Modern.az

Arif Hacılı: “Müsavatın rəhbərliyində yeni simalar olacaq”

Arif Hacılı: “Müsavatın rəhbərliyində yeni simalar olacaq”

14 Oktyabr 2019, 14:09

“Müsavat Partiyasının rəhbərliyində yeni simalar da olacaq”. 

 

Bunu Modern.az-a açıqlamasında ötən gün keçirilən partiyanın qurultayında yenidən başqan seçilən Arif Hacılı söyləyib. O qeyd edib ki, kifayət qədər siyasi təcrübəsi olan, səriştəli şəxslər də rəhbərlikdə qalacaq:

 

"Keçən qurultaydan sonra mən opponentlərim Yadigar Sadıqlını və Tofiq Yaqublunu Müsavat Partiyasının başqan müavini təyin etmişdim. İndi də belə bir təkliflə əlaqədar müzakirələr aparacağıq. Onların özləri üçün uyğun hesab etdikləri mövqeləri təklif edə bilərik". 

 

Qeyd edək ki, ötən gün Müsavat Partiyasının qurultayı keçirilib. Partiya başqanlığına namizədlər - Arif Hacılı, Yadigar Sadıqlı, Tofiq Yaqublu mübarizə aparıb. Arif Hacılı yenidən başqan seçilib

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər