Modern.az

Yol polisinin “Diqqət uşaqlar!” aylığı yekunlaşdı  

Yol polisinin “Diqqət uşaqlar!” aylığı yekunlaşdı  

16 Oktyabr 2019, 09:44

Yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəhbərliyinin göstərişinə əsasən 2019-cu ilin sentyabr ayının 15-dən oktyabr ayının 15-dək respublika ərazisində “Diqqət uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığının keçirilməsinə start verilmişdir. 

 

Modern.az xəbər verir ki, respublikanın təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə, habelə uşaq və yeniyetmələrin toplaşdığı yerlərdə, onların hərəkət marşrutlarında yol şəraiti müayinə olunmuş, hərəkətin təhlükəsiz təşkili nəzərə alınmaqla müvafiq tədbirlər, o cümlədən yeni yol nişanlarının qoyulması, köhnələrinin yenisi ilə əvəzlənməsi, eləcə də silinmiş və ya ümumiyyətlə mövcud olmayan nişanlanma xətlərinin çəkilməsi təmin edilmişdir.

 

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin aidiyyətli qurumlarının bilavasitə iştirakçılığı ilə baş tutan belə görüşlər zamanı innovativ vasitələrdən istifadə etməklə təhsilalanlara mövzu ilə bağlı geniş məlumatlar verilmiş, maraqlı söhbətlər, viktorinalar təşkil olunmuş, fəallıqları ilə fərqlənən məktəblilərə hədiyyələr təqdim edilmişdir.     

 

DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin təşkilatçılığı ilə Bakı şəhəri 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində keçirilən növbəti görüş isə "Diqqət uşaqlar!" adlı təhlükəsizlik aylığının başa çatmasına  həsr olunmuşdur. 

 

Tədbirdə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov, mərkəz rəhbərliyinin, eləcə də şagirdlərin iştirakı keçirilən tədbirdə çıxış edənlər "Diqqət uşaqlar!" adlı təhlükəsizlik aylığının keçirilməsinin əhəmiyyətindən danışıblar. Bildirilib ki, maarifləndirmə xarakterli tədbirlərin həyata keçirilməsi olduqca vacibdir və bu tip tədbirlərin uşaq və yeniyetmələr arasında yol hərəkəti mədəniyyətinin formalaşmasına mühüm töhfələr verir.

 

Daha sonra “İdrak” liseyinin və Bakı Şəhər 1 nömrəli Uşaq Gənclər Mərkəzinin şagidlərinin iştirakı ilə yol hərəkəti təhlükəsizliyə dair maraqlı səhnəciklər göstərilib.

 

Təhsil işçiləri, valideynlər, ictimai qurumların nümayəndələri də cəlb edilməklə ümumi təhsil müəssisələrində təbliğat-təşviqat və maarifləndirmə xarakterli tədbirlərin keçirilməsi isə təhlükəsizlik aylığının əsas leytmotivini təşkil olunub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır