Arxiv
15 Oktyabr 2019, 11:45 | AKTUAL
Bakı Ali Neft Məktəbinin tələbələri dünyanın nüfuzlu neft-qaz yarışında Azərbaycanı təmsil ediblər

Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri Kanadanın Kalqari şəhərində Qlobal Neft-Qaz Mühəndisliyi Cəmiyyətinin (“Society of Petroleum Engineering Global- SPE Global”) təşkilatçılığı ilə keçirilmiş beynəlxalq “Petrobowl” yarışının final mərhələsində iştirak edərək fərqləniblər.

 

Modern.az xəbər verir ki, Neft-qaz mühəndisliyi ixtisasının tələbələri olan Əli Nurəliyev (bakalavr, V kurs), Nihad Abbasov (bakalavr, V kurs), İsmayıl Əkbərov (magistratura, I kurs), Məhəmməd Vəliyev (magistratura, II kurs) və Niyaz Əhmədzadə (magistratura, II kurs) yarışda Azərbaycanı yüksək səviyyədə təmsil edərək Bakı Ali Neft Məktəbinin adının dünyanın ən güclü 16 universiteti siyahısına daxil edilməsinə nail olublar. 

 

Xatırladaq ki, BANM-in tələbələri bundan öncə yarışın final mərhələsinə vəsiqə qazanmaq üçün Xəzər regionu üzrə eyniadlı yarışda Rusiya və Qazaxıstanın bütün universitet tələbələrini məğlub edərək birinci yeri tutublar.

 

“PetroBowl” yarışı neft-qaz mühəndisliyi ixtisasının tələbələri üçün təşkil edilən beynəlxalq səviyyəli yarışmadır. Əsası 2002-ci ildən qoyulmuş yarış 2015-ci ildən etibarən qlobal səviyyədə təşkil edilməyə başlayıb. Qlobal Neft-Qaz Mühəndisliyi Cəmiyyətinin təşkil etdiyi yarışda dünyanın müxtəlif universitetlərindən olan Neft-qaz mühəndisliyi tələbələri iştirak edərək ixtisasla bağlı texniki və qeyri-texniki sənayə sahəsinə aid suallara cavab verərək öz bilik və bacarıqlarını yoxlayır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ramil Şeydayevin "Sabah"a keçidi rəsmiləşdi 17 Fevral 2020, 20:33 Gömrükdə 6000 ədəd "King" markalı siqaret aşkarlandı 17 Fevral 2020, 20:17 Lənkəranda bank ofisində tüstülənmə 17 Fevral 2020, 20:04 “Şahdəniz” qazının ixracı 15% artıb 17 Fevral 2020, 19:56 Təhsil Nazirliyi tender elan etdi 17 Fevral 2020, 19:45 Məşhur teleaparıcı intihar edib 17 Fevral 2020, 19:34 Səfər Mehdiyev müşavirə keçirdi - FOTOLAR 17 Fevral 2020, 19:24 Zakir Həsənov hərbi təyinatlı obyektlərin açılışında iştirak edib - FOTO 17 Fevral 2020, 19:16 Peşə məktəblərinin şagirdləri üçün Azərbaycan dili imtahanı keçirildi 17 Fevral 2020, 19:08 Yolu keçən piyadanı avtomobil vurub öldürdü   17 Fevral 2020, 18:59 Azərbaycanda cinayət törədən qadınların sayı artıb  17 Fevral 2020, 18:50 Dövlət büdcəsində 418 milyon manat qalıq YARANDI 17 Fevral 2020, 18:43 Sınaq imtahanının nəticələri nə vaxt açıqlanacaq? 17 Fevral 2020, 18:34 Bu il I sinfə elektron qəbul bütün ölkəni əhatə edəcək - RƏSMİ 17 Fevral 2020, 18:26 Nazirlikdən pensiyaçılara XƏBƏRDARLIQ 17 Fevral 2020, 18:18 Elmar Məmmədyarov Aİ-nin ticarət üzrə komissarı ilə görüşüb 17 Fevral 2020, 18:14 İlham Əliyev-Nikol Paşinyan debatında diqqətdən qaçan MƏQAM 17 Fevral 2020, 18:06 BMU-da pedaqoji təcrübəyə göndərilən tələbələrlə görüş keçirilib 17 Fevral 2020, 18:00 Çempionlar Liqası üçün yeni mükafat təsis olundu 17 Fevral 2020, 17:55 Ölkədə ilk dəfə olaraq UNEC-də distant formada tədrisə başlanılıb - FOTO 17 Fevral 2020, 17:50 Məzahir Pənahov şikayətlərin sayını AÇIQLADI 17 Fevral 2020, 17:44 İmamverdi İsmayılovun lider olduğu dairədə nəticələr dəyişmədi 17 Fevral 2020, 17:40 Prezident Hacıqabula 4.9 milyon manat ayırdı 17 Fevral 2020, 17:37 Bakcell beynəlxalq konfransın keçirilməsinə dəstək göstərdi - FOTO 17 Fevral 2020, 17:31 Natiq Cəfərlinin müraciəti geri qaytarıldı 17 Fevral 2020, 17:26 “Çalışın bizim fəaliyyətimizi şübhə altına almayın” - Məzahir Pənahov 17 Fevral 2020, 17:20 “Yüksəliş” müsabiqəsinin ilk onlayn imtahanı keçirilib 17 Fevral 2020, 17:14 Ləman Ələşrəfqızı ilə Afət Telmanqızı “REAL”dan getmə səbəblərini AÇIQLADILAR 17 Fevral 2020, 17:08 Xocalıdan olan qız 16 il sonra öldürülmüş anasının fotosuna sevinib - DƏHŞƏT  17 Fevral 2020, 17:03 Rusiya məhkəməsi Azərbaycan vətəndaşına 11,5 il iş kəsdi 17 Fevral 2020, 16:58 Məzahir Pənahov 385 videogörüntünü araşdırır 17 Fevral 2020, 16:53 MSK Mixail Zabelinin lider olduğu dairənin 7 məntəqəsində nəticələri ləğv ETDİ 17 Fevral 2020, 16:47 Xocalıya görə BMT-yə müraciət olunubmu? Tofiq Zülfüqarovla Elman Məmmədov biri-birini təkzib etdi   17 Fevral 2020, 16:40 Kürdəxanıda məcburi köçkünlərə pulsuz hüquqi yardım göstərilib - FOTO 17 Fevral 2020, 16:34 MSK bu dairələrdən daxil olan şikayətlərə BAXMADI 17 Fevral 2020, 16:28