Modern.az

Cinayətkarlar 14 polisi öldürdü

Cinayətkarlar 14 polisi öldürdü

Aktual

14 Oktyabr 2019, 22:16

Meksikanın qərbində yerləşən Miçoakan ştatında naməlum cinayətkarların hücumu nəticəsində azı 14 polis öldürülüb.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumat Meksika İctimai Təhlükəsizlik Nazirliyinin “Twitter” səhifəsində yer alıb.

Rəsmi məlumata görə, bu ilin yanvar-avqust aylarında Meksikada cinayətkarlar tərəfindən 23,7 min nəfər öldürülüb. Bu, 2018-ci illə müqayisədə 3,5 faiz çoxdur. Sentyabr ayında Meksika Prezidenti Andres Manuel Lopes Obrador cinayətkarlığa qarşı mübarizəni özünün başlıca vəzifəsi elan edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi