Arxiv
14 Oktyabr 2019, 15:02 | AKTUAL
Prezident və birinci xanım Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar nekroloq imzalayıblar

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli şərqşünas alim Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar nekroloq imzalayıblar.

 

Modern.az-ın məlumatına görə, nekroloqda deyilir:

 

"Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Görkəmli şərqşünas alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, Bakı Dövlət Universitetinin ərəb filologiyası kafedrasının müdiri, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, filologiya elmləri doktoru, professor Vasim Məmmədəliyev 2019-cu il oktyabrın 13-də ömrünün 78-ci ilində vəfat etmişdir.

Vasim Məmmədəli oğlu Məmmədəliyev 1942-ci il avqust ayının 27-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1959–1964-cü illərdə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində ali təhsil almış, 1964-cü ildə universitetin əyani aspiranturasına daxil olmuş və Tbilisiyə ezam edilərək 1967-ci ildə orada aspiranturanı bitirmişdir.

Əmək fəaliyyətinə 1968-ci ildən etibarən Azərbaycan Dövlət Universitetində başlayan Vasim Məmmədəliyev 1981–1991-ci illərdə burada şərqşünaslıq fakültəsinin dekanı, 1991–1992-ci illərdə universitetin humanitar fakültələr üzrə prorektoru, 1993–2018-ci illərdə ilahiyyat fakültəsinin dekanı vəzifələrində çalışmış, 1991-ci ildən ömrünün sonunadək ərəb filologiyası kafedrasına rəhbərlik etmişdir.

Vasim Məmmədəliyev 1968-ci ildə namizədlik, 1974-cü ildə doktorluq dissertasiyaları müdafiə etmiş və 1979-cu ildə professor elmi adını almışdır. O, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2007-ci ildə isə həqiqi üzvü seçilmişdir.

Vasim Məmmədəliyev zəngin elmi və pedaqoji fəaliyyəti ilə uzun illər ərzində Azərbaycan elmi və təhsilinə dəyərli töhfələr vermişdir. Respublikada şərqşünaslıq elminin müasir tələblər səviyyəsinə yüksəldilməsində onun müstəsna xidmətləri vardır. Alimin ərəb dilçiliyinin aktual problemlərinin sistemli öyrənilməsinə həsr olunan və qədim mənbələrə istinadla ərəb dilçilik elminin əsas inkişaf yollarını dolğun işıqlandıran fundamental tədqiqatları dünya şərqşünaslığına töhfə kimi qəbul edilmişdir. Yeni mülahizələrlə zəngin həmin araşdırmalarında alim, eyni zamanda, Azərbaycanda dilçilik ənənəsinin çoxəsrlik tarixə malik olduğunu xüsusi vurğulamışdır.

Geniş erudisiyalı alim Vasim Məmmədəliyev, həmçinin Şərq filologiyası və poeziyasının, İslam tarixi və fəlsəfəsinin ayrı-ayrı sahələrinə dair əsərlərin müəllifi kimi tanınmışdır. “Qurani-Kərim”in Azərbaycan dilinə tərcüməçilərindən biri olaraq onun ölkəmizdə ilahiyyatın və islamşünaslığın yenidən dirçəlməsində özünəməxsus xidmətləri vardır.

Vasim Məmmədəliyev elmi yaradıcılığını pedaqoji fəaliyyəti ilə ahəngdar surətdə uzlaşdırmış, yarım əsrlik bir dövr ərzində Bakı Dövlət Universitetində yüksəkixtisaslı kadrların hazırlanması üçün bilik və bacarığını əsirgəmədən böyük qüvvə sərf etmişdir. Keçmiş Sovetlər Birliyində Azərbaycanın ərəbşünaslığın ən qabaqcıl mərkəzlərindən birinə çevrilməsində mühüm əməyi olan alimin bu çoxsaylı yetirmələri Azərbaycanda və onun hüdudlarından kənarda ölkəmizi daim uğurla təmsil etmişlər.

Vasim Məmmədəliyevin elmi axtarışlarının nəticələri 30-dan artıq kitabda və 600-ə yaxın elmi, publisistik məqalədə əksini tapmışdır. Onun rəhbərliyi ilə 50-dən çox fəlsəfə və elmlər doktorları hazırlanmışdır. Alimin dünyanın müxtəlif ölkələrində beynəlxalq simpozium, konfrans və forumlardakı çıxışları elmi dairələr tərəfindən rəğbətlə qarşılanmışdır. Ərəb dilçiliyi və ilahiyyatla bağlı çoxsaylı sanballı tədqiqatları layiqincə dəyərləndirilən şərqşünas bir sıra ölkələrin mötəbər akademik elmi qurumlarına üzv seçilmişdir.

Akademik Vasim Məmmədəliyevin uzunmüddətli səmərəli fəaliyyəti lazımınca qiymətləndirilmişdir. O, elmin və təhsilin inkişafında xidmətlərinə görə müstəqil Azərbaycan Respublikasının ali dövlət təltiflərindən olan “Şöhrət” və “Şərəf” ordenlərinə layiq görülmüşdür.

Görkəmli alim və pedaqoq, əsl ziyalı və səmimi insan Vasim Məmmədəli oğlu Məmmədəliyevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!"

Nekroloqu həmçinin Əli Əsədov, Oqtay Əsədov, Ramiz Mehdiyev, Əli Əhmədov, Eldar Əzizov, Fərəh Əliyeva, Ceyhun Bayramov, Akif Əlizadə, İsa Həbibbəyli, Nizami Cəfərov, Gövhər Baxşəliyeva, Teymur Kərimli və Elçin Babayev də imzalayıblar.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Konqresin sədri Trampı korrupsiyada ittiham etdi 15 Noyabr 2019, 11:33 Almaniyadan 61 azərbaycanlı deportasiya edilib – Rəsmi AÇIQLAAMA 15 Noyabr 2019, 11:32 Məktəblilərin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda olublar - FOTO 15 Noyabr 2019, 11:29 Bakının bu hissəsində nəqliyyat şəraiti yaxşılaşdırılıb - VİDEO   15 Noyabr 2019, 11:24 Bölgələrdəki əlilliyi olan şəxslərə reabilitasiya vasitələri aparıldı 15 Noyabr 2019, 11:16 Nazirlik bələdiyyə sədrini cərimələdi  - 2500 manat  15 Noyabr 2019, 11:13 “BakuBus”un neçə avtobusu sıradan çıxıb? - AÇIQLAMA 15 Noyabr 2019, 11:05 DSX meşələrdə gizlədilən silahlar aşkarladı - FOTOLAR 15 Noyabr 2019, 10:58 Raket və Artilleriya Qoşunları əməliyyat təliminin tapşırıqlarını icra edir - VİDEO 15 Noyabr 2019, 10:58 Bakıdan dünyaya səslənən mesajlar 15 Noyabr 2019, 10:43 Ağdaşda qadın, Tərtərdə körpə öldü - Növbəti həkim səhlənkarlığı 15 Noyabr 2019, 10:40 Los Ancelesdə Qarabağ tədbiri - Erməni lobbisi mane olmaq istədi 15 Noyabr 2019, 10:38 “Azəriqaz” smart tipli sayğac quraşdırmağı DAYANDIRDI 15 Noyabr 2019, 10:24 Təhsil müzakirələri davam edir - FOTO 15 Noyabr 2019, 10:23 Nazir İnterpola rəis TƏYİN ETDİ 15 Noyabr 2019, 10:14 Elmira Süleymanova istefa ərizəsi yazıb? - Ombudsman Aparatı AÇIQLADI 15 Noyabr 2019, 10:14 Rusiyalı casuslar Trampın telefon danışığını dinləyib 15 Noyabr 2019, 10:11 Bakıda 10-cu sinif şagirdi itkin düşüb 15 Noyabr 2019, 10:05 Milli Məclisin növbəti iclasının vaxtı məlum oldu 15 Noyabr 2019, 09:59 Məşhur bakılı müğənni ermənilərin təxribatına qoşuldu - FOTOLAR 15 Noyabr 2019, 09:50 Sabahdan məktəblərdə tətil başlayır 15 Noyabr 2019, 09:47 Rusiya ABŞ-a məxsus olmuş hərbi bazanı ələ keçirdi 15 Noyabr 2019, 09:43 Nazirlikdən işsizlərlə bağlı yenilik 15 Noyabr 2019, 09:36 Xarici universitetlərdə doktorantura təhsilinin maliyyələşdirilməsi qaydaları təsdiqləndi - MƏBLƏĞ 15 Noyabr 2019, 09:33 Ermənistan atəşkəsi 20 dəfə pozdu 15 Noyabr 2019, 09:30 Səhiyyə Nazirliyi: Bakıdakı yanğında zəhərlənənlərin 5-i uşaqdır 15 Noyabr 2019, 09:22 Distant təhsilin üstünlükləri… 15 Noyabr 2019, 09:13 Sürücülər idarəetməni niyə itirir? - SƏBƏBLƏR 15 Noyabr 2019, 09:01 İnternatı tərk edən kimsəsiz gənclər... 15 Noyabr 2019, 08:48 Bakıda yaşayış binası yandı - 10 nəfər tüstüdən zəhərlənib 15 Noyabr 2019, 08:32 4 milli komanda Avro-2020-nin final mərhələsinə çıxdı - NƏTİCƏLƏR 15 Noyabr 2019, 08:23 Onun qurduğu xəyal gerçəkləşdi 15 Noyabr 2019, 00:37 Pentaqondan F-35-lə bağlı gözlənilməz rəy 15 Noyabr 2019, 00:21 Azərbaycanlı jurnalist ermənilərlə bir arada 15 Noyabr 2019, 00:03 Azərbaycan neftinin qiyməti dəyişdi 14 Noyabr 2019, 23:47