020, 11:41