Modern.az

Vaşinqtonla Ankara arasında qalmaqal - ABŞ türk nazirləri “qara siyahı”ya saldı

Vaşinqtonla Ankara arasında qalmaqal - ABŞ türk nazirləri “qara siyahı”ya saldı

15 Oktyabr 2019, 10:33

Suriyada keçirilən “Barış pınarı” antiterror əməliyyatı fonunda ABŞ-Türkiyə münasibətləri pisləşməkdə davam edir.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ötən gün Dövlət Deparatamenti və Energetika Nazirliyi Pentaqon nümayəndələri ilə görüşüb. Görüşdə Türkiyədə yerləşən və ABŞ-a məxsus “İncirlik” aviabazasındakı 50 taktiki nüvə bombasının çıxarılması müzakirə olunub.

 

ABŞ hakim dairələri bu addımın Ankara-Vaşinqton münasibətlərinin faktiki sonu olacağını düşünür. Türkiyə oktyabrın 9-da Suriyanın şimal-şərqində hərbi əməliyyatlara başlayıb. Ankara “Xalq Özünümüdafiə Dəstələrini” (YPG) və “Suriya Demokratik Qüvvələri” ni (SDF) öz sərhədlərindən kənara çəkməyi planlaşdırdığını bəyan edib.

 

ABŞ Türkiyənin Müdafiə Nazirliyi və Energetika Nazirliyinə qarşı sanksiyalar tətbiq edib. Müdafiə naziri Hulusi Akar,  energetika naziri  Fatih Dönməz, daxili işlər naziri Süleyman Soylu sanksiya siyahısına düşüb.  

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər